Roza Zərgərli məhkəmədə aparıcıya uduzdu – Üzr istəyəcək...

“Maşın” realiti-şousunun canlı yayımında aparıcı İlhamə Bədəlovaya ilə müğənni Roza Zərgərli arasında qarşıdurma yaşanmışdı.
Qanunla.Az xəbər verir ki, iki ildən artıq çəkən prosesə son olaraq Ali məhkəmədə baxılaraq aparıcının xeyrinə qərar verilib.
İddiaçı Bədəlova İlhamənin cavabdeh Roza Rəzgərliyə qarşı “şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi, dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə Yasamal rayon məhkəməsində baxılıb.
Məhkəməyə səbəb Rozanın “Maşın” şounun efirində aqressivliklə dediyi:
“Səhiyyə işçisisən? Verilişin var? İnsanlara dəstəksən, düzdür? O verilişi gözəl təbliğ edirsən. Amma sənin yanında olan ağır xəstə olan öz işçini qovdun, mən işə götürdüm. Sən sus, səhiyyənin adını çəkmə. Sən o verilişi aparırsan, amma sadəcə sima olaraq. Yaxşı, işini dərindən bilən olsaydın, sənin yanında ağır xəstə olan insanı işdən qovmazdın. Qorxdun ki, sən xəstələnərsən” cümlələri şər və böhtan hesab edilib və Allahverdiyeva Rozanın buna görə televiziya vasitəsi ilə təkzib edərək İlhamə Bədəlovadan üzr istəməsi tələb edilib.
Qeyd edək ki, Roza Zərgərli Ali Məhkəmənin qərarından kassasiya şikayəti versə də şikayəti təmin olunmayıb.
Xəbəri paylaşın









