03
iyun
2020
16:00
1507


Universal kart

AdRiver


Pərvin Abıyeva: “Ən böyük arzum ana olmaqdır” - FOTO

“Artıq bir ildir ki, Bakıdayam. İstanbula ayda bir-iki dəfə gedib gəlirəm”.
Qanunla.Az xəbər verir ki, bu sözləri məşhur aktrisa Pərvin Abıyeva “Xəzər” televiziyasında yayımlanan “5/5” axşam şousunda qonaq olarkən deyib.
Sənətçi hamıya inandığını və xasiyyətindəki saflığının ona ziyan gətirdiyini söyləyib: “Çox safam. Hər şeyə inanıram. Bu heç yaxşı xüsusiyyət deyil. Belə olmağım mənə ziyan vurur. Hamını özün kimi qəbul edirsən. Özündə olan səmimiyyəti istəyirsən ki, qarşında olan insanda da görəsən, görməyə çalışırsan, hətta öz-özünü buna məcbur edib görürsən. Bir sözlə, özün özünü aldadırsan”.
Verilişin aparıcısı Zaur Kamalın “Gözəlliyindən neçə adam ölüb?” sualına P.Abıyeva “Gözəlliyimdən ölən olmayıb” deyərək, fikirlərini belə davam edib: “Gözəlliyimə görə özündən gedən çox insan olub. Amma bunu tək gözəlliyimlə əlaqələndirməzdim. Sevənim hər zaman çox olub. Sevilən bir insanam”.
Zaurun “Hələ müğənni olsan, gör nələr olar” şərhinə aktrisa “Planımda oxumaq da var”, - deyərək, fikir bildirib.
Proqramda Pərvin ən böyük arzusunu da dilə gətirib: “Ən böyük arzum ana olmaqdır. Ondan başqa heç bir arzum yoxdur. Valideyinlərimin də arzusu mənim toyumu və ana olmağımı görməkdir. Amma hazırda həyatımda heç kim yoxdur. 29 yaşım var, 22 yaşımdan bu sənətdəyəm. Azərbaycanda 90 faiz əhali məni tanıyır”.

Xəbəri paylaşın




Digər xəbərlər:
Sən kimsən ki, bizə xəbərdarlıq edirsən, Əziz Ələkbərli?
Sən kimsən ki, bizə xəbərdarlıq edirsən, Əziz Ələkbərli?
22.05.20, Cəmiyyət
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
22.05.20, Gündəm
Xalqın Prezidentə etibarı sarsılmazdır — MƏKTUBLAR
Xalqın Prezidentə etibarı sarsılmazdır — MƏKTUBLAR
20.05.20, Cəmiyyət
"Hələ ölmək fikrim yoxdur" — ZEYNƏB XANLAROVA
"Hələ ölmək fikrim yoxdur" — ZEYNƏB XANLAROVA
19.05.20, Şou
Əli Həsənov milyonları bax belə mənimsəyirdi — ŞOK FAKTLAR
Əli Həsənov milyonları bax belə mənimsəyirdi — ŞOK FAKTLAR
15.05.20, Cəmiyyət
Nadir hazırda hicab taxan qadın müğənnini ifşa etdi — “Toya biabırçı libasda gəlmişdi” - VİDEO
Nadir hazırda hicab taxan qadın müğənnini ifşa etdi — “Toya biabırçı libasda gəlmişdi” - VİDEO
15.05.20, Şou
Afaq Bəşirqızı “Ana müqəddəsdir” deməlidir, ana söyüşü söyməməlidir
Afaq Bəşirqızı “Ana müqəddəsdir” deməlidir, ana söyüşü söyməməlidir
21.04.20, Cəmiyyət
İlham Əliyev AzTV-yə müsahibə verdi-VİDEO
İlham Əliyev AzTV-yə müsahibə verdi-VİDEO
24.03.20, Siyasət
Sağlam olmaq istəyirsən? Daxili qorxularını dəf et!
Sağlam olmaq istəyirsən? Daxili qorxularını dəf et!
19.03.20, Cəmiyyət
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
25.12.19, Siyasət