13
mart
2020
10:06
11 396


Universal kart

AdRiver


Əliyevin gündəmi silkələyən nitqi: Nələr dedi?

Prezident İlham Əliyevin Milli Məclisin ilk iclasındakı genişhəcmli nitqi ötən il Bakı Dövlət Universitetində səsləndirdiyi fikirlər kimi həddən artıq böyük önəm kəsb edir. Çünki son çıxış əslində ölkənin siyasi sütunlarını bəlirləyən, ölkənin istiqamətlərini müəyyənləşdirən tezislər toplusudur.
Ölkənin iqtisadi-siyasi mənzərəsindən tutmuş xarici siyasətinə, aparılan islahatlara və dövlətimizə qarşı təhdidlərə qədər konseptual bir yanaşmanı özündə əks etdirən çıxışın aradan keçən iki gün müddətində ictimaiyyətə yetərincə çatdırılmaması isə narahatedici məqamdır. Halbuki bütövlükdə ölkənin siyasi inkişaf konsepsiyası sayıla biləcək bu nitq nəinki yol xəritəsidir, az qala dəqiq, incəliyinə qədər göstərilən fəaliyyət planıdır.
Bu tezisləri incələdikcə isə Azərbaycanın apardığı mücadiləni, müstəqilliyin və nüfuzunun qorunması istiqamətində görülən işlərin həcmini yalnız təsəvvür etmək olur.
Tezisləri sıralamaqla bu istiqamətləri aydınlaşdırmağa çalışaq:
* Prezident ölkədə aparılan islahatların həm konseptual, həm də struktur xarakteri daşıdığını vurğuladı. Bu fonda son vaxtlar ölkədə həyata keçirilən kadr islahatları, Prezident Administrasiyası və Nazirlər Kabinetinin yenidən formalaşdırılmasına diqqət çəkdi.
* Prezident məmurlardan tələbini açıqladı. Ölkə başçısı şəxsən elan etdi ki, qanun pozuntusuna yol verən məmurlar sərt şəkildə cəzalanacaqlar.
* Prezident dövlət qulluğuna girmək istəyənlərin təmiz, vicdanlı olmasını tələb edir - əks halda “özlərini bədbəxt edəcəkləri” barədə xəbərdarlıq edir. Biz bunun sadəcə sözdə olmadığını, əməli şəkildə də həyata keçdiyini bəzi icra başçılarına qarşı keçirilən DTX əməliyyatlarında da gördük və görməkdəyik.
* Prezident aparılan böyük dəyişikliklər, islahatlarda xalqın bütövlükdə iştirakçı olmasını arzulayır. İctimai nəzarətin gücləndirilməsini istəyir və bununla bağlı kifayət qədər ciddi addımlar atılıb. Belə ki, əvvəllər vətəndaşların hər hansı mövzu barədə şikayətləri bir qayda olaraq şikayət edilən məmurlara göndərilirdi, indi isə bu sistemdə dəyişiklik edilib. Çünki Prezident özü də dedi ki, vətəndaşların şikayət məktubları ondan gizlədilib. Bu dəyişikliklə Prezident xalqın islahatlar prosesində iştirakına yaranan maneələri aradan qaldırdığını şəxsən bəyan edir və bizdən dolayısı narazılığını dilə gətirir: “ağa, xan” kimi özünü aparanlara qarşı mübarizədə ictimai nəzarətdən razı deyil!
* Prezident Milli Məclisin çoxpartiyalılıq əsasında formalaşmasının birbaşa təşəbbüskarı və müəllifi kimi çıxış etdiyini göstərir. Belə ki, 10 martda, Milli Məclis rəhbərliyinə seçkilərdən öncə YAP-ın Prezidentin göstərişi ilə toplandığı açıqlanır, parlament azlığını təmsil edən deputatların MM və komitə sədrlərinin müavinləri vəzifəsinə parlament çoxluğu tərəfindən irəli sürülməsinin onun təşəbbüsü olduğu açıq deyilir. Prezident parlamentin nüfuzunun artmasında, yerlərdəki problemlərin üzə çıxarılması və onların həlli üçün yerli icra orqanlarında deputatların məsələ qaldırmasında maraqlı olduğunu bildirir.
* Prezident siyasi dialoqun yüksəlməsində birbaşa mövqeyini ortaya qoyur və bəlli olur ki, PA-nın Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin müxtəlif partiyaların rəhbərlərini qəbul edib müzakirələr aparması ideyası da onun təşəbbüsüdür.
Dövlət başçısı açıq şəkildə bildirir ki, Azərbaycan iqtidarı cəmiyyətin inkişafını dialoqsuz görmür.
* Prezident bütün təhlükələri, mümkün təzyiqləri gözə alaraq, dünyada supergüclərin öz maraqları naminə qlobal nizamı pozan addımlarına etirazını açıq formada ortaya qoyur, Türkiyənin haqqını bir daha açıq mətnlə müdafiə edir.
* Prezident Münhen çıxışında Kürəkçay müqaviləsini xatırlatmaqla, onun yaratdığı rezonansı və deməli, bu istiqamətdə ziyalıların aktivləşməsini istəyir.
* Prezident Avropa qurumları ilə işləyən deputatların daha cəsarətlə dövlətimizin, xalqımızın maraqlarını qorumasını və nəyinsə xatirinə güzəştə gedilməməsini tələb edir.
* Prezident millət vəkillərini beynəlxalq qurumların toplantılarına “turist kimi” təmsil olunmağa deyil, ölkəmizin milli maraqlarını qorumaq üçün getməyi tövsiyə edir və... Və bəzi məqamların ona bəlli olduğunu bildirir, bunlara etirazını üstüörtülü şəkildə çatdırır və hamını daha məsuliyyətli olmağa çağırır.
* Prezident hamını ayıq olmağa çağırır, yeni “beşinci kolon” yaradılması istiqamətində iş aparıldığını açıq şəkildə elan edir.
* Prezident iqtisadi inkişafın daimi olması üçün Nazirlər Kabinetinin fəaliyyətini nəzarətdə saxladığını bildirir və deputatlardan da nəzarəti artırmağı tələb edir.
* Prezident hakimiyyətin digər “ayağı” – qanunverici orqanla PA-nın əlaqələrinin inkişaf etməsini istədiyini ortaya qoyur, bunun üçün yeni şöbənin yaradıldığını bildirir və təkliflər gözləyir.
* Prezident qanunvericilik sahəsində kəmiyyət deyil, keyfiyyətin əsas götürülməli olduğunu diqqətə çatdırır.
* Prezident qəbul edilən qanunların icrasından narazılığını dolayısı ilə ifadə edir və deputatlardan, o cümlədən PA-nın müvafiq qurumlarından buna nəzarət tələb edir.
* Prezident sosial dövlət olduğumuzu, hakimiyyətin sosial siyasət apardığını xatırladır, bu istiqamətdə qanunverici bazanın təkmilləşməsini istəyir.
* Prezident gənclərə nə qədər böyük ümidlər etdiyini ifadə edir, gənc nəsilə - rüşvətdən, korrupsiyadan uzaq olan yeni azərbaycanlılara güvəncini ortaya qoyur və onların daha düzgün yetişməsi üçün millət vəkillərinin üzərinə məsuliyyət düşdüyünü elan edir və s.
Bitib-tükənən, bir yazıda əhatələnməsi mümkün olmayan ismarışlar, mesajlar, çağırışlardır Prezidentin bu nitqi; iş tələbidir, ölkəmizin gələcəyi üçün hamını səfərbər etmək təşəbbüsüdür...
Prezidentin nitqini oxuyarkən qürur duymamaq mümkün deyil: bu qədər çoxfunksiyalı, çoxşaxəli bir liderlə fəxr etməmək mümkün deyil. Ölkəni, dövləti və xalqını sevən belə bir lider nadir hallarda yetişir.
Ancaq narahat olmamaq, Prezidentin ifadə etdiklərinin altındakı dərinliyi görməmək də mümkün deyil.
Nəyə görə Kürəkçay müqaviləsini Prezident gündəmə gətirməli, ancaq bizim ziyalılar hətta Prezident bunu elan edəndən sonra belə bu istiqamətdə araşdırmalarını yaymamalı, açıqlamalar verməməlidir?
Nəyə görə Ermənistanın Respublikaçılar Partiyasının gerbindəki faşist simvolunun Hitler Almaniyasının simvolu ilə eyni olduğunu Prezident deməli və bunun ardınca ziyalılarımızın geniş araşdırmaları tirajlanmamalıdır?
Nəyə görə dünyadakı qaçqın axınları, Avropada aksiya iştirakçılarının at ayaqları altında qalmasını Prezident bir daha (İlk dəfə Çavuşoğlu ilə görüşdə demişdi) gündəmə gətirməli və bu mövqe deputatlarımızın simasında inkişaf etdirilməməlidir?
Prezident açıq şəkildə elan edir: elə məsələlər var ki, onu Prezident deməməlidir!
Kimin deməsinin lazım olduğuna da Prezident işarə edir.
Bəs, hanı, niyə yoxdur? Niyə iki gün keçməsinə baxmayaraq, bu mövqelər ortaya qoyulmur?
Əlbəttə, MM yeni formalaşıb, strukturlaşma gedir və ümid edək ki, danışan dillərimiz artacaq, beynəlxalq tribunalardan maraqlarımızın ifadəsi üçün səslərimiz çoxalacaq.
Ümid edək ki, alimlərimiz, ziyalılarımız bu istiqamətdə milli siyasətin, milli maraqların aparıcısı olacaqlar və nəhayət, Prezidentin hər zaman hədəf olmasına razı olmayacaqlar – bəzi məqamlarda hədəf olma missiyasını öz üzərlərinə götürəcəklər.
Prezident hətta buna da işarə etdi və açıq şəkildə dedi:
“Bəzi səfərlər, ümumiyyətlə, qəbuledilməzdir. Mən bu gün bu haqda çox danışmaq istəmirəm, amma bilirəm nə baş verir, hansı hadisələr baş verir. Ona görə biz beynəlxalq fəaliyyətimizin səmərəliliyini artırmalıyıq. O təşkilatlarda ki bizə qarşı əsassız yanaşma var, bizə qarşı ittihamlar irəli sürülür, biz orada mübariz olmalıyıq. Yəni, onların qarşısında yaxşı olmaq yox, dövlət, xalq qarşısında yaxşı olmaq lazımdır. Hansısa məsələni kəskinləşdirmək istəmirəm bəhanəsi ilə kənara çəkilmək yox, əksinə, öz sözünü demək lazımdır”.
Əlavə sözə heç bir ehtiyac qalmır...

Xəbəri paylaşın




Digər xəbərlər:
Bakı Metropoliteni koronavirusla bağlı hərəkətə keçdi
Bakı Metropoliteni koronavirusla bağlı hərəkətə keçdi
21.02.20, Cəmiyyət
"Prezident bildirdi ki, bu, artıq dünyanın bir tələbinə çevrilib"
"Prezident bildirdi ki, bu, artıq dünyanın bir tələbinə çevrilib"
29.01.20, Gündəm
Prezidentdən ikibaşlı suala tarixi cavab
Prezidentdən ikibaşlı suala tarixi cavab
23.01.20, Siyasət
İlham Əliyev Ramin Quluzadəni qəbul etdi - YENİLƏNİB + FOTO
İlham Əliyev Ramin Quluzadəni qəbul etdi - YENİLƏNİB + FOTO
15.01.20, Siyasət
Vilayət Eyvazov müstəntiqi CƏZALANDIRDI — Bacı-qardaşın ölüm səbəbini ört-basdır edirmiş – SAXLANILAN VAR
Vilayət Eyvazov müstəntiqi CƏZALANDIRDI — Bacı-qardaşın ölüm səbəbini ört-basdır edirmiş – SAXLANILAN VAR
07.01.20, Cəmiyyət
“Çünki mən sizə irad tutmuşam” - Prezident
“Çünki mən sizə irad tutmuşam” - Prezident
26.12.19, Siyasət
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
25.12.19, Siyasət
“Daha bir neçə icra hakimiyyətində yoxlamalar davam edir” – Zahid Oruc
“Daha bir neçə icra hakimiyyətində yoxlamalar davam edir” – Zahid Oruc
21.12.19, Siyasət
Prezident İlham Əliyev Sankt-Peterburqda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri ilə görüşüb
Prezident İlham Əliyev Sankt-Peterburqda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri ilə görüşüb
20.12.19, Siyasət
Ağstafa rəhbərliyini həbsə aparan şok səbəblər - Prezident xəbərdarlıq etmişdi...
Ağstafa rəhbərliyini həbsə aparan şok səbəblər - Prezident xəbərdarlıq etmişdi...
20.12.19, Siyasət