04
iyun
2020
17:10
1487


Universal kart

AdRiver


Səməd Səmədov: “Maddi durumum çox-çox pisdir”

Pandemiya ilə əlaqədar toylara qoyulan qadağa davam etdikcə, müğənni və musiqiçilərin narahatlığı artır. Gəlirləri əsasən el şənliklərindən olan bəzi sənətçilər hesab edir ki, toylara müəyyən qaydalar çərçivəsində start verilə bilər. Bəs görəsən, “Toylar kralı” Səməd Səmədov bu barədə nə düşünür?

Qanunla.Az xəbər verir ki, saytımıza açıqlamasında xalq artisti bütün diqqətin insanların sağlamlığına yönəlməsinin vacibliyini qeyd edib:

“Bu gün nəinki Azərbaycan, bütün dünya pandemiyadan əziyyət çəkir. Baxın, Türkiyədə hətta komendant saatı elan edilmişdi. Amma artıq bütün obyektlər açılır. Həmçinin, İtaliyada, digər Avropa ölkələrində də hər şey tədricən qaydasına düşür. Çünki camaat dövlətin qoyduğu qaydalara əməl edir. Bizdə isə vəziyyət fərqlidir. İnsanlar maskasız gəzir, qaydalara ciddi əməl etmək istəmir. Bax, elə ona görə də yaxın iki gündə camaatın çölə çıxması belə qadağan edildi”.

Toyların qadağan edilməsi ilə özünün də maddi vəziyyətinin ağırlaşdığını deyən Səməd Səmədov: “Şəxsən mənim də hazırda maddi durumum çox-çox pisdir. Heç bilmirəm ki, nə edəcəm. Çünki yeganə gəlirim toylardandır, əlavə qazanc yerim yoxdur. Digər tərəfdən övladlarım və nəvələrim Moskvada yaşayan digər nəvəmi görmək üçün ora getmişdilər və ilişib qalıblar orada. Və mən yoldaşımla bağda tək qalmışıq”, – bildirib.

Buna baxmayraq, “Toylar kralı” həmkarlarını səbirli olmağa çağırıb: “Müğənni dostlarımın vəziyyətindən xəbərim var. Mən onları “kəmərlərini bərk bağlamağa” çağırıram. Səbr, səbr, səbr etmək lazımdır. Çünki toyu həmişə etmək olar. Əsas xalqın, insanların sağlamlığıdır”.

Xəbəri paylaşın




Digər xəbərlər:
"Bu çətin günlərdə xalqımıza arxa-dayaq oldunuz" - Prezidentə yazırlar
"Bu çətin günlərdə xalqımıza arxa-dayaq oldunuz" - Prezidentə yazırlar
23.05.20, Siyasət
Sən kimsən ki, bizə xəbərdarlıq edirsən, Əziz Ələkbərli?
Sən kimsən ki, bizə xəbərdarlıq edirsən, Əziz Ələkbərli?
22.05.20, Cəmiyyət
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
22.05.20, Gündəm
Xalqın Prezidentə etibarı sarsılmazdır — MƏKTUBLAR
Xalqın Prezidentə etibarı sarsılmazdır — MƏKTUBLAR
20.05.20, Cəmiyyət
Əli Həsənov milyonları bax belə mənimsəyirdi — ŞOK FAKTLAR
Əli Həsənov milyonları bax belə mənimsəyirdi — ŞOK FAKTLAR
15.05.20, Cəmiyyət
Hafiz Hacıyevdən Afaq Bəşirqızına: “O vaxt Vəzirov da belə edirdi” – Müsahibə
Hafiz Hacıyevdən Afaq Bəşirqızına: “O vaxt Vəzirov da belə edirdi” – Müsahibə
16.04.20, Siyasət
Cənab Prezident, koronavirusa birlikdə qalib gələcəyik!
Cənab Prezident, koronavirusa birlikdə qalib gələcəyik!
16.04.20, Cəmiyyət
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
05.04.20, Cəmiyyət
İlham Əliyev AzTV-yə müsahibə verdi-VİDEO
İlham Əliyev AzTV-yə müsahibə verdi-VİDEO
24.03.20, Siyasət
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
25.12.19, Siyasət