06
iyun
2020
17:37
1851


Universal kart

AdRiver


Verilişlərə həmkarları ilə çıxmaqdan imtina edən Damla: “Deyirlər ki, saxta, yalançıyam”

Mart ayında Rusiyaya toya gedib, oradan koronavirus pandemiyası səbəbindən sərhədlərin bağlı olmasına görə, üç aya yaxın vətənə qayıda bilməyən Damla uzun fasilədən sonra Bakıya dönüb.

Qanunla.Az xəbər verir ki, “Xəzər” telekanalında yayımlanan “5/5” axşam şousunda qonaq olan müğənni qalmaqallı açıqlamaları ilə gündəmə gəlib.

Damla sosial mediada izləyicilər tərəfindən barəsində yazılan tənqid dolu şərhlərdən söhbət açıb:

“Haqqımda belə deyirlər: “Çox saxtadır, yalan danışır, özünü məsum kimi gözə soxmağa çalışır. Sanki qüsursuzdur, günahsızdır. İnsanlara özünü mələk kimi təqdim edir”. Sənət adamlarının çıxışlarını hər zaman izləyirəm. Hansısa sənət dostunun xətrinə dəymək, alçaltmaq, təhqir etmək, ələ salmaq, lağa qoymaq dürüstlükdürsə, səmimiyyətdirsə... Onlar barədə neqativ fikirlər demək və bunu “sözü üzə deyirəm” kimi qələmə vermək səmimiyyətdir? Bunları etmirəmsə, saxtakaram?”

Verilişin aparıcısı Zaur Kamalın “Şəbnəm Tovuzlu sizlə efirə çıxmaq istəyib, amma razılaşmamısınız?” sualına sənətçi “Nə deyim? Heç bir sənət dostumla efirə çıxmıram. Dəfələrlə bu barədə danışmışam” cavabını verib.

Xəbəri paylaşın




Digər xəbərlər:
"Yekəqarın kişiləri xoşlayıram" — Nigar Camal
"Yekəqarın kişiləri xoşlayıram" — Nigar Camal
03.06.20, Şou
"Bu çətin günlərdə xalqımıza arxa-dayaq oldunuz" - Prezidentə yazırlar
"Bu çətin günlərdə xalqımıza arxa-dayaq oldunuz" - Prezidentə yazırlar
23.05.20, Siyasət
Sən kimsən ki, bizə xəbərdarlıq edirsən, Əziz Ələkbərli?
Sən kimsən ki, bizə xəbərdarlıq edirsən, Əziz Ələkbərli?
22.05.20, Cəmiyyət
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edildi — SİYAHI
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edildi — SİYAHI
22.05.20, Siyasət
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
22.05.20, Gündəm
Əli Həsənov milyonları bax belə mənimsəyirdi — ŞOK FAKTLAR
Əli Həsənov milyonları bax belə mənimsəyirdi — ŞOK FAKTLAR
15.05.20, Cəmiyyət
Nadir hazırda hicab taxan qadın müğənnini ifşa etdi — “Toya biabırçı libasda gəlmişdi” - VİDEO
Nadir hazırda hicab taxan qadın müğənnini ifşa etdi — “Toya biabırçı libasda gəlmişdi” - VİDEO
15.05.20, Şou
İlham Əliyev AzTV-yə müsahibə verdi-VİDEO
İlham Əliyev AzTV-yə müsahibə verdi-VİDEO
24.03.20, Siyasət
Sağlam olmaq istəyirsən? Daxili qorxularını dəf et!
Sağlam olmaq istəyirsən? Daxili qorxularını dəf et!
19.03.20, Cəmiyyət
Elza Seyidcahandan Manaf Ağayevə SƏRT SÖZLƏR — Tərbiyəsiz müğənnilərə görə...
Elza Seyidcahandan Manaf Ağayevə SƏRT SÖZLƏR — Tərbiyəsiz müğənnilərə görə...
09.03.20, Şou