09
mart
2020
20:15
1732


Universal kart

AdRiver


Elza Seyidcahandan Manaf Ağayevə SƏRT SÖZLƏR — Tərbiyəsiz müğənnilərə görə...

Əməkdar artist, bəstəkar Elza Seyidcahan teleaparıcı, prodüser Tolikin verilişinin bağlanmasında müğənniləri günahlandırması fikrinə münasibət bildirib.
Qanunla.az xəbər verir ki, o bu barədə açıqlamasında Tolikin dediyi “bu dəfə müğənnilərin tərbiyəsizliyinin qurbanı oldum” sözlərinin ona aid olmadığını bildirib.
“Mən bu sözləri özümə götürmürəm. Şükür Allaha tərbiyəmə çox arxayınam. Tərbiyə mənə əsl kökümdən, nəslimdən gəlib. Mənim elə bir atam vardı ki, heç vaxt ağzına “azar” sözünü belə almırdı. Biz bu cür tərbiyə görmüşük.
İndi elə insanlar var ki, onlara eşşək, it desən, onlar üçün şərəf olar. Çünki o heyvanların özlərinə xas çox gözəl keyfiyyətləri var. Hazırda elə bir zamana gəlmişik ki, indi insanlar eşşəkdən də, itdən də çox-çox aşağı səviyyədədirlər.
O ki, qaldı çox hörmət etdiyim Tarix Əliyevə, mən tam əminliklə bildirə bilərəm ki, o, dediyi fikirləri mənə şamil etməyib. Orada bizim aramızda heç bir problem yaşanmayıb, sadəcə Tolikin verilişində çox gözəl bir mövzuda müzakirə gedirdi. Müzakirə sənət barəsində idi, mən də Bəstəkarlar İttifaqının üzvü kimi bu müzakirəyə qoşulmağı özümə borc bildim”.
O, Mətanət Əsədovanın onun videosunu paylaşaraq, gülüş obyektinə çevirməsindən də danışıb.
“Sözsüz ki, mənim sözlərimi başa düşməyənlər də var. Sənətdən söz düşəndə, əlbətdə ki, müzakirə yalnız onun ətrafında olmalıdır, təhqirə keçməməlidir. Hazırda operaya, teatra, romanslara gülənlər, bu janrları başa düşməyənlər mənim sözümü qanlı bıçaq kimi, təhqir kimi qarşılayacaqlar. Mən indi sizə sual verirəm, veriliş niyə bağlandı? Tolikin özü dediyi kimi tərbiyəsiz müğənnilərə görə. Efirdən tərbiyəsizlik etdiklərinə görə. Sənətimizdə tərbiyəsizliklər yayıldığı üçün
Bu gün, sənət mövzusunda müzakirələrə ehtiyac duyulur.
Əgər bizə sənət deyil, çörək lazımdır, deyilirsə, mən bir bəstəkar kimi niyə səsimi çıxarmamalıyam? Belə çıxır ki, bizə Manaf lazımdır, Tofiq Quliyev yox. Əvvəllər bu cür müğənnilər efirə buraxılmırdılar, sadəcə toylarda ifa edirdilər. Artıq-əskik danışmırdılar, çünki bilirdilər ki, musiqi savadları yoxdur. İndi efirə çıxırlar, viruslarını yayırlar camaata ki, bizə çörək lazımdır. Mövzü geniş müzakirə olunduğu üçün Tolik də öz verilişində bu mövzunu açdı, o haradan bilərdi ki, bu belə qalmaqala səbəb olacaq?
Mən gözləyirdim ki, bunlar gəlib efirdə, musiqiçilərdən, bəstəkarlardan üzr istəyəcəklər, amma əksinə oldu”.
Bəstəkar Tolikin dediyi fikirlərlə tam razı olduğunu da vurğulayıb.
“Bəli, mən Tolikin sözləri ilə tamamilə razıyam, veriliş tərbiyəsiz müğənnilərə görə bağlandı. Bilirsiz necədir? Bir tərəfdən özümüz günahkarıq. Üçüncü sinfə qədər məktəb partası görən, sonra mağarlarda mahnı oxuya-oxuya gəlib bu səviyyədə olanları efirlərə buraxanda, onlarda özlərini itirib, gəlib ağzına gələnləri danışacaqlar”.
Əməkdar artist televiziyalarda mütləq şəkildə senzuranın tətbiq olunmasının vacibliyini də vurğulayıb.
“Hər küçədən keçəni efirə buraxmaq olmaz. Mütləq şəkildə televiziyalarda senzura tətbiq olunmalıdır. Vaxtında İlhamə Quliyevadan qorxurdular, çox sözü danışa bilmirdilər, susurdular. İndi özbaşınalıq baş alıb gedir. Sən axı kimsən ki, dövlətin mənə verdiyi əməkdar artist adını təhqir edəsən? Kim sənə bu haqqı verib? Ona görə mənim fikrimcə, televiziyalarda bədii şuralar tərəfindən qadağalar tətbiq olunmalıdır”,- deyə o, fikrini tamamlayıb.
Mövzu ilə bağlı müğənni Mətanət Əsədova ilə də əlaqə saxladıq. İfaçı suallarımızı cavabsız qoyaraq, bu mövzu danışmaq istəmədiyini bildirib.
Qeyd edək ki, üçlü arasında dava əməkdar artist Elza Seyidcahanın "Gənclərin zövqünü korlayan manaflar, mətanətlər var" ifadəsindən sonra başlayıb. Daha sonra “Xəzər” televiziyasında yayımlanan "Hər şey daxil"də qonaq olan Mətanət və Manaf Ağayev Elzaya cavab verib. Efirə telefonla qoşulan əməkdar artistin Mətanətə "At yerində ola-ola gəlib özünü ulaq yerində saxlamağını mən istəmirəm" deməsi ilə qalmaqal pik həddə çatıb. Efir tərəflərin bir-birini təhqir etməsi ilə əlaqədar yarımçıq kəsilib.
Bundan sonra isə Tolik verilişinin bağlanması haqqında jurnalistlərə açıqlama verərək bildirib ki, “Buradan müğənnilərə demək istəyirəm ki, mən sizin hər birinizi yaxşı tanıyıram, iç üzünüzü bilirəm. Amma bu dəfə mən sizin qurbanınız oldum. Sizin tərbiyəsizliyinizin qurbanına çevrildim”.

Xəbəri paylaşın




Digər xəbərlər:
Prezident Paşinyana şərt qoydu: Bunu edin, danışaq
Prezident Paşinyana şərt qoydu: Bunu edin, danışaq
16.02.20, Siyasət
“ŞİRKƏT RƏHBƏRİ MONOPOLİYA YARATMAQ HƏVƏSİNDƏDİR” - Türkiyə vətəndaşı Prezidentə müraciət etdi
“ŞİRKƏT RƏHBƏRİ MONOPOLİYA YARATMAQ HƏVƏSİNDƏDİR” - Türkiyə vətəndaşı Prezidentə müraciət etdi
24.01.20, Gündəm
İlham Əliyev Ramin Quluzadəni qəbul etdi - YENİLƏNİB + FOTO
İlham Əliyev Ramin Quluzadəni qəbul etdi - YENİLƏNİB + FOTO
15.01.20, Siyasət
Yardımlı Təhsil Şöbəsinin Müdiri Manaf Səmədzadənin Qanunsuz Əməlləri-Video Səs Yazısı
Yardımlı Təhsil Şöbəsinin Müdiri Manaf Səmədzadənin Qanunsuz Əməlləri-Video Səs Yazısı
08.01.20, Hadisə
Vilayət Eyvazov müstəntiqi CƏZALANDIRDI — Bacı-qardaşın ölüm səbəbini ört-basdır edirmiş – SAXLANILAN VAR
Vilayət Eyvazov müstəntiqi CƏZALANDIRDI — Bacı-qardaşın ölüm səbəbini ört-basdır edirmiş – SAXLANILAN VAR
07.01.20, Cəmiyyət
Mehriban Əliyeva: Atamın insani keyfiyyətləri mənim həyat amalımdır
Mehriban Əliyeva: Atamın insani keyfiyyətləri mənim həyat amalımdır
06.01.20, Cəmiyyət
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
25.12.19, Siyasət
“Sosial təminat yaxşılaşacaq, maaşlar, pensiyalar artacaq” - İlham Əliyev
“Sosial təminat yaxşılaşacaq, maaşlar, pensiyalar artacaq” - İlham Əliyev
24.12.19, Siyasət
Prezident İlham Əliyev Sankt-Peterburqda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri ilə görüşüb
Prezident İlham Əliyev Sankt-Peterburqda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri ilə görüşüb
20.12.19, Siyasət
“Çox istəyirəm ki, maaşlar və pensiyalar daha sürətlə artsın” - Prezident
“Çox istəyirəm ki, maaşlar və pensiyalar daha sürətlə artsın” - Prezident
19.12.19, Siyasət