06
may
2020
17:16
13 350


Universal kart

AdRiver


Творческий конкурс Адели

İlham Əliyev 4 sərəncam imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Qanunla.az  sərəncamın mətnini təqdim edir:
1. Respublika ərazisində modul tipli məktəblərin (siyahı əlavə olunur) quraşdırılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.16.2-ci yarımbəndində “Respublika ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması” üçün nəzərdə tutulmuş 10,0 (on) milyon manat Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavininin və məhkəmə kollegiyaları sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
1. Çingiz İsgəndər oğlu Əsgərov Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini təyin edilsin.
2. Hafiz Qənbər oğlu Nəsibov Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri təyin edilsin.
3. Xəqani Səyyad oğlu Məmmədov Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının sədri təyin edilsin.
4. Kəmalə Nəbi qızı Abiyeva Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının sədri təyin edilsin.
5. Sənan Firudin oğlu Hacıyev Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri təyin edilsin.
6. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası və Mülki Kollegiyası sədrlərinin vəzifələrindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
1. Şahin Yaşar oğlu Yusifov öz arzusu ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri vəzifəsindən azad edilsin.
2. Şəlalə Ağakərim qızı Məmmədova öz arzusu ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri vəzifəsindən azad edilsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Apellyasiya məhkəmələrinin məhkəmə kollegiyaları sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
1. Aşağıdakı hakimlər apellyasiya məhkəmələrinin məhkəmə kollegiyalarının sədrləri təyin edilsinlər:
Bakı Apellyasiya Məhkəməsi üzrə:
Rəhimov Elmar Eldar oğlu - Cinayət Kollegiyasının sədri
Tağızadə Mirzə Nəsib oğlu - İnzibati Kollegiyanın sədri
Qurbanov Raqib Əliddin oğlu - Kommersiya Kollegiyasının sədri
Gəncə Apellyasiya Məhkəməsi üzrə:
Mamedov Rəşad Ziyaviddin oğlu - İnzibati Kollegiyanın sədri
Rzaquliyev Şamil Qəhrəman oğlu - Kommersiya Kollegiyasının sədri
Sumqayıt Apellyasiya Məhkəməsi üzrə:
Babayeva Hökümə Çingiz qızı - İnzibati Kollegiyanın sədri
Quliyev Telman Osman oğlu - Mülki Kollegiyanın sədri
Şirvan Apellyasiya Məhkəməsi üzrə:
Həsənov Müşfiq Kamil oğlu - İnzibati Kollegiyanın sədri
Kərimov Tale Suliddin oğlu - Kommersiya Kollegiyasının sədri
Şəki Apellyasiya Məhkəməsi üzrə:
Rəfiyev Rövşən Rafiq oğlu - İnzibati Kollegiyanın sədri
Hüseynov Elçin Şirin oğlu - Kommersiya Kollegiyasının sədri
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Xəbəri paylaşın




Digər xəbərlər:
İlham Əliyev 3 sərəncam imzaladı
İlham Əliyev 3 sərəncam imzaladı
30.04.20, Siyasət
İlham Əliyev sərəncam imzaladı
İlham Əliyev sərəncam imzaladı
27.04.20, İqtisadiyyat
İlham Əliyev 1 sərəncam, 1 fərman imzaladı
İlham Əliyev 1 sərəncam, 1 fərman imzaladı
08.04.20, Cəmiyyət
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
05.04.20, Cəmiyyət
İlham Əliyev 4 fərman, 1 sərəncam imzaladı
İlham Əliyev 4 fərman, 1 sərəncam imzaladı
19.03.20, Siyasət
İlham Əliyev 3 sərəncam imzaladı
İlham Əliyev 3 sərəncam imzaladı
17.03.20, Siyasət
İlham Əliyev 2 sərəncam imzaladı
İlham Əliyev 2 sərəncam imzaladı
02.03.20, Siyasət
İlham Əliyevdən yeni təyinatlar – 4 sərəncam, 2 fərman
İlham Əliyevdən yeni təyinatlar – 4 sərəncam, 2 fərman
30.12.19, Siyasət
İlham Əliyev 4 sərəncam, 2 fərman imzaladı
İlham Əliyev 4 sərəncam, 2 fərman imzaladı
18.12.19, Siyasət
İlham Əliyev 1 sərəncam, 1 fərman imzaladı
İlham Əliyev 1 sərəncam, 1 fərman imzaladı
16.12.19, Cəmiyyət