02
may
2020
13:55
11 363


Universal kart

AdRiver


"AzTV heç kimin atasının şirkəti deyil" — Nadir Qafarzadə efir QADAĞASINDAN DANIŞDI

Müğənni Nadir Qafarzadə AzTV-də qadağaya düşməsi barədə məsələyə münasibət bildirib.

Qanunla.az xəbər verir ki, ifaçı bildirib ki, kanal onu heç bir səbəb gətirmədən efirdən uzaqlaşdırıb.

“Heç bir səbəb gətirmədən məni efirdən uzaqlaşdırdılar. Açıq demirlər ki, biz sizə qadağa qoymuşuq. Kanala təzə rəhbərlik gələndə, bütün komanda da yeniləri ilə əvəz olundu. Mən yenə də deyirəm,  AzTV-yə çıxmasam heç nə itirmirəm. Ancaq bu, dövlət kanalıdır, bura heç kəsin atasının şirkəti deyil. Biz də Azərbaycan vətəndaşı olduğumuz üçün, bizim də o efirdə görünməyə haqqımız var. Bu dövlət kanalıdır, burada şəxsi münasibətlərin rolu olmamalıdır. Kimin kimdən xoşu gəlmir, efirə buraxmır. Belə professionallıq olmur”,- deyə, o, qeyd edib.

N.Qafarzadə əvvəllər də belə qadağalarla üzləşdiyini deyib.

“Çox haqsızlıqlarla üzləşmişəm.  Mən dünənin ifaçısı deyiləm. 30 il bu sənətdə stajım var. 80-ci illərin əvvəllərindən uşaq kollektivləri ilə çıxış etmişəm, 7 il solist olmuşam. Məni böyük sənətkarlar səhnədə elan ediblər. Bu gün mənim dövlət kanalının arxivində lent yazılarım var. 90-cı illərdə yenə AzTV-yə gəldim, daha sonra orada yenidən rəhbərlik dəyişdi, məni yenə qadağaya saldılar. Son illərdə isə sabiq sədrin dəvəti ilə yenidən orada çıxış edirdim. Yəni mən belə məsələlərə bir növ öyrəşmişəm. Yeni rəhbərlik gəldikdən sonra, Nadir yenə AzTV-nin efirindən yoxa çıxdı. Heç bir səbəb gətirilmədən, məni efirdən uzaqlaşdırdılar. Guya mənim xətrimi çox istəyirlər, ancaq etdiklərindən də qalmırlar”. 

İfaçı, bəzi qüvvələrin onu qəsdən efirdən uzaqlaşdırmaq istədiklərini də bildirib.
“Mən hər şeyi çox yaxşı bilirəm. Orada bəzi adamlar var ki, adlarını çəkmək istəmirəm, çünki əmin deyiləm. Ancaq 90 faiz bilirəm ki, həmin o insanlar tərəfindən efirdən uzaqlaşdırılmışam. Bu insanlar da ancaq öz tanışlarını, dostlarını, özlərinə bənzəyənləri efirə buraxırlar. Hətta bir dəfə Azərbaycan televiziyasında mənim haqqımda veriliş çəkiblər, son anda filankəsin xoşuna gəlməyib deyə, efirə getməyib. O da kanalda 3-cü, 4-cü insan olub. Əzizim, sənin xoşuna gəlmədiyi şeyləri  sən evində diktə edə bilərsən, bura dövlət kanalıdır, burada şəxsi simpatiyalarını kənara qoymalısan. Bu sənin özəl kanalın deyil ki, istədiyin hər şeyi burada edə biləsən”,- deyə, N. Qafarzadə bildirib.

“Elə sənət adamları var ki, tarixdə iz qoyub gedirlər. Sadəcə, biz insanlara sağlığında qiymət verə bilmirik. Yəni mən efirə çıxdım, çıxmadım,  fərqi yoxdur. İnanıram ki, qəlblərdə ən azı öz ifalarımla 30-40 il yaşayacağam. Ancaq vəzifədi, kreslodu, bunlar gəldi, gedərdi. 

Mən Azərbaycan televiziyasının yetirməsiyəm, o divarlarda mənim nəfəsim var. Belə danışmağa da mənim haqqım çatır. Sənətkarları küsdürmək lazım deyil, biz yaradıcı insanlarıq, həssasıq. Hər şeydən tez inciyirik. Dünən hamı elə bildi ki mən efir qadağasına görə incimişəm, əsla. Təsəvvür edin ki, bir gün əvvəl çıxışıma hazırlaşıram, repertuar seçirəm və birdən efirə 2 saat qalmış mənə zəng edirlər ki, sən yox başqaları olacaq, istəsən sən də gəl. Mənim 49 yaşım, 30 ildə sənət stajım var. Mən, heç kimin boşluğunu dolduran deyiləm.

Bu sənətdə hörmətimi, uğurlarımı özüm qazanmışam. Mənim “day-dayım” olmayıb ki, mənə dəstək olsun. Hər zaman da ayaqda dik durmuşam. Bunlar da keçəcək.  O efirə çıxdım, çıxmadım, heç nə dəyişilməyəcək. Ancaq bəsdirin, belə haqsızlıq etmək olmaz. Çiyninizdə bu günahları hara qədər daşıya biləcəksiniz?”,- deyə, o, fikrini tamamlayıb.

Vüqar Rəhimov

Xəbəri paylaşın




Digər xəbərlər:
Cənab Prezident, koronavirusa birlikdə qalib gələcəyik!
Cənab Prezident, koronavirusa birlikdə qalib gələcəyik!
16.04.20, Cəmiyyət
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
06.04.20, Gündəm
İlham Əliyev AzTV-yə müsahibə verdi-VİDEO
İlham Əliyev AzTV-yə müsahibə verdi-VİDEO
24.03.20, Siyasət
Elza Seyidcahandan Manaf Ağayevə SƏRT SÖZLƏR — Tərbiyəsiz müğənnilərə görə...
Elza Seyidcahandan Manaf Ağayevə SƏRT SÖZLƏR — Tərbiyəsiz müğənnilərə görə...
09.03.20, Şou
Prezident Artur Rəsizadəyə orden verdi - Foto
Prezident Artur Rəsizadəyə orden verdi - Foto
27.02.20, Siyasət
“ŞİRKƏT RƏHBƏRİ MONOPOLİYA YARATMAQ HƏVƏSİNDƏDİR” - Türkiyə vətəndaşı Prezidentə müraciət etdi
“ŞİRKƏT RƏHBƏRİ MONOPOLİYA YARATMAQ HƏVƏSİNDƏDİR” - Türkiyə vətəndaşı Prezidentə müraciət etdi
24.01.20, Gündəm
Davosda Prezident İlham Əliyev ilə OPEC-in baş katibi Məhəmməd Barkindonun görüşü olub - FOTO
Davosda Prezident İlham Əliyev ilə OPEC-in baş katibi Məhəmməd Barkindonun görüşü olub - FOTO
22.01.20, Siyasət
İlham Əliyev Ramin Quluzadəni qəbul etdi - YENİLƏNİB + FOTO
İlham Əliyev Ramin Quluzadəni qəbul etdi - YENİLƏNİB + FOTO
15.01.20, Siyasət
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
25.12.19, Siyasət
“Çox istəyirəm ki, maaşlar və pensiyalar daha sürətlə artsın” - Prezident
“Çox istəyirəm ki, maaşlar və pensiyalar daha sürətlə artsın” - Prezident
19.12.19, Siyasət