22
sentyabr
2020
14:25
1162


Universal kart

AdRiver


Məşhurluqdan bezən Ledi Qaqa intihar etmək istəyib

Amerikalı ifaçı Ledi Qaqa birdən-birə şöhrət qazanmasının onda intihar düşüncələri yaratdığını deyib.
Bu barədə o, CBS News-a müsahibəsində bildirib.
34 yaşlı ifaçının sözlərinə görə, məşhurluğun onun ruhi sağlamlığına təsir etdiyini anlayandan sonra hər gün özünü öldürmək barədə düşünüb.
Müsahibə zamanı müğənni sevimli pianosunu göstərib. Onun sözlərinə görə, məşhurlaşandan sonra  bu musiqi alətinin onun həyatını məhv etdiyi qənaətinə gəlib, çünki mahnıları onunla yazmışdı, onu Ledi Qaqa edən o idi.
“Tamamilə ümidsizləşdim, məşhur olmaqdan, ulduz olmaqdan nifrət etdim. Özümü yorğun və tükənmiş hiss edirdim”, - deyə müğənni xatırlayır.
Onun sözlərinə görə, MTV Video Music Awards-ın üç mükafatına layiq görülən “Chromatica” adlı son albomu sayəsində depressiyadan çıxa bilib.
“Artıq Ledi Qaqaya nifrət etmirəm. Heç vaxt olmayacağını düşünsəm də, özümü yenidən sevməyin bir yolunu tapdım”, - deyə ulduz etiraf edib.
Bundan əlavə, Ledi Qaga “Rain on me” adlı mahnısını birgə bəstələdiyi Ariana Grande ilə dostluğunun ona kömək etdiyini qeyd edib.

Xəbəri paylaşın




Digər xəbərlər:
Vətən uğurunda canını fəda edənlər ən ali hörmətə layiqdirlər
Vətən uğurunda canını fəda edənlər ən ali hörmətə layiqdirlər
16.09.20, Cəmiyyət
Zahid Orucdan sensasion yazı
Zahid Orucdan sensasion yazı
15.09.20, Gündəm
“Baku” jurnalının baş redaktoru Leyla Əliyeva ilə Rasim Balayevin söhbəti
“Baku” jurnalının baş redaktoru Leyla Əliyeva ilə Rasim Balayevin söhbəti
31.08.20, Cəmiyyət
Mir Şahindən Kəramətə sərt cavab: "Kişi aldığını qoruyar!"
Mir Şahindən Kəramətə sərt cavab: "Kişi aldığını qoruyar!"
19.08.20, Gündəm
Bəzilərinin heç anasının kimliyi bilinmir - Artur Rasizadə
Bəzilərinin heç anasının kimliyi bilinmir - Artur Rasizadə
14.07.20, Siyasət
"Yekəqarın kişiləri xoşlayıram" — Nigar Camal
"Yekəqarın kişiləri xoşlayıram" — Nigar Camal
03.06.20, Şou
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
22.05.20, Gündəm
Əli Həsənov milyonları bax belə mənimsəyirdi — ŞOK FAKTLAR
Əli Həsənov milyonları bax belə mənimsəyirdi — ŞOK FAKTLAR
15.05.20, Cəmiyyət
Cənab Prezident, koronavirusa birlikdə qalib gələcəyik!
Cənab Prezident, koronavirusa birlikdə qalib gələcəyik!
16.04.20, Cəmiyyət
İlham Əliyev AzTV-yə müsahibə verdi-VİDEO
İlham Əliyev AzTV-yə müsahibə verdi-VİDEO
24.03.20, Siyasət