12
oktyabr
2020
12:52
1737


Universal kart

AdRiver


Deputat: “Azərbaycan uğurlu əks-hücum əməliyyatlarını daha qətiyyətli və sərt formada davam etdirməlidir”

“Azərbaycan Rusiyanın çağırışına müsbət cavab verərək siyasi iradə nümayiş etdirdi və Ermənistanla humanitar atəşkəs barədə razılığa gəldi. Ancaq biz əvvəldən də bilirdik ki, ermənilərlə heç bir müqaviləyə inanmaq olmaz. Ermənistan necə ki, torpaqlarımızın işğalında beynəlxalq hüquq və öhdəlikləri tapdaq altına salmışdı, indi də atəşkəsə riayət etməyəcəyi məlum idi. Biz bunu çox keçmədən, cəmi bir neçə saat sonra gördük”.
Bu sözləri Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib.
Millət vəkili bildirib ki, atəşkəs haqqında sənədə imza atıb məkrli planlarını, işğala hesablanmış niyyətlərini davam etdirmək ermənilər üçün sınanılmış vasitədir.
“Birinci Qarabağ müharibəsi zamanı dəfələrlə olub ki, ermənilər atəşkəs imzalayıblar, işğallarını isə davam etdiriblər. Çox misala ehtiyac yoxdur. Şuşanın işğalını yada salaq. İranda tərəflərin ən yüksək səviyyədə danışıqları gedən zaman ermənilər Azərbaycanın mədəniyyət beşiyi olan Şuşamızı işğal etdilər. O vaxt Ermənistan prezidenti Levon Ter-Petrosyan deyirdi ki, hadisələrə təsir edə bilmir, yəni, bunu Ermənistan deyil, Dağlıq Qarabağdakı ermənilər edib.
İndi də oxşar hal təkrarlanır, İrəvandan bildirirlər ki, Gəncənin atəşkəsdən dərhal sonra raket atəşinə tutulmasından xəbərləri yoxdur. Halbuki raketlərin Ermənistan ərazisindən atıldığı gün kimi aydındır, indi ötən əsrin 90-cı illəri deyil. Azərbaycanın kosmosdakı iki peyki vasitəsilə raketlərin buraxılış və uçuş trayektoriyasını izləmək üçün heç bir maneə yoxdur”, - deyə deputat vurğulayıb.
Millət vəkilinin sözlərinə görə, baş verənlər Azərbaycan üçün gözlənilməz deyil, çünki erməni xislətinə bələdik. Dünya birliyi, xüsusilə də Minsk qrupu həmsədrləri isə ağızlarına su alıb susurlar:
“Yaranmış vəziyyət göstərir ki, Azərbaycan sentyabrın 27-dən bu yana apardığı uğurlu əks-hücum əməliyyatlarını daha qətiyyətli və sərt formada davam etdirməlidir. Artıq cənab Prezident də bildirib ki, Gəncəyə endirilən raket zərbələrinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi hakimiyyətinin üzərinə düşür. O raket atəşinin başlıca səbəbi ermənilərin Qarabağda aldıqları ağır zərbələr, verdikləri çoxsaylı itkilər və ordumuzun torpaqlarımzın bir hissəsini geriyə qaytarmasıdır. Mülki əhalini qətl etməklə gözümüzü qorxutmaq istəyirlər. KTMT-nin arxasında gizlənib bizi Ermənistan ərazisindən təhdid edirlər. Biz də hər belə təhdidə Qarabağda daha neçə-neçə yaşayış məntəqlərimizə bayrağımızı sancmaqla cavab verəcəyik”.
E.Allahverdiyevin fikrincə, Ermənistana son günlər ərzində qeyri-qanuni yollarla gətirilən silah-sürsat da bizi qorxutmamalıdır:
“30 il yığdıqlarını bir neçə günə məhv etdiyimiz kimi, yeni silahlarını da yararsız hala salarıq. O silahları bizə qarşı kim istifadə edəcək? Canlı qüvvə. Canlı qüvvələrini necə məhv edib qaçmağa məcbur etmişiksə, yeniləri də o aqibəti yaşayacaq. Onların ağlı gedib ötən əsrə, əliyalın, silahsız, müdafiəsiz əhalini qətl etdikləri, pərakəndə, təlim görməmiş döyüşçülərimizlə üz-üzə olduqları günlərə. 30 ildir dünyaya car çəkirlər ki, ermənilər döyüşçüdürlər, azərbaycanlılar isə məğlub. İndi əksini görüb, xarici havadarlarından yardım dilənirlər”.
“Azərbaycanda heç kim torpaqlarımızın kimlər tərəfindən işğal edildiyini, Xocalıda ermənilərdən koplektləşdirilmiş 366-cı motoatıcı alayın soyqırımı törətdiyini unutmayıb və unutmayacaq. İndi də Ermənistana hansı kanallarla silah-sursatın gətirildiyini görürük. Bununla xalqımızın əzmini qırmağı düşünürlərsə, yanılırlar. Azərbaycan xalqı tarixdə olmadığı qədər birlik nümayiş etdirib Ali Baş Komandanına dəstək verir. Torpaqlarımız kənd-kənd, oba-oba azad olunur. Biz bütün qorxuları aşmışıq, işğalçını cəzalandırmaq əzmindəyik və bunu edəcəyik. Qoy kömək edən etsin, heç bir dövlətin nizami ordusu gəlib Qarabağda döyüşəsi deyil. Torpaq Azərbaycana məxsusdur. Bir ölüb, min doğulacağıq”, - deyə E.Allahverdiyev bildirib.

Xəbəri paylaşın




Digər xəbərlər:
Humanitar atəşkəs erməni tərəfinə verilən sonuncu şansdır
Humanitar atəşkəs erməni tərəfinə verilən sonuncu şansdır
10.10.20, Cəmiyyət
İlham Əliyev: “Hərbi itkilər barədə döyüş əməliyyatları başa çatandan sonra məlumat veriləcək”
İlham Əliyev: “Hərbi itkilər barədə döyüş əməliyyatları başa çatandan sonra məlumat veriləcək”
07.10.20, Siyasət
Onlar ağılsız diktatoru dayandıra bilmirsə... -
Onlar ağılsız diktatoru dayandıra bilmirsə... -
29.09.20, Siyasət
İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul etdi - YENİLƏNİB + FOTO
İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul etdi - YENİLƏNİB + FOTO
25.09.20, Siyasət
Zahid Orucdan sensasion yazı
Zahid Orucdan sensasion yazı
15.09.20, Gündəm
Eldar Həsənov ifadə verdi — "5-ci kolon"un üzvləri ifşa oldu — ŞOK TƏFƏRRÜAT
Eldar Həsənov ifadə verdi — "5-ci kolon"un üzvləri ifşa oldu — ŞOK TƏFƏRRÜAT
20.08.20, Gündəm
Siyavuş Novruzovdan SENSASİON AÇIQLAMA
Siyavuş Novruzovdan SENSASİON AÇIQLAMA
18.08.20, Cəmiyyət
Bəzilərinin heç anasının kimliyi bilinmir - Artur Rasizadə
Bəzilərinin heç anasının kimliyi bilinmir - Artur Rasizadə
14.07.20, Siyasət
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
22.05.20, Gündəm
İlham Əliyev AzTV-yə müsahibə verdi-VİDEO
İlham Əliyev AzTV-yə müsahibə verdi-VİDEO
24.03.20, Siyasət