10
dekabr
2019
10:13
1131


Universal kart

AdRiver


Firuzə İbadova İlhamənin oğlunun 7 min borcunu bağışladı

Bir neçə il öncə Əməkdar artist Firuzə İbadova mərhum Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirova borc versə də, daha sonra qarşı tərəf aldığı yeddi min manat pulu geri qaytarmayıb. 

Axşam.az xəbər verir ki, tədbirlərin birinə qatılan sənətçi oxu.az-a açıqlamasında həmin məsələnin pərdəarxası məqamlarını gün üzünə çıxarıb:
“Orxan mənə olan borcunu qaytarmadı. Mənə borclu olan o pulu İlhamə Quliyevanın sənətinə görə Orxana halal etdim. Orxan uşaqdır, cavandır. Neyləyək, belə alındı. Eybi yoxdur. Dünya malı dünyada qalır. Halal xoşu olsun. Hər şeyin üstündən xətt çəkdim. Allah onun qapılarını üzünə açsın. Orxan da qaldı heç nəsiz. İlhamədən ona heç nə qalmadı. İlhamə onu övladlığa götürmüşdü. Heç olmasa ona nəsə verilməli idi”.
F. İbadova mərhum Xalq artisti İlhamə Quliyevanın taxt-tacına sahib çıxmaq istəyən bəzi ifaçılara da ikibaşlı mesaj ünvanlayıb:
“İlhamənin taxt-tacı heç kimə yaraşmır. O taxt-tac yalnız İlhaməyə yaraşırdı. Taxt-tac heç Sultan Suleymana belə qalmadı”.
Əməkdar artist sonda mənzil şəraiti ilə bağlı yaşadığı çətinlikləri yada salıb, giley-güzar edib:
“İnsanın həyatında hansısa sıxıntı olanda… Allahın hökmü var. Sınaq. Bu kimi suallar olanda özümdən aslı olmadan qəhərlənirəm. Bu dünya sınaq məkanıdır, “zəmidir”. Ümid edirəm nə vaxtsa, mənim də “zəmim” bəhrəsini verər.
Bu gün də ayaqdayam. Bu il 65 yaşım tamam olur. Azərbaycan musiqi mədəniyyətində öz səviyyəmi qoruyub saxlayıram. Yəqin ki, bəhrəsi olar. Ev də olar, fəxri ad da olar. Olmasa da, mənim dəyərim tamaşaçılarım və dincləyicilərimdir”.

Xəbəri paylaşın




Digər xəbərlər:
Bakıda ilk dəfə Senya Sonun solo konserti keçirildi
Bakıda ilk dəfə Senya Sonun solo konserti keçirildi
10.12.19, Cəmiyyət
Yanğına görə yolda qalanlar nə etsin?
Yanğına görə yolda qalanlar nə etsin?
10.12.19, Cəmiyyət
“ANS”in vitse-prezidenti yeni şirkət yaratdı - “ANS ÇM” üçün
“ANS”in vitse-prezidenti yeni şirkət yaratdı - “ANS ÇM” üçün
10.12.19, Gündəm
Vəfa Zeynalovanın qardaşı vəfat etdi
Vəfa Zeynalovanın qardaşı vəfat etdi
10.12.19, Şou
Vasifdən Xatirəyə müğənnilərlə bağlı qadağa
Vasifdən Xatirəyə müğənnilərlə bağlı qadağa
10.12.19, Şou
"Kişilər Damladan qorxur"
"Kişilər Damladan qorxur"
10.12.19, Şou
Dekabrın 10-də xarici valyutaların manata qarşı məzənnələri
Dekabrın 10-də xarici valyutaların manata qarşı məzənnələri
10.12.19, İqtisadiyyat
Moldova Bakıdakı səfirini geri çağırdı
Moldova Bakıdakı səfirini geri çağırdı
05.12.19, Dünya
Vilayət Quliyev eks-naziri oğurluqda ittiham etdi
Vilayət Quliyev eks-naziri oğurluqda ittiham etdi
05.12.19, Gündəm
“O yaxşılığı mən necə unudum, kim unuda bilər?”
“O yaxşılığı mən necə unudum, kim unuda bilər?”
05.12.19, Gündəm