27
iyun
2020
11:25
1 913


Universal kart

AdRiver


XİN: Ermənistan rəhbərliyi əmin olmalıdır ki, heç bir təxribatı cavabsız qalmayacaq

"Azərbaycan Respublikasının Prezidenti llham Əliyevin bu ilin 25 iyun tarixində Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında çıxışı zamanı təcavüzkar ölkə olan Ermənistandakı vəziyyəti bütün çılpaqlığı ilə təsvir etməsi, bu “müstəqil” ölkənin yaşadığı dərin böhranı konkret faktlarla qeyd etməsi, Ermənistan rəhbərliyini acı həqiqətlərlə üz-üzə qoyub".

Qanunla.Az xəbər verir ki, bunu Azərbaycan XİN Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

O bildirib ki, “demokratik inqilab” pərdəsinə bürünüb hakimiyyətə gələn, xalqına qızıl dağlar vəd edən Ermənistan rəhbərliyinin, ölkədəki hakimiyyət bölgüsünü pozaraq diktatura rejimini qurması, verdiyi vədlərinə əməl edə bilməməsi, özündən öncəki cinayətkar rejimin işğalçı siyasətini möhkəmləndirmək, beləliklə də beynəlxalq hüququn norma və prinsiplərini tapdalamaq siyasətini davam etdirməsi artıq Ermənistan baş nazirinin büründüyü pərdənin açılaraq həqiqətləri üzə çıxardığını göstərir:
 
"Ermənistan baş nazirinin son bəyanat və hərəkətləri onun ölkə daxilindəki uğursuzluğunu, bölgədəki vəziyyəti gərginləşdirərək, münaqişənin yenidən alovlanması yolu ilə ört-basdır etmək cəhdlərindən xəbər verir. Əks-təqdirdə, işğalçı ölkənin rəhbərliyinin Azərbaycana qarşı olan son təxribat və təhrikçi əməllərini necə izah emək olar?!
 
Təcavüzkar Ermənistan rəhbərliyi əmin olmalıdır ki, heç bir təxribatı cavabsız qalmayacaq. Azərbaycan xalqı dövət başçısının rəhbərliyi altında və beynəlxalq hüququn norma və prinsipləri, eləcə də Azərbaycan qanunvericiliyi əsasında Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü təmin edəcək. Ermənistan rəhbərliyi isə Azərbaycanın ərazilərinin hərbi işğalı, bu ərazilərdə etnik təmizləməyə məruz qalmış yüz minlərlə azərbaycanlının fundamental hüquqlarının pozulmasına görə birbaşa məsuliyyət daşıdığı kimi, cinayətkar əməllərinə görə öz xalqı qarşısında da cavab verəcək".

Xəbəri paylaşın




Digər xəbərlər:
Milli Qurtuluş günün mübarək, Azərbaycan!
Milli Qurtuluş günün mübarək, Azərbaycan!
15.06.20, Cəmiyyət
Azərbaycan XİN Ermənistanın keçmiş Şaumyan rayonu ilə bağlı bəyanatına cavab verdi
Azərbaycan XİN Ermənistanın keçmiş Şaumyan rayonu ilə bağlı bəyanatına cavab verdi
14.06.20, Siyasət
XİN: Avropa Məhkəməsi əslində Ermənistanın əsas niyyətini təmin etməyib
XİN: Avropa Məhkəməsi əslində Ermənistanın əsas niyyətini təmin etməyib
26.05.20, Siyasət
Sən kimsən ki, bizə xəbərdarlıq edirsən, Əziz Ələkbərli?
Sən kimsən ki, bizə xəbərdarlıq edirsən, Əziz Ələkbərli?
22.05.20, Cəmiyyət
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
22.05.20, Gündəm
ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələ: Trampın məktubunun geosiyasi məqamları
ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələ: Trampın məktubunun geosiyasi məqamları
18.05.20, Siyasət
Azərbaycan XİN-dən Paşinyanın iddialarına CAVAB
Azərbaycan XİN-dən Paşinyanın iddialarına CAVAB
16.05.20, Siyasət
Əli Həsənov milyonları bax belə mənimsəyirdi — ŞOK FAKTLAR
Əli Həsənov milyonları bax belə mənimsəyirdi — ŞOK FAKTLAR
15.05.20, Cəmiyyət
Əmr gözləyirik, düşmən hər an məhv edilə bilər – General
Əmr gözləyirik, düşmən hər an məhv edilə bilər – General
23.04.20, Siyasət
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
25.12.19, Siyasət