31
yanvar
2020
17:14
11 323


Universal kart

AdRiver


Türkiyəli seksual məşhur: “Gözəl olsam da, beynim yaxşı işləyir” - ÖZƏL

Bakıya tez-tez gəlirəm və burada özümü evimdəki kimi hiss edirəm. Azərbaycan və Türkiyə qardaş ölkədir. Bakıda özümü xoşbəxt hiss edirəm. Azərbaycanlıları çox sevirəm. Burada hər şey gözəldir.
Bu sözləri Qanunla.az-ın əməkdaşı ilə söhbətində Türkiyədə dizaynerlik fəaliyyəti ilə uğur qazanan dəb mütəxəssisi əslən serbiyalı İvana Sert deyib. 

Şəhərimizlə bağlı təəssüratlarını bölüşüb, zəngin mətbəximizin ləzzətli təamlarını dadan dəb ikonası bu mövzuda xeyli giley-güzar etdi:
“Azərbaycan mətbəxi çox dadlıdır. Bu yeməkləri dadandan sonra çoxlu idman etməliyəm ki, formamı itirməyim (gülür). Yeməkləriniz möhtəşəmdir. Şirniyyatdan çox ət yeməklərini sevirəm.
Etiraf edim ki, qurmanam. Formamı qorumaq üçün mütəmadi idmanla məşğul oluram. Çoxlu su içirəm, vitaminlər qəbul edirəm və sağlam qidaya xüsusi önəm verirəm. Xəmir və şəkərli qidalardan uzaq qaçıram. Məşhur gərək hər zaman özünə yaxşı baxsın, axı o göz önündədir.
Elə buna görə də həm qidama, həm də özümə diqqətlə yanaşıram. Təbiiliyə daha çox üstünlük verirəm. Hətta sizə deyim ki, estetik prosedurların belə əleyhinəyəm”.
Tez-tez paytaxtımızın qonağı olan İvana Bakıda ev almağı hələ düşünmədiyini söylədi:
“Bakıdan ev almaq kimi bir fikrim yoxdur. Burada dostlarım çoxdur. Lazım olanda onlarda qonaq oluram. Nə vaxtsa bu barədə düşünə bilərəm, amma indi yox”.
Uzun müddət münsif olduğu “İşte benim stilim”in alternativi sayılacaq yeni dəb proqramı ilə yaxın zamanda Sert tamaşaçıların qarşısına çıxacağını bildirdi:
“İşte benim stilim” proqramı nəinki Türkiyədə, eləcə də Azərbaycanda çox baxılırdı. Amma biz bu verilişi zamanında yekunlaşdırdıq ki, tamaşaçılar intizarda qalsınlar. Bilirəm ki, tamaşaçıların gözü yoldadır. Onları sevindirmək istəyirəm. Dəblə bağlı yeni layihə hazırlayıram.
Cavab gözləyirəm. Hazırda bir neçə televiziya ilə danışıqlarımız gedir. Artıq bildiyiniz kimi Azərbaycanda da dəblə bağlı layihə üzərində işlər gedir. Yaxın günlərdə yeni proqramlar ekranlara çıxacaq.
“İşte benim stilim” proqramının münsifi Kerimcan Durmazın etdiyi bir səhv ona baha başa gəldi.
Bir çox məşhurlar, hətta dostları belə ondan üz çevirdilər.
“Çarəsiz vəziyyətdə qalan Kerimcanı asıb-kəsdiniz, yoxsa ürək-dirək verib dəstək çıxdınız?” sualına dəb mütəxəssisinin reaksiyası birmənalı olmadı:
“Həyatda kimin səhvi yoxdur ki? Hamımızın səhvi var. Heç kim heç nədən sığortalı deyil. Onun üstünə çox getdilər, daşa tutdular, əzməyə çalışdılar. Mən buna qarşıyam. Çalışdım ki, Kerimcana dəstək olum. Kömək etmək üçün ona yardım əlimi uzatdım. Onunla bu mövzuda söhbətimiz oldu. Biz məşhur olduğumuzdan, ədəb-ərkan qaydalarına riayət etməliyik, ağzımızdan çıxan hər kəlməyə diqqət yetirməliyik. Hətta geyimimizə qədər hər bir nüansa diqqətlə yanaşmalıyıq. Çünki gənclərə örnəyik”.
“Türk məşhurları bir çox sahələrə müxtəlif investisiyalar edirlər. Sizin şəxsi biznesiniz var?” sualına isə Sert belə cavab verdi:
“Gözəl olsam da, beynim yaxşı işləyir. Çalışmağı çox sevirəm. Şəxsi kosmetika markam var.
Bilirsiniz ki, müğənnilik fəaliyyəti ilə də məşğul oluram. İş həyatımda hər şey yaxşı gedir.
Televiziya proqramları olmayanda da boş oturmuram. Mütləq hər hansı iş görürəm ki, pul qazanım. İşsiz qalmağı sevmirəm. İş insanın cövhəridir”.
Bir müddət öncə sevgilisi Can Çelebidən dost kimi ayrılan İ.Sert bundan sonra ailə qurmayacağını dilə gətirdi:
“Evlənməyi düşünmürəm, oğlum var. Yenidən ailə qurmaq mövzusunu özüm üçün birdəfəlik bağlamışam. Bəlkə də indi söylədiyim bu fikirlər çox böyük səslənəcək, amma indi ailə qurmaq kimi bir niyyətim yoxdur”.




Xəbəri paylaşın




Digər xəbərlər:
“ŞİRKƏT RƏHBƏRİ MONOPOLİYA YARATMAQ HƏVƏSİNDƏDİR” - Türkiyə vətəndaşı Prezidentə müraciət etdi
“ŞİRKƏT RƏHBƏRİ MONOPOLİYA YARATMAQ HƏVƏSİNDƏDİR” - Türkiyə vətəndaşı Prezidentə müraciət etdi
24.01.20, Gündəm
Prezidentdən ikibaşlı suala tarixi cavab
Prezidentdən ikibaşlı suala tarixi cavab
23.01.20, Siyasət
İlham Əliyev Ramin Quluzadəni qəbul etdi - YENİLƏNİB + FOTO
İlham Əliyev Ramin Quluzadəni qəbul etdi - YENİLƏNİB + FOTO
15.01.20, Siyasət
Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı açıqlanıb
Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı açıqlanıb
13.01.20, Siyasət
Vilayət Eyvazov müstəntiqi CƏZALANDIRDI — Bacı-qardaşın ölüm səbəbini ört-basdır edirmiş – SAXLANILAN VAR
Vilayət Eyvazov müstəntiqi CƏZALANDIRDI — Bacı-qardaşın ölüm səbəbini ört-basdır edirmiş – SAXLANILAN VAR
07.01.20, Cəmiyyət
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
25.12.19, Siyasət
Ağstafa rəhbərliyini həbsə aparan şok səbəblər - Prezident xəbərdarlıq etmişdi...
Ağstafa rəhbərliyini həbsə aparan şok səbəblər - Prezident xəbərdarlıq etmişdi...
20.12.19, Siyasət
Lerikində icra başçısı həbs oluna bilər- İddia
Lerikində icra başçısı həbs oluna bilər- İddia
19.12.19, Gündəm
“Çox istəyirəm ki, maaşlar və pensiyalar daha sürətlə artsın” - Prezident
“Çox istəyirəm ki, maaşlar və pensiyalar daha sürətlə artsın” - Prezident
19.12.19, Siyasət
İlham Əliyev 4 sərəncam, 2 fərman imzaladı
İlham Əliyev 4 sərəncam, 2 fərman imzaladı
18.12.19, Siyasət