19
mart
2020
18:00
2 457


Universal kart

AdRiver


İlham Əliyev 4 fərman, 1 sərəncam imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb.
Qanunla.az fərmanın mətnini təqdim edir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkəmizdə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə qərara alıram:
1. Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılsın.
2. “Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası” təsdiq edilsin (əlavə olunur).
3. Müəyyən edilsin ki, Koronavirusla Mübarizəyə Dəstək Fondunun məqsədi koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında koronavirus infeksiyasına qarşı həyata keçirilən səhiyyə tədbirləri üçün Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayrılması haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
1. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində səhiyyə tədbirlərinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilkin olaraq 20,0 (iyirmi) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 17 mart tarixli 27-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 15 fevral tarixli 795 nömrəli və “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 23 fevral tarixli 1256 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
1. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259, № 3, maddə 460, № 4, maddə 670, № 6, maddələr 1025, 1063, № 7, maddə 1272, № 9, maddə 1468, № 10, maddələr 1614, 1638; 2017, № 2, maddələr 176, 202, № 3, maddə 351, № 4, maddələr 530, 537, № 6, maddə 1101, № 7, maddələr 1314, 1346, № 8, maddə 1521, № 9, maddə 1637, № 10, maddələr 1788, 1798, № 11, maddələr 2003, 2027, № 12 (I kitab), maddələr 2290, 2320; 2018, № 1, maddə 36, № 2, maddələr 198, 201, № 3, maddələr 418, 428, 443, 445, № 5, maddələr 914, 918, 926, 955, № 6, maddələr 1225, 1234, № 7 (I kitab), maddələr 1465, 1477, 1494, 1504, № 8, maddələr 1678, 1697, № 9, maddə 1840, № 11, maddələr 2244, 2256, 2273, 2289, № 12 (I kitab), maddələr 2541, 2566, 2573, 2610; 2019, № 1, maddələr 52, 68, № 3, maddə 426, № 4, maddələr 602, 630, № 5, maddələr 825, 846, 852, № 6, maddələr 1035, 1046, № 8, maddələr 1395, 1401, № 11, maddə 1700) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 5.1-ci bəndə “209,” rəqəmlərindən sonra “211,” rəqəmləri əlavə edilsin;
1.2. 5.6-cı bənddən “211,” rəqəmləri çıxarılsın.
2. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 200, № 6, maddə 1105, № 9, maddə 1638, № 11, maddə 1984; 2018, № 2, maddə 199, № 3, maddələr 415, 419, 429, № 5, maddələr 915, 927, № 7 (I kitab), maddə 1481, № 8, maddə 1698, № 11, maddələr 2242, 2289, № 12 (I kitab), maddələr 2566, 2597; 2019, № 1, maddə 82, № 2, maddə 213, № 3, maddə 426, № 4, maddələr 620, 630, 649, № 5, maddələr 819, 862) ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 2.1-ci, 2.5-ci və 2.9-cu bəndlərinə “209,” rəqəmlərindən sonra “211,” rəqəmləri əlavə edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 17 mart tarixli 27-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli 1385-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 yanvar tarixli 482 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
“Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli 1385-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 yanvar tarixli 482 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 1, maddə 72) aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda 3.2-1-ci bənd əlavə edilsin:
“3.2-1. həmin Qanunun 5.2.2-ci (psixoloji yardım sahəsində dövlət siyasətinin həyata keçirilməsi, o cümlədən dövlət proqramlarının hazırlanması və həyata keçirilməsi üzrə) və 5.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;”.
2. 3.4-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 3.5–3.12-ci bəndlər əlavə edilsin:
“3.5. həmin Qanunun 7.1-ci maddəsində “orqanlar (qurumlar)” dedikdə fövqəladə hadisələr zamanı zərər çəkmiş şəxslərə psixoloji yardım göstərilməsi üzrə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, fövqəladə hadisələrin psixoloji fəsadlarını aradan qaldırmaq məqsədilə zəruri tədbirlər həyata keçirilməsi üzrə tabeliyində səhiyyə müəssisələri olan dövlət orqanları (qurumları) nəzərdə tutulur;
3.6. həmin Qanunun 19.4-cü maddəsində “orqan (qurum)” dedikdə tabeliyində səhiyyə müəssisələri olan dövlət orqanları (qurumları) nəzərdə tutulur;
3.7. həmin Qanunun 5.2.1-ci (həmin Qanunun 7.2-ci və 7.3-cü maddələrində qeyd olunan əhali qruplarına münasibətdə) maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir;
3.8. həmin Qanunun 5.2.1-ci (həmin Qanunun 7.1-ci maddəsində qeyd olunan əhali qrupuna münasibətdə) və 5.2.7-ci (psixoloji konsultasiya və maarifləndirmə fəaliyyətinin həyata keçirilməsi, qaynar xəttin təşkili üzrə) maddələrində nəzərdə tutulmuş vəzifələri tabeliyində səhiyyə müəssisələri olan dövlət orqanları (qurumları) həyata keçirirlər;
3.9. həmin Qanunun 5.2.2-ci (psixoloji yardım sahəsində dövlət siyasətinin həyata keçirilməsi üzrə) və 5.2.4-cü maddələrində nəzərdə tutulmuş vəzifələri tabeliyində səhiyyə, təhsil və sosial xidmət müəssisələri olan dövlət orqanları (qurumları) həyata keçirirlər;
3.10. həmin Qanunun 5.2.5-ci (klinik (tibbi) psixoloji yardım göstərən mütəxəssislərin hazırlanması və ixtisas səviyyəsinin yüksəldilməsi üzrə), 5.2.6-cı, 5.2.7-ci (sosial reklam çarxlarının hazırlanması üzrə), 5.2.8-ci və 5.2.9-cu maddələrində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir;
3.11. həmin Qanunun 5.2.5-ci (klinik (tibbi) psixoloqlar istisna olmaqla psixoloji yardım göstərən digər mütəxəssislərin hazırlanması və ixtisas səviyyəsinin yüksəldilməsi üzrə) maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Təhsil Nazirliyi həyata keçirir;
3.12. həmin Qanunun 5.2.7-ci maddəsində nəzərdə tutulmuş sosial reklam çarxlarının yayımlanması vəzifəsini “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, televiziya və radio yayımına münasibətdə Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası, açıq məkanda yayımına münasibətdə isə Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Dənizkənarı Bulvar İdarəsi həyata keçirirlər.”.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259, № 3, maddə 460, № 4, maddə 670, № 6, maddələr 1025, 1063, № 7, maddə 1272, № 9, maddə 1468, № 10, maddələr 1614, 1638; 2017, № 2, maddələr 176, 202, № 3, maddə 351, № 4, maddələr 530, 537, № 6, maddə 1101, № 7, maddələr 1314, 1346, № 8, maddə 1521, № 9, maddə 1637, № 10, maddələr 1788, 1798, № 11, maddələr 2003, 2027, № 12 (I kitab), maddələr 2290, 2320; 2018, № 1, maddə 36, № 2, maddələr 198, 201, № 3, maddələr 418, 428, 443, 445, № 5, maddələr 914, 918, 926, 955, № 6, maddələr 1225, 1234, № 7 (I kitab), maddələr 1465, 1477, 1494, 1504, № 8, maddələr 1678, 1697, № 9, maddə 1840, № 11, maddələr 2244, 2256, 2273, 2289, № 12 (I kitab), maddələr 2541, 2566, 2573, 2610; 2019, № 1, maddələr 52, 68, № 3, maddə 426, № 4, maddələr 602, 630, № 5, maddələr 825, 846, 852, № 6, maddələr 1035, 1046, № 8, maddələr 1395, 1401, № 11, maddə 1700) 4.48-1-ci bəndinə “Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi” sözlərindən sonra “, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi” sözləri əlavə edilsin.

Xəbəri paylaşın




Digər xəbərlər:
İlham Əliyev 3 sərəncam imzaladı
İlham Əliyev 3 sərəncam imzaladı
17.03.20, Siyasət
Neftin qiyməti ucuzlaşır: Baş nazir rəhbər şəxsləri topladı
Neftin qiyməti ucuzlaşır: Baş nazir rəhbər şəxsləri topladı
10.03.20, İqtisadiyyat
Bakı Metropoliteni koronavirusla bağlı hərəkətə keçdi
Bakı Metropoliteni koronavirusla bağlı hərəkətə keçdi
21.02.20, Cəmiyyət
Baş nazir qurumlar qarşısında vaxt qoydu
Baş nazir qurumlar qarşısında vaxt qoydu
17.01.20, Siyasət
Əli Əsədov Artur Rasi-zadənin daha bir qərarını ləğv etdi
Əli Əsədov Artur Rasi-zadənin daha bir qərarını ləğv etdi
31.12.19, Sosial
İlham Əliyevdən yeni təyinatlar – 4 sərəncam, 2 fərman
İlham Əliyevdən yeni təyinatlar – 4 sərəncam, 2 fərman
30.12.19, Siyasət
2020-ci il “Könüllülər ili” elan edildi - SƏRƏNCAM
2020-ci il “Könüllülər ili” elan edildi - SƏRƏNCAM
30.12.19, Siyasət
İlham Əliyev 4 sərəncam, 2 fərman imzaladı
İlham Əliyev 4 sərəncam, 2 fərman imzaladı
18.12.19, Siyasət
İlham Əliyev 1 sərəncam, 1 fərman imzaladı
İlham Əliyev 1 sərəncam, 1 fərman imzaladı
16.12.19, Cəmiyyət
İlham əliyev SƏRƏNCAM İMZALADI
İlham əliyev SƏRƏNCAM İMZALADI
13.12.19, Siyasət