05
oktyabr
2020
13:40
1657


Universal kart

AdRiver


Azərbaycanın torpaqlarını azad etməyə tam haqqı çatır - Brayza

Azərbaycanın özünün işğal altında olan torpaqlarını azad etməyə tam haqqı var.
Qanunla.Az xəbər verir ki, bunu Region Plus jurnalına müsahibəsində ATƏT-in Minsk qrupunun ABŞ-dan olan keçmiş həmsədri, Amerikanın Azərbaycandakı sabiq səfiri Metyu Brayza bildirib.
"BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə var. Orada Ermənistan Azərbaycanın işğal altında olan torpaqlarını dərhal tərk etməyə çağırılır və döyüş əməliyyatlarının dayandırılmasına çağırış edilir. 1994-cü ildə döyüş hərəkətləri doğrudan da dayandırılıb, lakin Ermənistan hələ də buradan getməyib. BMT Təhlükəsizlik Şurasının qətnamələri beynəlxalq hüququn ən ali təzahürüdür. Buna görə də bu gün Ermənistan beynəlxalq hüquqdan kənardır və Azərbaycanın özünün işğal altında olan torpaqlarını qaytarmağa tam haqqı çatır" - deyə Metyu Brayza bildirib.
Onun sözlərinə görə, buna əmin olmaq üçün ABŞ-ın siyasətinə və hətta Nümayəndələr Palatasının son qətnaməsinə nəzər salmaq kifayətdir. Baxmayaraq ki, həmin qətnaməni erməni diasporunun güclü olduğu Kaliforniya ştatından olan konqresmenlər irəli sürüb.
"Bu qətnamədə Azərbaycan aqressivlikdə ittiham olunur, lakin beynəlxalq hüququn pozulması və ya qanunazidd hərəkətlərdə günahlandırılmır. Məncə, bnun özü hər şeyi deyir",-deyə Brayza bildirib.
Qeyd edək ki, hazırda Metyu Brayza ABŞ-ın Atlantika Şurasının böyük elmi işçisidir. Onunla geniş müsahibəni Region Plus jurnalının Azərbaycanın əkshücum əməliyyatına həsr olunacaq xüsusi buraxılışında oxumaq olar.

Xəbəri paylaşın




Digər xəbərlər:
İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul etdi - YENİLƏNİB + FOTO
İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul etdi - YENİLƏNİB + FOTO
25.09.20, Siyasət
Lavrovdan Qarabağ açıqlaması: Mövqeyimiz budur!
Lavrovdan Qarabağ açıqlaması: Mövqeyimiz budur!
23.09.20, Siyasət
Zahid Orucdan sensasion yazı
Zahid Orucdan sensasion yazı
15.09.20, Gündəm
Cəbhədə gərginlik pik həddə — Genişmiqyaslı əməliyyatlar qaçılmaz olur
Cəbhədə gərginlik pik həddə — Genişmiqyaslı əməliyyatlar qaçılmaz olur
08.09.20, Siyasət
Eldar Həsənov ifadə verdi — "5-ci kolon"un üzvləri ifşa oldu — ŞOK TƏFƏRRÜAT
Eldar Həsənov ifadə verdi — "5-ci kolon"un üzvləri ifşa oldu — ŞOK TƏFƏRRÜAT
20.08.20, Gündəm
Ermənistan yalnız Azərbaycan üçün deyil, bütün dünya üçün ciddi təhlükə mənbəyinə çevrilməkdədir
Ermənistan yalnız Azərbaycan üçün deyil, bütün dünya üçün ciddi təhlükə mənbəyinə çevrilməkdədir
23.07.20, Siyasət
ABŞ Konqresindən ermənilərə daha bir zərbə
ABŞ Konqresindən ermənilərə daha bir zərbə
21.07.20, Siyasət
“ATƏT-in Minsk Qrupu tərəfindən münaqişənin nizamlanması üzrə əməli addımların atılmasının zamanıdır”
“ATƏT-in Minsk Qrupu tərəfindən münaqişənin nizamlanması üzrə əməli addımların atılmasının zamanıdır”
08.07.20, Siyasət
ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələ: Trampın məktubunun geosiyasi məqamları
ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələ: Trampın məktubunun geosiyasi məqamları
18.05.20, Siyasət
“Trampın bu addımı atacağına ümid çox azdır” - Qənirə Paşayeva
“Trampın bu addımı atacağına ümid çox azdır” - Qənirə Paşayeva
14.12.19, Gündəm