17
mart
2020
13:42
12 010


Universal kart

AdRiver


İlham Əliyev Rafael Dadaşovla bağlı nekroloq imzaladı

Prezident İlham Əliyev Azərbaycan xalq artisti Rafael Məlik oğlu Dadaşovun ölümü ilə bağlı nekroloq imzalayıb.
Qanunla.az nekroloqun mətnini təqdim edir:
Azərbaycan mədəni ictimaiyyətinə ağır itki üz vermişdir. Milli teatr və kino sənətinin tanınmış nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, respublikanın xalq artisti Rafael Məlik oğlu Dadaşov 2020-ci il mart ayının 16-da ömrünün 75-ci ilində vəfat etmişdir.
Rafael Dadaşov 1946-cı il yanvarın 4-də Zaqatala rayonunda anadan olmuşdur. O, Naxçıvan şəhərində orta məktəbi bitirdikdən sonra, 1966–1972-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif işi fakültəsində ali təhsil almışdır. 1967-ci ildən etibarən əmək fəaliyyətinə başlayan Rafael Dadaşov 1974-cü ilədək olan dövr ərzində Bakı Dövlət Sirkində, Naxçıvan Muxtar Respublikası Mahnı və Rəqs Ansamblında və Ümumittifaq Sirkində müxtəlif vəzifələrdə çalışmış, 1974–1976-cı illərdə Naxçıvan Muxtar Respublikasında Xalq Yaradıcılığı Evində təlimatçı olmuş, eyni zamanda, oranın Televiziya və Radio Komitəsində direktor işləmişdir.
1976-cı ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasında aktyor kimi yaradıcılıq yoluna başlayan Rafael Dadaşov burada aparıcı səhnə ustası olaraq sənət fəaliyyətini ömrünün sonunadək davam etdirmişdir.
Rafael Dadaşovun aktyorluq yaradıcılığı müasir Azərbaycan mədəniyyətində özünəməxsus yer tutur. Ekranda və səhnədə canlandırdığı, təbiiliyi və inandırıcılığı ilə səciyyələnən rəngarəng xarakterli qəhrəmanlar onu sənətin incəliklərini dərindən mənimsəmiş yüksək səhnə mədəniyyətinə malik aktyor olaraq geniş tamaşaçı auditoriyasına sevdirmişdir.
Rafael Dadaşov teatr aləminə qədəm qoyduğu ilk vaxtlardan sənətsevərlərin qəlbinə yol tapmağa müvəffəq olmuşdur. O, Akademik Milli Dram Teatrının səhnəsində uzun illər ərzində müvəffəqiyyətlə çıxış edərək yüzə yaxın müxtəlif xarakterli yaddaqalan obrazlar qalereyası yaratmışdır. Sənətkarın klassik və müasir Azərbaycan ədəbiyyatına, dünya dramaturji irsinə müraciətlə səhnə həyatı verdiyi bu qəhrəmanlar teatrsevərlərin hafizəsinə həkk olunmuşdur.
Rafael Dadaşov yaradıcılıq potensialını televiziya və kino sahəsində də uğurla nümayiş etdirmişdir. İstedadlı aktyorun bədii filmlərdə və televiziya tamaşalarında məharətlə canlandırdığı obrazlar həmişə özünün fərqli psixoloji-emosional yozumu ilə səciyyələnmişdir. Onun televiziya tamaşalarında yaratdığı personajlar milli televiziyanın fondundakı dəyərli sənət nümunələri sırasında qorunub saxlanmaqdadır.
Rafael Dadaşovun Azərbaycan mədəniyyətinin inkişafı sahəsində göstərdiyi xidmətlər lazımınca qiymətləndirilmişdir. O, 1987-ci ildə respublikanın Əməkdar artisti, 2006-cı ildə Xalq artisti fəxri adlarına layiq görülmüş, 2019-cu ildə müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatlarından olan “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Tanınmış sənətkar, qayğıkeş və səmimi insan Rafael Məlik oğlu Dadaşovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!
İlham Əliyev
Mehriban Əliyeva
Əli Əsədov
Sahibə Qafarova
Samir Nuriyev
Eldar Əzizov
Əbülfəs Qarayev
Fərəh Əliyeva
Azər Paşa Nemətov
Şəfiqə Məmmədova
Mərahim Fərzəlibəyov
Rafiq Əzimov
Nurəddin Quliyev
Bəsti Cəfərova
Firəngiz Mütəllimova

Xəbəri paylaşın




Digər xəbərlər:
SON DƏQİQƏ: məşhur azərbaycanlı Xalq artisti VƏFAT ETDİ
SON DƏQİQƏ: məşhur azərbaycanlı Xalq artisti VƏFAT ETDİ
16.03.20, Hadisə
Azərbaycanın xalq artisti vəfat etdi
Azərbaycanın xalq artisti vəfat etdi
29.02.20, Hadisə
Saxlanılan icra başçısının övladları: Böyük oğlu biznesmendir, kiçiyi isə... - FOTO
Saxlanılan icra başçısının övladları: Böyük oğlu biznesmendir, kiçiyi isə... - FOTO
20.02.20, Hadisə
Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı açıqlanıb
Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı açıqlanıb
13.01.20, Siyasət
İlham Əliyevdən yeni təyinatlar – 4 sərəncam, 2 fərman
İlham Əliyevdən yeni təyinatlar – 4 sərəncam, 2 fərman
30.12.19, Siyasət
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
25.12.19, Siyasət
Bu gün Prezident İlham Əliyevin doğum günüdür
Bu gün Prezident İlham Əliyevin doğum günüdür
24.12.19, Siyasət
Ağstafa rəhbərliyini həbsə aparan şok səbəblər - Prezident xəbərdarlıq etmişdi...
Ağstafa rəhbərliyini həbsə aparan şok səbəblər - Prezident xəbərdarlıq etmişdi...
20.12.19, Siyasət
Başqasının yerinə imtahan vermək istəyənlər cəzalandırılacaq! - XƏBƏRDARLIQ
Başqasının yerinə imtahan vermək istəyənlər cəzalandırılacaq! - XƏBƏRDARLIQ
16.12.19, Cəmiyyət
DSX-də hesabat müşavirəsi keçirildi - Foto
DSX-də hesabat müşavirəsi keçirildi - Foto
13.12.19, Cəmiyyət