23
iyun
2020
17:20
1 720


Universal kart

AdRiver


“Bu, ölkə başçısının qətiyyətli və prinsipial mövqeyinin nəticəsidir”

“Şərq Tərəfdaşlığı ölkələrinin Sammiti mühüm məqamlarla yadda qaldı. Cənab Prezident İlham Əliyev növbəti dəfə yenə də diplomatik ustalıq və prinsipiallıq nümayiş etdirdi”.
 
Bunu Versus.az-a Prezident İlham Əliyevin iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatındakı Sammitində etdiyi çıxışına münasibət bildirən Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova deyib.

Koronavirus pandemiyası dövründə Nikol Paşinyanın vətəndaşların sosial-iqtisadi problemlərini həll edə bilməməsinin ölkəsində xeyli çətinliklər yaratmasına yol açdığını vurğulayan xanım siyasətçinin fikrincə, bu və digər səbəblərdən dolayı Ermənistanın parlament müxalifəti hazırki Paşinyan kökumətinin tam tərkibdə istefaya göndərilməsini tələb edir:

“Paşinyan isə əməli və sözü üst-üstə düşməyən rəzil obrazda ortalıqda dolaşır. İstefaya çağırış tələblərinə isə soyuqqanlı reaksiya verə bilmədi və dərhal Çiçəklənən Ermənistan Partiyasının sədri Qaqik Çarukyana və tərəfdarlarına qarşı bir gündə üç cinayət işi açdırdı. Ümumiyyətlə, Paşinyan hakimiyyətə gəldikdən sonra demokratiya adı altında ölkənin tanınmış siyasi və ictimai xadimlərinə qarşı həmişə repressiv vasitələrdən geniş şəkildə istifadə edib və onları bir-bir sıradan çıxarıb”.

K.İsmayılova vurğuladı ki, bütün beynəlxalq tədbirlərdə Azərbaycan prezidenti Ermənistanın işğalçılıq siyasətini dönə-dönə pisləyir:

“Avropa Parlamentinin Azərbaycanla bağlı iyunun 19-da qəbul etdiyi qətnamə təsadüfi qərar deyildi. Bütün qəbul edilmiş qətnamələr ölkə başçımızın qətiyyətli və prinsipial mövqeyinin bariz nəticəsidir. Dünya ölkələri, beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini qəbul etdiyini deyir. Şərq Tərəfdaşlığı ölkələrinin Sammitində ölkəmizin başçısı bir daha Ermənistanın işğalçılıq siyasətini gündəmə gətirib. Ermənistanın Baş naziri isə yenə də ucuz şou düzəltməklə məşğuldur. Bilir ki, ölkəsində insanların sosial-iqtisadi durumu gərgindir. Hər an baş verə biləcək partlayışı önləmək üçün müxtəlif yollara əl atır. Bir sözlə, ölkəsini idarə etməkdən daha çox, səhnədə rol oynamaqla məşğuldur”.

Xəbəri paylaşın




Digər xəbərlər:
Əliyevin Paşinyana ağır diplomatik ifadəsi... – Şərh
Əliyevin Paşinyana ağır diplomatik ifadəsi... – Şərh
20.06.20, Siyasət
Millət vəkili:“Paşinyan uçuruma yuvarlanır”
Millət vəkili:“Paşinyan uçuruma yuvarlanır”
19.06.20, Siyasət
Anar Məmmədov:Ermənistan hakimiyyətində xaos açıq şəkildə özünü göstərir
Anar Məmmədov:Ermənistan hakimiyyətində xaos açıq şəkildə özünü göstərir
16.06.20, Siyasət
"Bu çətin günlərdə xalqımıza arxa-dayaq oldunuz" - Prezidentə yazırlar
"Bu çətin günlərdə xalqımıza arxa-dayaq oldunuz" - Prezidentə yazırlar
23.05.20, Siyasət
Sən kimsən ki, bizə xəbərdarlıq edirsən, Əziz Ələkbərli?
Sən kimsən ki, bizə xəbərdarlıq edirsən, Əziz Ələkbərli?
22.05.20, Cəmiyyət
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
22.05.20, Gündəm
Xalqın Prezidentə etibarı sarsılmazdır — MƏKTUBLAR
Xalqın Prezidentə etibarı sarsılmazdır — MƏKTUBLAR
20.05.20, Cəmiyyət
Əmr gözləyirik, düşmən hər an məhv edilə bilər – General
Əmr gözləyirik, düşmən hər an məhv edilə bilər – General
23.04.20, Siyasət
Cənab Prezident, koronavirusa birlikdə qalib gələcəyik!
Cənab Prezident, koronavirusa birlikdə qalib gələcəyik!
16.04.20, Cəmiyyət
İlham Əliyev doğru qərarlar qəbul etdi
İlham Əliyev doğru qərarlar qəbul etdi
27.03.20, Gündəm