31
may
2020
11:05
11 621


Universal kart

AdRiver


ABŞ konqresmenlərindən Azərbaycanla bağlı BƏYANAT

ABŞ Konqresinin Azərbaycan üzrə İşçi Qrupunun həmsədrləri, konqresin Təsisatlar komitəsinin və Helsinki komissiyasının üzvü, konqresmen Robert Aderholt (Respublikaçı - Alabama), həmçinin Konqresin Xarici İşlər komitəsinin üzvü Stiv Şabot Konqresdə Azərbaycanın Respublika Günü münasibətilə təbrik bəyanatları veriblər.
 
Qanunla.Az xəbər verir ki, mayın 27-si və 28-də verilən bəyanatlar ABŞ Konqresinin rəsmi saytında dərc edilib.
 
Bəyanatında Azərbaycanın Sovet İttifaqı tərəfindən işğal edilməsinə baxmayaraq, 70 il sonra - 1991-ci ildə müstəqilliyini bərpa etdiyini diqqətə çatdıran Robert Aderholt Respublika Gününün ölkənin İsraillə münasibətlər, enerji təhlükəsizliyi və bölgədə sabitlikdə xüsusi rolu daxil olmaqla, müsbət tərəflər haqqında düşünmək üçün yaxşı vaxt olduğunu vurğulayıb.
 
R.Aderholt əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycanda çiçəklənən və təhlükəsiz vəziyyətdəki yəhudi icmasına ev yiyəliyi etdiyini və Azərbaycanla İsrail arasında ikitərəfli münasibətlərin möhkəm olduğunu bildirib.
 
Bundan başqa, bəyanatda Azərbaycanın Xəzəryanı bölgənin Rusiya neftindən asılılığını azaltmağa çalışdığı diqqətə çatdırılıb.
 
R.Aderholt həmçinin Azərbaycanın ABŞ və NATO qüvvələrinə dəstəyini də vurğulayıb.
 
Sonda Azərbaycanın strateji regionda ABŞ-ın vacib partnyoru olduğu bildirilib.
 
Konqresmen Stiv Şabot (Respublikaçı - Ohayo) öz növbəsində Azərbaycanı bölgədə mühüm tərəfdaş adlandırır və ölkəmizin müstəqil dövlət kimi öz ənənəsini qoruduğunu diqqətə çatdırır.
 
Azərbaycanın 1918-ci ildə müstəqilliyini elan edərkən müsəlman dünyasında ilk dünyəvi parlament demokratiyası qurduğunu vurğulayır.
 
Azərbaycanın qadınlara səsvermə hüququ verən ilk dövlətlərdən olduğu, demokratik ənənələrin universal tətbiqinin mümkünlüyünü İslam dünyasında nümayiş etdirdiyini bildirilir. Azərbaycanın müstəqilliyinə totalitar SSRİ tərəfindən son qoyulduğuna təəssüf ifadə olunur və ölkəmizin müstəqilliyinin bərpa edilməsindən sonra ABŞ tərəfindən tanındığı qeyd edilir.
 
Bu gün Azərbaycanın ABŞ və onun müttəfiqləri üçün yaxın tərəfdaş olduğu, ABŞ-ın Əfqanıstanda səylərində və terrorçuluq ilə qlobal mübarizədə ölkəmizin yaxından iştirak etdiyi, Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rolu barədə məlumat verilir. Azərbaycanın müsəlman ölkəsi kimi ABŞ-ın müttəfiqi olan İsrail ilə güclü dostluğa malik olduğu və yəhudi icması ilə qüvvətli əlaqələri diqqətə çatdırır.
 
Bəyanatın sonunda, Konqres üzvü Stiv Şabot Azərbaycanın ABŞ-la dostluq münasibətlərinə sadiqliyini vurğulayır və digər Konqres üzvlərini ölkəmizin Respublika Günü münasibətilə təbrik etməyə çağırır.

Xəbəri paylaşın




Digər xəbərlər:
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
22.05.20, Gündəm
ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələ: Trampın məktubunun geosiyasi məqamları
ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələ: Trampın məktubunun geosiyasi məqamları
18.05.20, Siyasət
Deputat Trampın məktubundan danışdı: “Dünya ölkələri etibar edir”
Deputat Trampın məktubundan danışdı: “Dünya ölkələri etibar edir”
17.05.20, Siyasət
Azərbaycan XİN-dən Paşinyanın iddialarına CAVAB
Azərbaycan XİN-dən Paşinyanın iddialarına CAVAB
16.05.20, Siyasət
Heydər Əliyevin anadan olmasının 97-ci ildönümüdür
Heydər Əliyevin anadan olmasının 97-ci ildönümüdür
10.05.20, Siyasət
Əmr gözləyirik, düşmən hər an məhv edilə bilər – General
Əmr gözləyirik, düşmən hər an məhv edilə bilər – General
23.04.20, Siyasət
"Sanki Elmar Məmmədyarov Ermənistanın işğalçılıq siyasətini malalamaqla məşğuldur" — Deputatdan nazirə SƏRT ETİRAZ
"Sanki Elmar Məmmədyarov Ermənistanın işğalçılıq siyasətini malalamaqla məşğuldur" — Deputatdan nazirə SƏRT ETİRAZ
22.04.20, Siyasət
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
06.04.20, Gündəm
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
05.04.20, Cəmiyyət
Heydər Əliyev Mərkəzində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün II “Fərqli Fərdlər” Konqresi keçirilir
Heydər Əliyev Mərkəzində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün II “Fərqli Fərdlər” Konqresi keçirilir
15.02.20, Cəmiyyət