24
aprel
2020
16:33
14 108


Universal kart

AdRiver


İlham Əliyev 3 fərman imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə sisteminin təkmilləşdirilməsi və Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Qanunla.az fərmanın mətnini təqdim edir:
1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemi (bundan sonra – altsistem) yaradılsın.
2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:
2.1. altsistemin formalaşdırılmasını 2021-ci il yanvarın 1-dək təmin etsin;
2.2. tabeliyində hərbi-həkim komissiyaları və həkim-uçuş komissiyaları olan dövlət orqanlarının altsistemə çıxışını təmin etsin;
2.3. altsistemə daxil ediləcək məlumatların, o cümlədən dövlət sirrinin və qanunla qorunan digər məlumatların mühafizəsinin təmin olunması üçün tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi altsistemin Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyasını təmin etsin.
4. Tabeliyində hərbi-həkim komissiyaları və həkim-uçuş komissiyaları olan dövlət orqanları:
4.1. altsistem formalaşdırıldıqdan sonra altı ay müddətində hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə ilə bağlı rəsmiləşdirilmiş bütün sənədlərdəki məlumatların xəstəliklərin beynəlxalq təsnifatına uyğun şəkildə altsistemə daxil olunmasını təmin edib, Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər;
4.2. hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə ilə bağlı sənədlərin rəsmiləşdirildiyi gün həmin sənədlərdəki məlumatların xəstəliklərin beynəlxalq təsnifatına uyğun şəkildə altsistemə daxil olunmasını təmin etsinlər.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
6. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu 2019, № 4, maddə 634) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 2.1.5-1-ci, 2.3.5-1-ci yarımbəndlər və 2.7-ci bənd əlavə edilsin:
“2.1.5-1. Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemi;”;
“2.3.5-1. “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemi vasitəsilə hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilməyə dair sənədlər üzrə məlumatların toplanması və sistemləşdirilməsi;”;
“2.7. tabeliyində hərbi-həkim komissiyaları və həkim-uçuş komissiyaları olan dövlət orqanları hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilməyə dair sənədlər üzrə məlumatları onların rəsmiləşdirildiyi gün “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə daxil edirlər.”.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 12 aprel tarixli 624 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sosial Tədqiqatlar Mərkəzinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 12 aprel tarixli 624 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 624; 2020, № 1, maddə 9) ilə təsdiq edilmiş “Sosial Tədqiqatlar Mərkəzinin Nizamnaməsi”nin 5.1-ci bəndində “ilkin nizamnamə fondu 100 000 (bir yüz min)” sözləri “nizamnamə fondu 1 280 338 (bir milyon iki yüz səksən min üç yüz otuz səkkiz)” sözləri ilə əvəz edilsin.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 29 yanvar tarixli 667 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
“Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 29 yanvar tarixli 667 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 1, maddə 50; 2009, № 4, maddə 226; 2014, № 10, maddə 1208; 2017, № 1, maddə 50; 2018, № 5, maddə 903) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:
“Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 14.16-cı maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;”.
2. İkinci – doqquzuncu abzaslar müvafiq olaraq 2.1 – 2.8-ci bəndlər hesab edilsin.
3. 2.2-ci bənddə “Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikası Qanununun” sözləri “həmin Qanunun” sözləri ilə əvəz edilsin.
4. 2.4-cü bənd aşağıdakı redaksiyada verilsin:
“2.4. həmin Qanunun 14.16-cı maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi nəzərdə tutulur;”.

Xəbəri paylaşın




Digər xəbərlər:
İlham Əliyev fərman imzaladı
İlham Əliyev fərman imzaladı
22.04.20, Cəmiyyət
İlham Əliyev 1 sərəncam, 1 fərman imzaladı
İlham Əliyev 1 sərəncam, 1 fərman imzaladı
08.04.20, Cəmiyyət
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
06.04.20, Gündəm
İlham Əliyev 2 fərman imzaladı
İlham Əliyev 2 fərman imzaladı
21.03.20, Siyasət
İlham Əliyev 4 fərman, 1 sərəncam imzaladı
İlham Əliyev 4 fərman, 1 sərəncam imzaladı
19.03.20, Siyasət
İlham Əliyev 3 sərəncam imzaladı
İlham Əliyev 3 sərəncam imzaladı
17.03.20, Siyasət
Əli Əsədov Artur Rasi-zadənin daha bir qərarını ləğv etdi
Əli Əsədov Artur Rasi-zadənin daha bir qərarını ləğv etdi
31.12.19, Sosial
İlham Əliyevdən yeni təyinatlar – 4 sərəncam, 2 fərman
İlham Əliyevdən yeni təyinatlar – 4 sərəncam, 2 fərman
30.12.19, Siyasət
İlham Əliyev 4 sərəncam, 2 fərman imzaladı
İlham Əliyev 4 sərəncam, 2 fərman imzaladı
18.12.19, Siyasət
İlham Əliyev 1 sərəncam, 1 fərman imzaladı
İlham Əliyev 1 sərəncam, 1 fərman imzaladı
16.12.19, Cəmiyyət