18
avqust
2020
15:35
11 231


Universal kart

AdRiver


Afaq Bəşirqızı gəlinindən danışdı: “ Deyilənlər cəfəngiyyatdır, axmaq bir yalandır”

Xalq artisti Afaq Bəşirqızının gəlini Könül Təhməzovanın 7 nömrəli məktəbə direktor təyin olunması birmənalı qarşılanmayıb.
Sosial şəbəkədəki çoxluq onun bu posta məhz qayınanasının nüfuzu sayəsində təyin olunduğunu iddia edib. Könül Təhməzovanın şəxsi bloqunda özü haqqında yazdığı məlumatlarda qrammatik səhvlərə yol verməsi isə ona qarşı tənqidləri daha da şiddətləndirib.
Afaq Bəşirqızı məsələ ilə bağlı Yenisabah.az-a açıqlamasında bildirib ki, gəlininin təyinatını mətbuatdan öyrənib:

“Da”, “də” bağlayıcısını mənim gəlinim yazmayıb, məlumatı sayta yerləşdirən qız elə yazıb. Mənim gəlinim ali təhsilli müəllimədir. Özü də Təhsil İdarəsində şöbə müdiri işləyib. Həddən ziyadə savadlı xanımdır və təhsillə bağlı son beş ildəki fəaliyyəti də Təhsil Nazirliyi tərəfindən bilinir.
Onun keçirdiyi konfranslar, gördüyü işlər məlumdur. Mən heç bir zaman gözümün işığı da olsa, heç kimə ağız açan deyiləm. Bu, mənim təbiətimdə yoxdur. Bir də ki, məktəb direktorlarını boş yerə o vəzifəyə təyin etmirlər. Onların imtahanları var. 7 nömrəli məktəb vaxtında çox tanınmış məktəb olub. Afaq Bəşirqızının gəlini savadsız olsa idi, həmin məktəbə onu təyin etməzdilər. Afaq Bəşirqızı onda məsələyə qarışardı ki, gəlini savadsız olardı. Ona irad tutardı ki, sənin savadın yoxdur, niyə vəzifəyə təyin edirlər?! Mən xəbəri mətbuatdan bilmişəm. Bu, qəfildən olan bir şeydir”. 
Xalq artisti deyilənlərin cəfəngiyyat olduğunu vurğulayıb:
“Mənim gəlinim evdar qadın deyildi ki, evdən götürüb məktəb direktoru qoysunlar. O, Təhsil İdarəsində ən öndə gedən işçilərdən idi. Deyilənlər cəfəngiyyatdır, axmaq bir yalandır. Bu, qaragüruhçuların, trolların işidir”.

Xəbəri paylaşın




Digər xəbərlər:
Bəzilərinin heç anasının kimliyi bilinmir - Artur Rasizadə
Bəzilərinin heç anasının kimliyi bilinmir - Artur Rasizadə
14.07.20, Siyasət
İlham Əliyev 3 fərman imzaladı
İlham Əliyev 3 fərman imzaladı
01.06.20, Siyasət
"Bu çətin günlərdə xalqımıza arxa-dayaq oldunuz" - Prezidentə yazırlar
"Bu çətin günlərdə xalqımıza arxa-dayaq oldunuz" - Prezidentə yazırlar
23.05.20, Siyasət
Sən kimsən ki, bizə xəbərdarlıq edirsən, Əziz Ələkbərli?
Sən kimsən ki, bizə xəbərdarlıq edirsən, Əziz Ələkbərli?
22.05.20, Cəmiyyət
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
22.05.20, Gündəm
Xalqın Prezidentə etibarı sarsılmazdır — MƏKTUBLAR
Xalqın Prezidentə etibarı sarsılmazdır — MƏKTUBLAR
20.05.20, Cəmiyyət
Əli Həsənov milyonları bax belə mənimsəyirdi — ŞOK FAKTLAR
Əli Həsənov milyonları bax belə mənimsəyirdi — ŞOK FAKTLAR
15.05.20, Cəmiyyət
Afaq Bəşirqızı “Ana müqəddəsdir” deməlidir, ana söyüşü söyməməlidir
Afaq Bəşirqızı “Ana müqəddəsdir” deməlidir, ana söyüşü söyməməlidir
21.04.20, Cəmiyyət
Hafiz Hacıyevdən Afaq Bəşirqızına: “O vaxt Vəzirov da belə edirdi” – Müsahibə
Hafiz Hacıyevdən Afaq Bəşirqızına: “O vaxt Vəzirov da belə edirdi” – Müsahibə
16.04.20, Siyasət
İlham Əliyev 4 sərəncam, 2 fərman imzaladı
İlham Əliyev 4 sərəncam, 2 fərman imzaladı
18.12.19, Siyasət