18
dekabr
2019
21:17
1658


Universal kart

AdRiver


Ukraynanın birinci xanımı Heydər Əliyev Mərkəzində - Foto

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Ukrayna Prezidentinin xanımı Yelena Zelenskaya dekabrın 17-də Heydər Əliyev Mərkəzində olublar.
Qanunla.az  xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva və Ukraynanın birinci xanımı Yelena Zelenskaya Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən sərgilərə baxıblar.
Mərkəzin direktoru Anar Ələkbərov məlumat verib ki, burada yaradılan Heydər Əliyev Muzeyi Azərbaycan tarixinin və Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif dönəmlərini əks etdirir. Burada Ulu Öndərə aid maraqlı faktlar, foto və video materiallar və digər nadir eksponatlar təqdim olunur.
Azərbaycanın Birinci vitse-prezidenti və Ukrayna Prezidentinin xanımı “Azərbaycan inciləri” sərgisində olublar.
Azərbaycan tarixini və mədəniyyətini əks etdirən bu ekspozisiyada ölkənin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsinə dair nadir eksponatlar nümayiş etdirilir.
Heydər Əliyev Mərkəzində izləyicilərə təqdim olunan daha bir nadir layihə “Musiqi alətləri: birlik və müxtəliflik” sərgisidir. Ekspozisiyada müxtəlif ölkələrin XVIII-XX əsrlərə aid 170-dən çox musiqi aləti nümayiş olunur.
Mərkəzdə yaradılan “Mini Azərbaycan” sərgisi isə Azərbaycanın tarixi və arxitektura binalarının maketi vasitəsilə ölkəmizin zəngin memarlıq nümunələrini görmək imkanı verir.
Mehriban Əliyeva və Yelena Zelenskaya “Kukla incəsənətdə” sərgisinə də baxdılar. Sərgidə 16 ölkədən 60 rəssam-heykəltəraşın əl işi olan 230 kukla nümayiş etdirilir. Onların arasında ukraynalı müəlliflərin də əl işləri yer alıb. Buradakı sənət əsərləri ümumilikdə 400-dən çox eksponatdan ibarət kolleksiyanın nümunələridir və onların əksəriyyəti tək nüsxədə hazırlanıb və yüksək bədii dəyərə malikdir.
Heydər Əliyev Mərkəzində tanınmış fotoqraf, sovet fotoqrafiyasının klassiki Yakov Xalipin əsərlərindən ibarət “Avanqard davamçısı. Azərbaycan gündəliyi” adlı sərgi də fəaliyyət göstərir.
Yelena Zelenskaya Heydər Əliyev Mərkəzinin xatirə kitabına ürək sözlərini yazıb.
Qonağa Azərbaycan haqqında kitab hədiyyə edilib.
Ukrayna Prezidentinin xanımı Mərkəzlə tanışlıqdan məmnun qaldığını bildirib.


Xəbəri paylaşın




Digər xəbərlər:
İlham Əliyev 4 sərəncam, 2 fərman imzaladı
İlham Əliyev 4 sərəncam, 2 fərman imzaladı
18.12.19, Siyasət
Nazir Bakıda diplomatları topladı, Qarabağdan danışdı - Foto
Nazir Bakıda diplomatları topladı, Qarabağdan danışdı - Foto
18.12.19, Gündəm
Mehriban Əliyeva Yelena Zelenskaya ilə görüşdü - FOTO
Mehriban Əliyeva Yelena Zelenskaya ilə görüşdü - FOTO
17.12.19, Siyasət
İlham Əliyev 1 sərəncam, 1 fərman imzaladı
İlham Əliyev 1 sərəncam, 1 fərman imzaladı
16.12.19, Cəmiyyət
“Azəriqaz” iddiaları rədd etdi - “Həmin qaz xətlərinin Mərkəzlə əlaqəsi yoxdur”
“Azəriqaz” iddiaları rədd etdi - “Həmin qaz xətlərinin Mərkəzlə əlaqəsi yoxdur”
16.12.19, Hadisə
Başqasının yerinə imtahan vermək istəyənlər cəzalandırılacaq! - XƏBƏRDARLIQ
Başqasının yerinə imtahan vermək istəyənlər cəzalandırılacaq! - XƏBƏRDARLIQ
16.12.19, Cəmiyyət
Leyla Əliyeva “Zima-2019”un qala-konsertində - Foto
Leyla Əliyeva “Zima-2019”un qala-konsertində - Foto
15.12.19, Cəmiyyət
DSX-də hesabat müşavirəsi keçirildi - Foto
DSX-də hesabat müşavirəsi keçirildi - Foto
13.12.19, Cəmiyyət
Zərdab rayonunda Ümummilli Lider Heydər Əliyevin anım günü qeyd olunub-FOTOLAR
Zərdab rayonunda Ümummilli Lider Heydər Əliyevin anım günü qeyd olunub-FOTOLAR
12.12.19, Cəmiyyət
Prezident Fəxri Xiyabanda - Video
Prezident Fəxri Xiyabanda - Video
12.12.19, Siyasət