01
iyun
2020
16:29
12 362


Universal kart

AdRiver


İlham Əliyev 3 fərman imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 171 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Qanunla.Az fərmanın mətnini təqdim edir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Auditor xidməti haqqında”, “İnvestisiya fəaliyyəti haqqında”, “Müflisləşmə və iflas haqqında”, “Kiçik sahibkarlığa dövlət köməyi haqqında”, “Yeyinti məhsulları haqqında”, “Notariat haqqında”, “Kredit ittifaqları haqqında” və “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 may tarixli 1585-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
“Kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 171 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 481; 2001, № 10, maddə 640; 2003, № 10, maddə 573; 2007, № 12, maddə 1246; 2014, № 5, maddə 477; 2016, № 8, maddə 1384) 2-ci hissəsinin dördüncü abzasından “5-ci maddəsində,” sözləri çıxarılsın.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2004-cü il 5 mart tarixli 597-IIQD nömrəli Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 23 aprel tarixli 53 nömrəli və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2004-cü il 5 mart tarixli 597-IIQD nömrəli Qanununun icrasının təmin edilməsi barədə” 2005-ci il 18 iyul tarixli 262 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
1. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2004-cü il 5 mart tarixli 597-IIQD nömrəli Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 23 aprel tarixli 53 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 4, maddə 233; 2008, № 3, maddə 168; 2009, № 7, maddə 532; 2018, № 9, maddə 1831, № 11, maddə 2265) 2.4-cü bəndi ləğv edilsin.
2. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2004-cü il 5 mart tarixli 597-IIQD nömrəli Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 18 iyul tarixli 262 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 7, maddə 598; 2008, № 6, maddə 496; 2017, № 5, maddə 800; 2018, № 11, maddə 2265) 1.4-cü bəndi ləğv edilsin.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli, “Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2014-cü il 17 noyabr tarixli 348 nömrəli, “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2014-cü il 17 noyabr tarixli 349 nömrəli, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2016-cı il 23 iyun tarixli 963 nömrəli, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 16 may tarixli 673-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2017-ci il 24 may tarixli 1421 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir:
1. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 847; 2014, № 10, maddə 1196; 2015, № 3, maddə 270, № 5, maddə 531, № 9, maddə 1006; 2016, № 6, maddə 1059, № 11, maddə 1824; 2017, № 1, maddə 40, № 5, maddə 825, № 11, maddə 2012; 2018, № 3, maddə 417, № 5, maddə 910, № 8, maddə 1676, № 11, maddə 2289, № 12 (I kitab), maddə 2616; 2019, № 3, maddə 434, № 5, maddə 826, № 10, maddə 1581) 4.19-cu bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 4.20-ci bənd əlavə edilsin:
“4.20. həmin Məcəllənin 84.1-ci maddəsinin birinci cümləsində (üçüncü halda) və ikinci cümləsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini tikintiyə icazə alınması üçün ərizə Kiçik və orta biznes evlərində verildikdə – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, digər hallarda isə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi həyata keçirir.”.
2. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli 348 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 11, maddə 1388; 2016, № 11, maddə 1803; 2019, № 10, maddə 1581) ilə təsdiq edilmiş “Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. 3.1.5-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.1.6-cı və 3.1.7-ci yarımbəndlər əlavə olunsun:
“3.1.6. yerüstü mərtəbələrinin sayı ikidən, hər mərtəbəsinin hündürlüyü 4 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən, aşırımlarının uzunluğu 6 metrdən çox olmayan qeyri-yaşayış obyektlərinin tikinti layihələri;
3.1.7. insanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan yerüstü mərtəbələrinin sayı 2-dən, hər mərtəbəsinin hündürlüyü 3 metrdən, ümumi sahəsi 1400 kvadratmetrdən, tikinti sahəsi 1000 kvadratmetrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan anbar binalarının layihələri.”;
2.2. 4.2.5.6-cı yarımbəndə “bölməsi” sözündən sonra “(Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi hallarda)” sözləri əlavə edilsin;
2.3. 4.7-ci və 6.3-cü bəndlərdə “çatışmazlıqların” sözü “iradların” sözü ilə əvəz edilsin;
2.4. 4.8-ci bənddə “çatışmazlıqlar” sözü “iradlar” sözü ilə əvəz edilsin və həmin bənddən “rəsmi qaydada tikintiyə icazə verən” sözləri isə çıxarılsın.
3. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli 349 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 11, maddə 1389; 2016, № 11, maddə 1803; 2017, № 4, maddə 546; 2019, № 5, maddə 816) ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 2.5-ci bəndində aşağıdakı dəyişikliklər edilsin:
3.1. “mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən* və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin” sözləri “mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən* və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin” sözləri ilə əvəz edilsin;
3.2. “Qeyd” hissəsi aşağıdakı redaksiyada verilsin:
“Qeyd. Binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) olan məsafə kimi qəbul edilir.”.
4. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 963 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 6, maddə 1059; 2018, № 6, maddə 1196) 2.1-ci bəndi ləğv edilsin.
5. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 16 may tarixli 673-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 may tarixli 1421 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 825) 1.3-cü bəndi və 2-ci hissəsi ləğv edilsin.
6. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 84.1-ci maddəsində qeyd olunmuş texniki şərtlərin və layihə-smeta sənədlərinin ASAN Kommunal mərkəzləri (ASAN Kommunal mərkəzləri yaradılmayan regionlarda – bu mərkəzlər yaradılanadək ASAN Xidmət mərkəzləri) və Kiçik və orta biznes evləri vasitəsilə alınması barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

Xəbəri paylaşın




Digər xəbərlər:
İlham Əliyev fərman imzaladı
İlham Əliyev fərman imzaladı
29.05.20, Siyasət
İlham Əliyev fərman imzaladı
İlham Əliyev fərman imzaladı
12.05.20, Siyasət
Cinayət məsuliyyətindən azadetmə qaydası dəyişib
Cinayət məsuliyyətindən azadetmə qaydası dəyişib
01.05.20, Hüquq
İlham Əliyev 3 fərman imzaladı
İlham Əliyev 3 fərman imzaladı
24.04.20, Siyasət
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
06.04.20, Gündəm
İlham Əliyev 2 fərman imzaladı
İlham Əliyev 2 fərman imzaladı
21.03.20, Siyasət
İlham Əliyev 4 fərman, 1 sərəncam imzaladı
İlham Əliyev 4 fərman, 1 sərəncam imzaladı
19.03.20, Siyasət
Əli Əsədov Artur Rasi-zadənin daha bir qərarını ləğv etdi
Əli Əsədov Artur Rasi-zadənin daha bir qərarını ləğv etdi
31.12.19, Sosial
İlham Əliyevdən yeni təyinatlar – 4 sərəncam, 2 fərman
İlham Əliyevdən yeni təyinatlar – 4 sərəncam, 2 fərman
30.12.19, Siyasət
İlham Əliyev 4 sərəncam, 2 fərman imzaladı
İlham Əliyev 4 sərəncam, 2 fərman imzaladı
18.12.19, Siyasət