08
oktyabr
2020
13:08
1263


Universal kart

AdRiver


Ermənistanın təcavüzü Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının iclasında müzakirə olundu - FOTO

Oktyabrın 7-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Mədəniyyət, təhsil və sosial məsələlər Komitəsinin 55-ci iclası videokonfrans formatında keçirilib. 
Bu barədə Qanunla.Az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, videokonfransda qurumdakı Azərbaycan nümayəndə heyətinin üzvlərindən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevlə deputat Ramin Məmmədov, digər üzv ölkələrin – Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, Moldova, Albaniya, Bolqarıstan, Yunanıstan, Rumıniya, Serbiya və Ermənistanın nümayəndələri iştirak ediblər. Videokonfransı Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş katibi Asəf Hacıyev açıq elan edib.
Daha sonra gündəlik qəbul olunub, QDİƏT PM Mədəniyyət, təhsil və sosial məsələlər Komitəsinin bu ilin iyulunda keçirilmiş 54-cü iclasının protokolu təsdiqlənib. 
“Pandemiya ilə mübarizədə parlamentlərin rolu: sosial aspektlər” mövzusuna həsr olunmuş 55-ci iclasda hesabat məruzəsini təqdim edən Azərbaycan nümayəndə heyətinin üzvü Musa Quliyev bildirib ki, hazırkı məruzə Azərbaycan, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Serbiya, Türkiyə və Ukrayna milli nümayəndə heyətlərinin təqdim etdikləri informasiyalar əsasında hazırlanıb.
Məruzəçi vurğulayıb ki, Azərbaycan dünya miqyasında koronavirusla mübarizəyə böyük dəstək verib, pandemiya başlanandan etibarən Ümumdünya Səhiyyə Təşkilatı ilə yaxından əməkdaşlıq edib.

Məruzə ətrafında çıxışlarda öncə Mədəniyyət, təhsil və sosial məsələlər Komitəsinin sədri Metin Gündoğdu 2020-ci ildə dünyanı cənginə alan COVİD-19-la bağlı yaranmış vəziyyətdən söz açıb. Türkiyədə koronavirusla mübarizə çərçivəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.  
Gürcüstan nümayəndə heyətinin üzvü Zaza Qabuniya ölkəsində bu istiqamətdə görülmüş işlərdən söz açıb. 
Daha sonra Ermənistan nümayəndə heyətinin üzvü Anuş Beqloyanın mövzudan yan keçərək Dağlıq Qarabağ problemi və cəbhə xəttindəki vəziyyətlə bağlı reallıqdan uzaq, qeyri-obyektiv fikirlərinə Azərbaycan nümayəndə heyətinin üzvləri dərhal cavab veriblər. 
 
Tədbirdə Bolqarıstanın nümayəndəsi Petar Kınevin çıxışından sonra məruzə ətrafında diskussiyalar yekunlaşıb. İclasda “Pandemiya ilə mübarizədə parlamentlərin rolu: sosial aspektlər” mövzusunda hesabatın layihəsi təsdiqlənib və sənədin Baş Assambleyada təqdim olunması üçün müəllif Musa Quliyev məruzəçi təyin olunub. Komitə üzvləri yekdil səslə tövsiyə layihəsini də təsdiqləyiblər.
Videokonfransda QDİƏT Parlament Məclisinin Baş katibi Asəf Hacıyev iqlim dəyişiklikləri ilə əlaqədar qurumun təkliflərini diqqətə çatdırıb.
İclasda QDİƏT-in nümayəndəsi Sergey Qonçarenko Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının fəaliyyəti haqqında danışıb, 2021-ci ilə dair iş planı barədə məlumat verib.
Həmin gün Qara Dəniz İqtisadi Əməkdaşlığı  Parlament Məclisinin İqtisadi, ticarət, texnologiya və ekologiya məsələləri komitəsinin də 55-ci iclası keçirilib. Onlayn toplantıda qurumdakı Azərbaycan nümayəndə heyətinin üzvləri, deputatlar - Eldar İbrahimov və  Elşad Mirbəşiroğlu iştirak ediblər. 
Gündəliyin qəbulundan sonra komitənin 7 iyul 2020-ci il tarixində videokonfrans  formatında  keçirilmiş 54-cü  iclasının  protokolu təsdiq edilib.
Mövzu ilə bağlı hesabat məruzəsini qurumun Rumıniyadan olan nümayəndəsi Katalin Zamfira  təqdim edib. Qeyd olunub ki, məruzə nümayəndə heyətlərinin təqdim etdikləri hesabatlar əsasında hazırlanıb.
Katalin Zamfira koronavirusla mübarizədə QDİƏT ölkələri arasında möhkəm əməkdaşlıq və intensiv dost yardımlarının mövcudluğundan məmnun olduğunu bildirib. Qeyd olunub ki, virusun yayılmağa başladığı andan etibarən bütün ölkələr Ümumdünya Səhiyyə Təşkilatı ilə yaxından əməkdaşlıq edib, vaxtaşırı bir-birlərinə kömək əli uzadıblar. Məruzəçi pandemiyanın quruma  üzv ölkələrin iqtisadiyyatına, xüsusən turizm sektoruna vurduğu zərərlərdən geniş söhbət açıb. 
Məruzə ətrafında çıxış edən qurumdakı Türkiyə nümayəndə heyətinin rəhbəri, TBMM üzvü  Camal Öztürk qardaş ölkədə pandemiya ilə mübarizə sahəsində həyata keçirilən tədbirlər  barədə danışıb. Sonra Bolqarıstan nümayəndəsi Krasimir Velçev öz ölkəsində pandemiya ilə mübarizə istiqamətində görülən işlər haqqında məlumat verib.
Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu onlayn konfransda çıxış edərək Ermənistan  nümayəndə heyətinin üzvü Vahe Enfiajyanın Dağlıq Qarabağ problemi və cəbhə xəttində vəziyyətlə əlaqədar qərəzli fikirlərinə cavab verib. Deputat son günlərdə Azərbaycanın  cəbhəboyu ərazilərdən tam kənarda yerləşən Gəncə, Şəmkir, Beyləqan, Ağcabədi, Mingəçevir kimi şəhər və rayonlarının erməni silahlı qüvvələrinin ağır artilleriya, top və raket qurğularından  durmadan atəşə tutulduğunu, həlak olan və yaralanan xeyli sayda mülki əhali arasında  azyaşlıların, qadın və qocaların, hətta ölənlər arasında iki məktəblinin olduğu faktlarını diqqətə çatdırıb.
Sonra mövzu ətrafında müzakirələr davam etdirilib. “Pandemiya ilə mübarizədə parlamentlərin rolu: iqtisadi aspektlər“ mövzusunda hesabat layihəsi təsdiqlənib və sənədin Baş Assambleyada təqdim olunması üçün Katalin Zamfira məruzəçi təyin olunub.
Videokonfransın sonunda təşkilati məsələlərə baxılıb.

Xəbəri paylaşın




Digər xəbərlər:
Lavrovdan Qarabağ açıqlaması: Mövqeyimiz budur!
Lavrovdan Qarabağ açıqlaması: Mövqeyimiz budur!
23.09.20, Siyasət
Zahid Orucdan sensasion yazı
Zahid Orucdan sensasion yazı
15.09.20, Gündəm
Əbülfəs Qarayevlə bağlı ŞOK FAKTLAR
Əbülfəs Qarayevlə bağlı ŞOK FAKTLAR
18.07.20, Sosial
Bu düşmənə qalib gələcəyik – Deputat
Bu düşmənə qalib gələcəyik – Deputat
10.07.20, Siyasət
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
22.05.20, Gündəm
TAP layihəsinin 95,1 faizi tamamlanıb
TAP layihəsinin 95,1 faizi tamamlanıb
14.05.20, İqtisadiyyat
Azərbaycan-Türkiyə sənədləri imzalandı - YENİLƏNİB+FOTO
Azərbaycan-Türkiyə sənədləri imzalandı - YENİLƏNİB+FOTO
25.02.20, Siyasət
Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı açıqlanıb
Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı açıqlanıb
13.01.20, Siyasət
Bu gün Prezident İlham Əliyevin doğum günüdür
Bu gün Prezident İlham Əliyevin doğum günüdür
24.12.19, Siyasət
TÜRK PA-nın iclası: Bakı Bəyannaməsi qəbul olundu
TÜRK PA-nın iclası: Bakı Bəyannaməsi qəbul olundu
18.12.19, Cəmiyyət