25
dekabr
2019
14:39
11 273


Universal kart

AdRiver


Bu il 6 icra başçısı işdən çıxarılıb, 2-si həbs olunub - FOTO

Ölkəmizdə kadr və struktur islahatları davam edir.

Belə ki, aparılan islahatlar nəticəsində bəzi məmurlar vəzifələrini itirib, onları yeni kadrlar əvəzləyib.


Bir çox sahələri əhatə edən islahatlar icra hakimiyyətlərindən də yan keçməyib.

Qanunla.az bu il işdən çıxarılan icra başçıları ilə bağlı məlumatları təqdim edir:


Prezidentin noyabrın 12-də imzaladığı sərəncamla Lütvəli Babayev Zərdabın icra başçısı vəzifəsindən azad edilib. L.Babayev 12 il Zərdabın icra başçısı olub.


 
Sentyabr 30-da Ənvər Seyidəliyev Ağsu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Ə.Seyidəliyev sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun dayısıdır.

 
Oktyabrın 31-də Qoca Səmədov Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub.
Dekabrın 19-da isə keçmiş icra başçısı Q.Səmədov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıb.

Onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.


 
Oktyabrın 31-də Şəmsəddin Xanbabayev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən kənarlaşdırılıb. O, 15 il Xaçmaza rəhbərlik edib.

 
 


Dekabrın 4-də Əhməd Muxtarov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub. O, 13 il bu rayonda rəhbər vəzifədə çalışıb.


Dekabrın 20-də Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev vəzifəsindən azad olunub.

O, bu ilin aprel ayının 5-də Goranboy rayonunun icra başçısı vəzifəsindən azad edilərək Ağstafaya təyinat almışdı.

Dekabrın 19-da isə N.Quliyev və başqaları vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıb. Onun barəsində həbs qətimkan tədbiri seçilib.

Xəbəri paylaşın




Digər xəbərlər:
Bu gün Prezident İlham Əliyevin doğum günüdür
Bu gün Prezident İlham Əliyevin doğum günüdür
24.12.19, Siyasət
“Daha bir neçə icra hakimiyyətində yoxlamalar davam edir” – Zahid Oruc
“Daha bir neçə icra hakimiyyətində yoxlamalar davam edir” – Zahid Oruc
21.12.19, Siyasət
Qoca Səmədov barəsində həbs qətimkan tədbiri seçilib
Qoca Səmədov barəsində həbs qətimkan tədbiri seçilib
20.12.19, Hadisə
Mingəçevirdə əməliyyat - Aptek sahibi həbs edildi - FOTO
Mingəçevirdə əməliyyat - Aptek sahibi həbs edildi - FOTO
20.12.19, Hadisə
Ağstafa rəhbərliyini həbsə aparan şok səbəblər - Prezident xəbərdarlıq etmişdi...
Ağstafa rəhbərliyini həbsə aparan şok səbəblər - Prezident xəbərdarlıq etmişdi...
20.12.19, Siyasət
Həbs edilən icra başçıları ilə bağlı sensasion faktlar açıqlandı: 616 min manatı ...
Həbs edilən icra başçıları ilə bağlı sensasion faktlar açıqlandı: 616 min manatı ...
19.12.19, Gündəm
“Çox istəyirəm ki, maaşlar və pensiyalar daha sürətlə artsın” - Prezident
“Çox istəyirəm ki, maaşlar və pensiyalar daha sürətlə artsın” - Prezident
19.12.19, Siyasət
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dörd sosial təminat növünün təyinatını elektronlaşdırıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dörd sosial təminat növünün təyinatını elektronlaşdırıb
18.12.19, Cəmiyyət
İlham Əliyev 1 sərəncam, 1 fərman imzaladı
İlham Əliyev 1 sərəncam, 1 fərman imzaladı
16.12.19, Cəmiyyət
Başqasının yerinə imtahan vermək istəyənlər cəzalandırılacaq! - XƏBƏRDARLIQ
Başqasının yerinə imtahan vermək istəyənlər cəzalandırılacaq! - XƏBƏRDARLIQ
16.12.19, Cəmiyyət