03
iyun
2020
17:20
1828


Universal kart

AdRiver


"Yekəqarın kişiləri xoşlayıram" — Nigar Camal

Müğənni Nigar Camal müsahibə verib.

Qanunla.Az həmin müsahibəni təqdim edir:

- İki aya yaxın ölkədə karantin rejimi elan olundu. Bu dövrü necə keçirtdiniz?

- Yaxşı keçirtdim. Karantin dövrünü demək olar ki, bağda keçirtdim. AzTV-də bilirsiniz ki, həftə sonu verilişimiz var. Çəkilişlərə getdim. Başımı qarışdırırdım. Sadəcə uşaqlarım üçün darıxıram. Yollar bağlı olduğu üçün Londona qayıda bilmirəm. Görüntülü danışırıq, amma yenə də yanımda olmalarını çox istəyirəm.

- Qızlarınızdan söz düşmüşkən, necə anadır Nigar Camal. Yaxşı ana olmaq üçün nə edirsiniz?

- Əlimdən gələni edirəm. Mən ümumiyyətlə övladlarımla ana-qız yox, rəfiqəyəm. Özümü hər zaman onların yerinə qoyub, səhvlərini onların baxış bucağından dəyərləndirirəm. Hər zaman bu düşüncədəyəm ki, həyat onsuz da çox çətindir. Sabah nə olacağını bilmirik. Hər bir valideyn uşaqlarının güclü böyüməsi üçün çalışmalıdır. Bir də övladlarımın savadı, təhsili mənim üçün çox əhəmiyyətlidir. Onların təhsil alması həyatda bir peşəyə sahib olmaları üçün çalışıram.

- Uzun illərdir Londonda yaşayırsınız. Sizi Azərbaycandan qoparan duyğularınız oldu, yoxsa bir çox insan kimi xarici ölkədə yaşamaq istəyi?

- Artıq 15 ildir Londonda yaşayıram. Sevgi qopardı məni Azərbaycandan. Çox sevdim və sevgimin məni apardığı yerə getdim.

- Həyatınızda “bu mənim üçün çox özəldir” dediyiniz anlar hansı anlardır ?

- Həyatımda mənim üçün özəl olan anlar çoxdur. Yəqin ki, ən özəli övladlarımın dünyaya gəldiyi anlardır. Həyatımda çətin anlar da çox olub. Gənc olanda çətinliklər adama aşılmaz görünsə də, yaş ötdükcə onlarla mübarizə aparmaq daha asan olur. İndi elə yaşdayam ki, çətinliyə yenilmirəm.

- Deyirlər, insan aşiq olanda daha çox özü olur. Nigar Camal eşqi necə yaşayır?

- Mən aşiq olanda çox xoşbəxt oluram. Ümumiyyətlə, sevgi mənim üçün hər şeydir. Bu dünyada məni nə ulduz həyatı, nə pul xoşbəxt edə bilir. Həyatımda sevgi olmayanda özümü çox bədbəxt hiss edirəm. Sevgi məni xoşbəxt edir.

- Amma bir neçə il əvvəl müsahibələrinizin birində demisiniz ki, sevgi olanda işləmək çox çətin olur.

- Mən həmişə düşünürdüm ulduz olsam, xoşbəxt olaram. Bir gündə məşhur oldum, amma hiss etdim ki, yox bu məni xoşbəxt etmir, həyatımda yenə də bir boşluq var.

- İndi necə o boşluğu dolduran var?

- Var. Amma evlilik haqqında hələ düşünmürəm. İkinci dəfə ərə getmək üçün tələsmək doğru deyil.

- Sizi siz edən vərdişləriniz nələrdir?

- Özüm kimi olmağım. Bir məsələnin çox dərinliyinə gedən adam deyiləm. Özümü mənfiyə kökləmirəm. Çox kədərli məqamda belə pozitivə kökləyə bilirəm özümü.

- Nigar Camalın ideal kişi modeli necə olmalıdır?

- Zarafat edən, pozitiv kişiləri sevirəm. Hər zaman bir yerdə oturan, danışmayan kişiləri sevmirəm. Kök və yekəqarın kişiləri sevirəm.

- Nə zaman əsəbiləşirsiniz?

- Ac olanda (gülür). Ümumiyyətlə, insanlar məni mənfi aura ilə yükləyəndə əsəbiləşirəm. Narahat edir bu məni.

- Müğənni olmaq fürsətini yaxalaya bilməsəydiniz hansı peşəni seçərdiniz?
 
- Mətbəxdə olmağı sevirəm. Yəqin aşpaz olardım (gülür).
 
- Sözün hər iki mənasında əlinizin duzu var?

- Mətbəxdə var, həyatda yoxdur. Ona görə də ətrafımda adam azdır. Sənət yoldaşlarımın çoxundan uzaq gəzirəm. Ən yaxın dostlarım Samir Cavadzadə, Eldar Qasımov və Ranar Musayev, Afaq Gəncəli, Oksana Rəsulovadır. Ürəyimə yatan və mənimlə eyni dəyərlərə sahib olan insanlarla dostluq edirəm. Əgər kimsə xoşuma gəlmirsə, onların xətrinə dəymədən uzaqlaşıram.

- Mütailə ilə aranız necədir?

- Uşaq vaxtı çox kitab oxuyurdum. Bizim ailəmizdə belə bir ənənə var idi. Anam bacım və mən oxumaq uğrunda rəqabətə girirdik. Mən detektiv kitablar oxumağı çox sevirdim. Aqata Kristinin bütün kitablarını demək olar ki, oxumuşam. Ən çox sevdiyim yazıçılar Aqata Kristi və Ceyms Hedli Çeyzdir.

- Adı şou xəbərlərdə ən çox hallanan məşhurlardansınız. Şounun karyeranıza yaxşı və pis təsirləri varmı?

- Bilirsiniz, bizdə sarı mətbuat daha üstündür. İnsanlar da sarı mətbuata meyllidir. Mən oturub bu saat ədəbiyyatdan, elmdən danışsam, bu heç kimə maraqlı olmayacaq. Amma mənim və digər həmkarlarımın həyatı ilə bağlı nə isə mənfi bir xəbər yazılanda hamı maraqlanır, girib baxır. Bu tək bizim bəlamız deyil. Qlobal bir bəladır. Sadəcə olaraq bizim mentalitetimizdə özünə xüsusi yer edən qeybət faktoru var ki, bu da prosesləri bir qədər məcrasından çıxarır. Media sənətçiləri doğru təqdim etmir bəzən. Sənətçinin çıxışlarını, sözlərini təhrif edirlər. İnsanların da mənfi tərəfi odur ki, ancaq başlığa baxırlar. Zəhmət çəkib məqalənin içini oxumurlar. Bu mənadan şounun sənətçinin karyerasına heç bir xeyri yoxdur. Şəxsən şou xəbərlərində adımın hallanmasının mənə ancaq ziyanı olur. Çünki mənim dil ilə bağlı ciddi problemim var. Fikirlərimi Azərbaycan dilində doğru ifadə edə bilmirəm. Bu yanlış anlaşılmalar da çox vaxt məni şou xəbərlərdə “manşet” edir.

- Hədəfinizə çatmısız?

- Hələ istədiyimə çatmamışam. Solo konsert vermək istəyirəm. Artıq 10 ildir sənətdəyəm, hələ bir dəfə də olsun, solo konsert verməmişəm. Çünki istədiyim konserti həyata keçirmək üçün hər şey peşəkar olmalıdır. Səhnədə ancaq mahnı ifa etməklə kifayətlənən sənətçi deyiləm. O konsertdə rəqslər olmalıdır, möhtəşəm akustika, şou olmalıdır.

- Londonda yaşayırsınız. İngiltərənin sənət aləminə daxil olmaq nə qədər mümkündür?
 
- Mümkün deyil. İngiltərədə doğulsan, orda bir ömür keçirtsən də bu, mümkün deyil. Hətta çox tanınan bir müğənni olsan da oranın sənət mühitinə daxil olmaq fürsətini yaxalasan belə uzun müddət davam etmir. Uzağı bir il çəkir.
 
- 90-lardan bu günə Azərbaycan pop musiqisi nə kimi dəyişikliyə məruz qalıb?

- 90-cı illərlə müqayisədə 2000-ci illərdə yazılan və hit olan mahnılar daha səviyyəli mahnılar idi, mənə görə. Daha müasir, caz stlində idi. İndiki mahnılar üçün bunu deyə bilməyəcəm. Çünki qarışdırmışıq mahnıları. Daha çox türk və hind ritmləri üzərində yazılır mahnılar. Hind musiqilərinə Azərbaycan sözləri yazıb oxuyurlar. Azərbaycan pop musiqisi inkişaf edə bilmir.

- Sosial şəbəkə sənətçilərin həyatına girəndən nə dəyişdi?

- Sənətçilər adiləşdi. Əvvəllər müğənnilərin tamaşaçı üçün maraqlı, sirli tərəfləri var idi. İndi maraq qalmayıb. Müğənni daha əlçatandı. Kim istəsə girib müğənniyə yaxşı, yaxud da pis söz yaza bilir. Düşünürəm ki, belə olmamalıdır.

- Məşhur olandan sonra nələrə diqqət etmək məcburiyyəti hiss edir adam?

- Daha asta və ehtiyatlı olmaq. Danışdığın hər sözə diqqət etmək məcburiyyətindəsən. Çünki ağzından çıxan bir yanlış cümlə sənin hətta imicini zədələyə bilər. Məşhur olandan sonra insan daha səliqəli və nizam-intizamlı olmalıdır.

- Mən sizin ifanızda daha çox xarici mahnılar dinləmişəm. Repertuarınızda Azərbaycan mahnıları varmı?
 
- Var əlbəttə. Amma çox deyil. Azərbaycan dilində mənim stilimə, səs imkanlarıma uyğun yaxşı mahnı yazan bəstəkar tapa bilmirəm.

Xəbəri paylaşın




Digər xəbərlər:
"Bu çətin günlərdə xalqımıza arxa-dayaq oldunuz" - Prezidentə yazırlar
"Bu çətin günlərdə xalqımıza arxa-dayaq oldunuz" - Prezidentə yazırlar
23.05.20, Siyasət
Sən kimsən ki, bizə xəbərdarlıq edirsən, Əziz Ələkbərli?
Sən kimsən ki, bizə xəbərdarlıq edirsən, Əziz Ələkbərli?
22.05.20, Cəmiyyət
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
22.05.20, Gündəm
Məşhur Vəkil Adəm Məmmədovun ''Qətlin Sonu'' adlı yeni kitabı işıq üzü gördü-FOTOLAR
Məşhur Vəkil Adəm Məmmədovun ''Qətlin Sonu'' adlı yeni kitabı işıq üzü gördü-FOTOLAR
21.05.20, Cəmiyyət
Xalqın Prezidentə etibarı sarsılmazdır — MƏKTUBLAR
Xalqın Prezidentə etibarı sarsılmazdır — MƏKTUBLAR
20.05.20, Cəmiyyət
Əli Həsənov milyonları bax belə mənimsəyirdi — ŞOK FAKTLAR
Əli Həsənov milyonları bax belə mənimsəyirdi — ŞOK FAKTLAR
15.05.20, Cəmiyyət
"AzTV heç kimin atasının şirkəti deyil" — Nadir Qafarzadə efir QADAĞASINDAN DANIŞDI
"AzTV heç kimin atasının şirkəti deyil" — Nadir Qafarzadə efir QADAĞASINDAN DANIŞDI
02.05.20, Şou
İlham Əliyev AzTV-yə müsahibə verdi-VİDEO
İlham Əliyev AzTV-yə müsahibə verdi-VİDEO
24.03.20, Siyasət
Vilayət Eyvazov müstəntiqi CƏZALANDIRDI — Bacı-qardaşın ölüm səbəbini ört-basdır edirmiş – SAXLANILAN VAR
Vilayət Eyvazov müstəntiqi CƏZALANDIRDI — Bacı-qardaşın ölüm səbəbini ört-basdır edirmiş – SAXLANILAN VAR
07.01.20, Cəmiyyət
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
25.12.19, Siyasət