14
dekabr
2019
15:41
1329


Universal kart

AdRiver


Lalə Məmmədova keçmiş əri haqda elə sözlər dedi ki… - "Arxamda güclü kişi var…"

Əməkdar artist Lalə Məmmədova "Söhbətsiz" verilişində qonaq olub.
Qanunla.az xəbər verir ki, şəxsi həyatı haqqında danışan Lalə Məmmədova aparıcının "Tələblərinizin yüksək olduğuna görəmi həyat yoldaşınızdan ayrılmısınız" sualına belə cavab verib:
"Xeyr, bu belə deyil. Ola bilər ki, qadın kimi evimdə fiziki olaraq bəzi işləri çatdırmaya bilərdim, yemək bişirmək, süfrə açıb qonaq qəbul etmək… Bu işləri görəcək adam hər zaman yanımda olub. Ailəm bu səbəbdən dağılmayıb.
Ailəni qorumaq üçün hər iki tərəf mübarizə aparmalıdır. Münasibətdə, ailədə, dostluqda əgər tək bir tərəf mübarizə aparırsa, günün birində bu qırılcaq. Çünki qarşı tərəf düşünür ki, belə də olmalıdır, mən oturmuşam hər şey həll edilir.
Bu haqda danışanda həmişə deyirəm ki, övladlarımın atasıdır. Ziyalı bir ailənin övladı idi, sadəcə münasibətimiz alınmadı.
Zamanla insanın tələbləri dəyişir. Sizin dərk etdiyinizi qarşı tərəf başa düşmür. 8 ildə mən də çox sey öyrəndim, ana oldum. Analıq hissini yaşadığıma görə 8 ilə peşman olmuram.
Atasından ayrılarkən böyük qızıma dedim ki, qızım, biz ata-ana olaraq ömürümüzün sonun qədər ayrılmaz qalacağıq, amma ər-arvad kimi ayrıldıq. Qızım bizim ayrılmağımızın detallarından hələ də xəbərsizdir".
Lalə Məmmədova bir müddət əvvəl qalmaqal yaşadığı Elçin Əlibəyli haqqında da danışıb: "Birdən-birə cavabımı vermək fikrinə düşürlər. O qədər qorxaqcasına edirlər ki, ad çəkmədən və sair. Əgər mənim elmi iş fəaliyyətimi şübhə altına alırsa, Elmlər Akademiyasında protokollar var.
Ailəmin dağılmasına gəlincə, özünün də birinci ailəsi dağılıb. Bu söz-söhbətdə anladım ki, təkəm. Deyim, arxamda güclü bir kişi var və çıxıb deyir ki, bu xanıma nə haqla bu sözləri deyirsən...
Özümü gücsüz hesab etmirəm, sadəcə qarşımdakı insanın əks-cinsin nümayəndəsi olduğunu görəndə baş bulayıram. Qadınla kəllə-kəlləyə gəlməyi bir kişiyə yaraşdırmıram".
Qeyd edək ki, Lalə Məmmədova İlham adlı şəxslə ailəli olub. Cütlüyün iki qızı var.

Xəbəri paylaşın




Digər xəbərlər:
“Trampın bu addımı atacağına ümid çox azdır” - Qənirə Paşayeva
“Trampın bu addımı atacağına ümid çox azdır” - Qənirə Paşayeva
14.12.19, Gündəm
AST Telmanın qardaşı nəvəsi Bakıda HƏBS EDİLDİ - ŞOK SƏBƏB
AST Telmanın qardaşı nəvəsi Bakıda HƏBS EDİLDİ - ŞOK SƏBƏB
13.12.19, Hadisə
İlham əliyev SƏRƏNCAM İMZALADI
İlham əliyev SƏRƏNCAM İMZALADI
13.12.19, Siyasət
DSX-də hesabat müşavirəsi keçirildi - Foto
DSX-də hesabat müşavirəsi keçirildi - Foto
13.12.19, Cəmiyyət
YAP-dan Siyavuş Novruzov AÇIQLAMASI: “Seçkidə əsas namizədlərdən olacaq”
YAP-dan Siyavuş Novruzov AÇIQLAMASI: “Seçkidə əsas namizədlərdən olacaq”
12.12.19, Gündəm
Zərdab rayonunda Ümummilli Lider Heydər Əliyevin anım günü qeyd olunub-FOTOLAR
Zərdab rayonunda Ümummilli Lider Heydər Əliyevin anım günü qeyd olunub-FOTOLAR
12.12.19, Cəmiyyət
Vəfa Zeynalovanın qardaşı vəfat etdi
Vəfa Zeynalovanın qardaşı vəfat etdi
10.12.19, Şou
Vasifdən Xatirəyə müğənnilərlə bağlı qadağa
Vasifdən Xatirəyə müğənnilərlə bağlı qadağa
10.12.19, Şou
Firuzə İbadova İlhamənin oğlunun 7 min borcunu bağışladı
Firuzə İbadova İlhamənin oğlunun 7 min borcunu bağışladı
10.12.19, Şou
“O yaxşılığı mən necə unudum, kim unuda bilər?”
“O yaxşılığı mən necə unudum, kim unuda bilər?”
05.12.19, Gündəm