23
iyun
2020
17:09
2 277


Universal kart

AdRiver


Prezidentdən Aynur Sofiyevaya 50 yaş təltifi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Aynur Məmmədiyyə qızı Sofiyevanı 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qanunla.Az xəbər verir ki, Aynur Sofiyeva 19 iyul 1970-ci ildə Azərbaycan Respublikasının Qax şəhərində anadan olub.
1977-ci ildə Qax şəhərindəki 1 nömrəli məktəbin ikinci (birbaşa) sinifinə daxil olub, 1986-cı ildə həmin məktəbi qızıl medalla bitirib. 1986-cı ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olub, 1991-ci ildə buranı fərqlənmə diplomu ilə başa vurub.
1997-2001-ci illərdə Bakı Dövlət Universitetində hüquqşünas ixtisası üzrə də təhsil alıb.
1998-2000-ci illərdə Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparıcı, daha sonra baş hüquq məsləhətçisi vəzifələrində çalışıb.
Aynur Sofiyeva ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
Onu da qeyd edək ki, A.Sofiyeva 1974-cü ildən idmanın şahmat növü ilə məşğul olur. O, 16 yaşında qızlar arasında SSRİ çempionu, 20 yaşında tələbələr arasında dünya çempionu (2 qızıl medal), 20 yaşadək qızlar arasında isə dünya çempionatının gümüş medalçısı olub.
A.Sofiyeva 1993-cü ildə Azərbaycan komandasının tərkibində 26 yaşadək gənclər arasında dünya çempionatında gümüş medal qazanıb, bir çox beynəlxalq turnirlərin qalibidir.
1990-cı ildə Azərbaycanın ilk beynəlxalq qrossmeysteri, islam dünyasında isə qadınlar arasında ilk beynəlxalq qrossmeyster adını qazanıb.
2002-2007-ci il tarixlərində Azərbaycan Şahmat Federasiyasının Prezidenti olub.
2007-cı ilin mart ayından etibarən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini vəzifəsində çalışır.
Qeyd edək ki, bu gün dövlət qulluqçularının peşə bayramıdır. Həmçinin gələn ay A.Sofiyevanın 50 yaşı tamam olacaq.

Xəbəri paylaşın




Digər xəbərlər:
Prezident onları təltif etdi - SİYAHI
Prezident onları təltif etdi - SİYAHI
23.06.20, Siyasət
Dünya İВ, Azərbaycan və Rus bölməsi məktəblilərinin 250-dən artıq valideyinləri məktəbin rəhbərliyindən Mehriban Əliyevaya şikayət etdilər
Dünya İВ, Azərbaycan və Rus bölməsi məktəblilərinin 250-dən artıq valideyinləri məktəbin rəhbərliyindən Mehriban Əliyevaya şikayət etdilər
16.06.20, Cəmiyyət
İlham Əliyev 3 fərman imzaladı
İlham Əliyev 3 fərman imzaladı
01.06.20, Siyasət
Heydər Əliyevin anadan olmasının 97-ci ildönümüdür
Heydər Əliyevin anadan olmasının 97-ci ildönümüdür
10.05.20, Siyasət
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
06.04.20, Gündəm
Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı açıqlanıb
Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı açıqlanıb
13.01.20, Siyasət
İlham Əliyevdən yeni təyinatlar – 4 sərəncam, 2 fərman
İlham Əliyevdən yeni təyinatlar – 4 sərəncam, 2 fərman
30.12.19, Siyasət
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
25.12.19, Siyasət
Bu gün Prezident İlham Əliyevin doğum günüdür
Bu gün Prezident İlham Əliyevin doğum günüdür
24.12.19, Siyasət
İlham Əliyev 4 sərəncam, 2 fərman imzaladı
İlham Əliyev 4 sərəncam, 2 fərman imzaladı
18.12.19, Siyasət