10
fevral
2021
10:30
11 038


Universal kart

AdRiver


Творческий конкурс Адели

DSX və polis birgə əməliyyat keçirib, narkotik vasitə aşkarlanıb

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qa­nun­suz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.
 
Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən bildirilib ki, fevral ayının 8-də həyata keçirilmiş sərhəd mühafizə və əmə­liy­yat-axtarış tədbirləri nəticəsində 11 kiloqram 710 qram narkotik vasitə və psi­xotrop maddəyə oxşar maddələrin qanunsuz dövriyyədən çıxarılması təmin edil­ib.
 
Belə ki, həmin gün DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xid­məti ərazisində Füzuli rayonunun Arayatlı kəndi yaxınlığındakı sərhəd zasta­vası­nın xidməti sahəsində dövlət sərhədinin gücləndirilmiş mühafizəsinin təmin edilməsi məqsədilə Füzuli rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sərhədboyu ərazidə hərəkət edən “VAZ-2107” markalı 15-BJ-205 dövlət nömrə nişanlı avtomobilin sürücüsünün özünü şübhəli aparması diq­qəti cəlb edib.
 
Şübhəli şəxs yolun kənarında gizli yerdən bağlama götürərək hadisə yerin­dən uzaqlaşmağa cəhd edib, sərhəd naryadının “dayan” əmrinə tabe olmayaraq əra­­­zi­dən qaçmağa çalışarkən saxlanılıbr. Saxlanılan şəxsin öz hərəkətlərini mas­ka­lamaq məqsədilə hadisə yerinə içərisində öz ailə üzvləri olan avtomobildə gəlməsi də aşkar olunub.
 
Saxlanılan şəxsin Qazax rayon sakini 1982-ci il təvəllüdlü Məmmədov Xəy­yam Camal oğlu olması müəyyənləşdirilib, əlindəki bağlamaya baxış zamanı içəri­sində ümumi çəkisi 9 kiloqram 160 qram narkotik vasitə və psixotrop maddəyə oxşar maddələr aşkar olunaraq götürülüb.
 
Eyni tarixdə Xəzər dənizinin cənub istiqamətində dövlət sərhədinin mühafizə­sində olan sərhəd gözətçi gəmisi tərəfindən dəniz istiqamətləndirici nişanına bağla­nıl­mış 2 ədəd torbanın içərisində təxmini çəkisi 2 kiloqram 550 qram narkotik vasi­təyə oxşar maddələr aşkarlanaraq götürülüb.
 
Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbəri paylaşın




Digər xəbərlər:
DSX-dən əməliyyat: 73 kq narkotik müsadirə edildi
DSX-dən əməliyyat: 73 kq narkotik müsadirə edildi
08.02.21, Hadisə
DİN əməliyyat keçirdi, 13 kq narkotik tapıldı
DİN əməliyyat keçirdi, 13 kq narkotik tapıldı
22.12.20, Kriminal
21 kq narkotik dövriyyədən çıxarıldı
21 kq narkotik dövriyyədən çıxarıldı
30.10.20, Kriminal
Azərbaycanın dövlət sərhədini pozanlar saxlanıldı - FOTO
Azərbaycanın dövlət sərhədini pozanlar saxlanıldı - FOTO
05.09.20, Cəmiyyət
Sərhəddə içərisində narkotik olan bağlama aşkarlandı
Sərhəddə içərisində narkotik olan bağlama aşkarlandı
22.08.20, Hadisə
Sərhəddə əməliyyat keçirildi
Sərhəddə əməliyyat keçirildi
28.07.20, Cəmiyyət
İranlılar sərhədimizi pozdu: Bir nəfər tutuldu, digərləri qaçdı — ÖZƏL
İranlılar sərhədimizi pozdu: Bir nəfər tutuldu, digərləri qaçdı — ÖZƏL
17.06.20, Hadisə
İrandan Azərbaycana 23 kq narkotik keçirmək istəyərkən yaxalandı - FOTO
İrandan Azərbaycana 23 kq narkotik keçirmək istəyərkən yaxalandı - FOTO
15.05.20, Kriminal
Azərbaycan-İran sərhəddində ƏMƏLİYYAT: 2 nəfər saxlanıldı - FOTO
Azərbaycan-İran sərhəddində ƏMƏLİYYAT: 2 nəfər saxlanıldı - FOTO
09.05.20, Hadisə
DSX-də hesabat müşavirəsi keçirildi - Foto
DSX-də hesabat müşavirəsi keçirildi - Foto
13.12.19, Cəmiyyət