12
oktyabr
2020
09:00
1897


Universal kart

AdRiver


Mehriban Əliyevadan Gəncə ilə bağlı PAYLAŞIM - FOTO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İnstaqram səhifəsində paylaşım edib.
Qanunla.Az xəbər verir ki, paylaşımda deyilir:
"Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini intensiv atəşə tutmaqda davam edirlər. Bu, humanitar atəşkəs rejiminin, habelə 1949-cu il Cenevrə konvensiyalarının kobud şəkildə pozulması deməkdir.

Bu gecə saat 2 radələrində Gəncə şəhərinə amansızlığına görə misli görünməmiş zərbə endirilib.

Əldə olan məlumata görə, raket atəşi nəticəsində 9 nəfər (o cümlədən 4 qadın) həlak olub, 34 nəfər yaralanıb, çoxsaylı mülki obyektlərə ciddi ziyan vurulub.
Bizim şəhərlərin və kəndlərin atəşə tutulması demək olar ki, dünən bütün gün ərzində davam edib. Humanitar atəşkəs rejiminin qüvvəyə mindiyi andan ermənilər tərəfindən Azərbaycan Respublikasının bir sıra rayonlarına 548 mərmi atılıb.

Döyüş meydanında məğlub olması ilə barışa bilməyən erməni tərəfi məqsədyönlü şəkildə dinc əhaliyə hücum edir.

Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram.

Beynəlxalq təşkilatlar, hüquq müdafiə strukturları, kütləvi informasiya vasitələri və ictimai rəyin liderləri Azərbaycanın mülki əhalisinə qarşı bu cür vəhşicəsinə amansızlığı kəskin pisləməlidirlər.

Yerevan beynəlxalq konvensiyalara, habelə BMT Təhlükəsizlik Şurasının erməni işğalçı qüvvələrini Azərbaycana qarşı təcavüzə son qoymağa çağıran qətnamələrinə etinasızlığı dayandırmalıdır.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Moskvada əldə edilmiş razılaşmalara açıq-aşkar hörmətsizlik nümayiş etdirən Ermənistan Cənubi Qafqazda nəticələri onun üçün dağıdıcı olacaq müharibənin yeni mərhələsinə təhrik edir.

Əziz həmvətənlər!

Bu gün siz xalqımızın birlik, həmrəylik, şəfqət və qarşılıqlı yardım kimi ən yaxşı xüsusiyyətlərini nümayiş etdirirsiniz. Bu, böyük qürur hissi yaşatmaya bilməz! Həqiqət və ədalət bizim tərəfimizdədir! Biz zəfər çalacağıq! Allah həlak olanlara rəhmət eləsin. Xəsarət alanların tezliklə sağalmasını arzulayıram. Uca Tanrı bizim Ordumuzu, xalqımızı və Vətənimizi qorusun! Qarabağ Azərbaycandır!"

Xəbəri paylaşın




Digər xəbərlər:
İlham Əliyev: “Hərbi itkilər barədə döyüş əməliyyatları başa çatandan sonra məlumat veriləcək”
İlham Əliyev: “Hərbi itkilər barədə döyüş əməliyyatları başa çatandan sonra məlumat veriləcək”
07.10.20, Siyasət
Onlar ağılsız diktatoru dayandıra bilmirsə... -
Onlar ağılsız diktatoru dayandıra bilmirsə... -
29.09.20, Siyasət
Zahid Orucdan sensasion yazı
Zahid Orucdan sensasion yazı
15.09.20, Gündəm
Mehriban Əliyeva çağırış etdi
Mehriban Əliyeva çağırış etdi
24.07.20, Siyasət
Anar Məmmədov: Torpaqlarımızın azad ediləcəyi gün uzaqda deyil
Anar Məmmədov: Torpaqlarımızın azad ediləcəyi gün uzaqda deyil
16.07.20, Cəmiyyət
Azərbaycanın almaq istədiyi, Suriya və Liviyada uğur qazanmış Türkiyə PUA-ları nəyə qadirdir? - ARAŞDIRMA
Azərbaycanın almaq istədiyi, Suriya və Liviyada uğur qazanmış Türkiyə PUA-ları nəyə qadirdir? - ARAŞDIRMA
10.06.20, Siyasət
Xalqın Prezidentə etibarı sarsılmazdır — MƏKTUBLAR
Xalqın Prezidentə etibarı sarsılmazdır — MƏKTUBLAR
20.05.20, Cəmiyyət
Əli Həsənov milyonları bax belə mənimsəyirdi — ŞOK FAKTLAR
Əli Həsənov milyonları bax belə mənimsəyirdi — ŞOK FAKTLAR
15.05.20, Cəmiyyət
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
06.04.20, Gündəm
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
25.12.19, Siyasət