25
iyun
2020
13:01
1 938


Universal kart

AdRiver


Prezidentin köməkçisindən AÇIQLAMA: "Torpaqlarımızın işğaldan azad olunması üçün əmr gözləyirik"

“Dövlətimizin başıçısını, millətimizi əmin etmək istəyirəm ki, Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad olunması üçün tam hazır vəziyyətdədir və əmr gözləyir. Bu qələbə uzaqda deyil. Biz bu qələbənin şahidi olacağıq”.

Qanunla.Az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev bildirib.

O, 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunu, onun rəhbərliyini, şəxsi heyətini təbrik edib, ən xoş arzularını çatdırıb. 

“Azərbaycan Ordusu bu gün dünya orduları sırasında ön yerlərdən birini tutur. Hərbi hissələr qürur hissi verir. Azərbaycan Ordusu ən yeni silahlarla təmin olunub. Əsgərlərin, zabitlərin, generalların əhval-ruhiyyəsi yüksək səviyyədədir. Onlar hər bir zaman Ali Baş Komandanın verdiyi əmrləri gözünü qırpmadan icra edəcəklər”, - general-polkovnik deyib.

Prezidentin köməkçisinin sözlərinə görə, Azərbaycan Ordusu Ermənistanın işğalı altında olan torpaqları azad etməyə hazırdır.

Xəbəri paylaşın




Digər xəbərlər:
"Bu çətin günlərdə xalqımıza arxa-dayaq oldunuz" - Prezidentə yazırlar
"Bu çətin günlərdə xalqımıza arxa-dayaq oldunuz" - Prezidentə yazırlar
23.05.20, Siyasət
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
22.05.20, Gündəm
Xalqın Prezidentə etibarı sarsılmazdır — MƏKTUBLAR
Xalqın Prezidentə etibarı sarsılmazdır — MƏKTUBLAR
20.05.20, Cəmiyyət
Polkovnikdən şok: Generallar niyə cəbhə bölgəsindədir?
Polkovnikdən şok: Generallar niyə cəbhə bölgəsindədir?
06.05.20, Siyasət
Əmr gözləyirik, düşmən hər an məhv edilə bilər – General
Əmr gözləyirik, düşmən hər an məhv edilə bilər – General
23.04.20, Siyasət
Cənab Prezident, koronavirusa birlikdə qalib gələcəyik!
Cənab Prezident, koronavirusa birlikdə qalib gələcəyik!
16.04.20, Cəmiyyət
İlham Əliyev AzTV-yə müsahibə verdi-VİDEO
İlham Əliyev AzTV-yə müsahibə verdi-VİDEO
24.03.20, Siyasət
Daxili Qoşunların 28 illik döyüş və xidmət yolu
Daxili Qoşunların 28 illik döyüş və xidmət yolu
12.03.20, Cəmiyyət
İlham Əliyev Ramin Quluzadəni qəbul etdi - YENİLƏNİB + FOTO
İlham Əliyev Ramin Quluzadəni qəbul etdi - YENİLƏNİB + FOTO
15.01.20, Siyasət
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
25.12.19, Siyasət