12
oktyabr
2020
15:11
1790


Universal kart

AdRiver


İlham Əliyev: “Gəncənin raket atəşinə tutulması insanlığa qarşı törədilmiş cinayətdir”

Azərbaycan və Ermənistan arasında atəşkəs rejimi tətbiq olunandan dərhal sonra Ermənistan öz çirkin əməllərini davam etdirib.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin “Haber Global” televiziyasına müsahibəsində bildirib.
İ.Əliyevin bildirib ki, Azərbaycan atəşkəs rejimi ilə bağlı sözünə sadiqdir:
“Ümid edirdik ki, atəşkəs rejimi elan ediləndən sonra Dağlıq Qarabağ məsələsi siyasi yollarla həll olunacaq. Çünki hesab edirdik ki, hərbi mərhələ artıq başa çatıb. Təcavüzkar döyüş meydanında dərsini alıb və bundan sonra reallıqlarla hesablaşıb, diplomatik müstəvidə müsbət yanaşma göstərəcək.
Təəssüf ki, biz bunu görmədik. Oktyabrın 10-da saat 12-dən qüvvəyə minməli olan atəşkəs Ermənistan tərəfindən pozulub. Bildiyiniz kimi ondan sonra gecə saatlarında mülki əhaliyə qarşı dəhşətli cinayət törədilib”.
Prezident qeyd edib ki, düşmən Gəncə şəhəri raket atəşinə tutub:
“Bunun nəticəsində mülki şəxslər həlak olub, yaralanıb. Bu, erməni faşizminin eybəcər sifətinin növbəti təzahürüdür. Artıq dünya erməniliyi, Ermənistan havadarları və islamafob dairələr bu cinayəti gizlədə bilməyəcək. Hər şey göz qabağındadır. Ermənistan dövləti terror, faşist dövlətidir. Bu insanlığa qarşı törədilmiş cinayətdir”.

Xəbəri paylaşın




Digər xəbərlər:
İlham Əliyev: “Hərbi itkilər barədə döyüş əməliyyatları başa çatandan sonra məlumat veriləcək”
İlham Əliyev: “Hərbi itkilər barədə döyüş əməliyyatları başa çatandan sonra məlumat veriləcək”
07.10.20, Siyasət
Onlar ağılsız diktatoru dayandıra bilmirsə... -
Onlar ağılsız diktatoru dayandıra bilmirsə... -
29.09.20, Siyasət
İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul etdi - YENİLƏNİB + FOTO
İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul etdi - YENİLƏNİB + FOTO
25.09.20, Siyasət
Zahid Orucdan sensasion yazı
Zahid Orucdan sensasion yazı
15.09.20, Gündəm
Anar Məmmədov: Torpaqlarımızın azad ediləcəyi gün uzaqda deyil
Anar Məmmədov: Torpaqlarımızın azad ediləcəyi gün uzaqda deyil
16.07.20, Cəmiyyət
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edildi — SİYAHI
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edildi — SİYAHI
22.05.20, Siyasət
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
22.05.20, Gündəm
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
06.04.20, Gündəm
İlham Əliyev AzTV-yə müsahibə verdi-VİDEO
İlham Əliyev AzTV-yə müsahibə verdi-VİDEO
24.03.20, Siyasət
İlham Əliyevdən yeni təyinatlar – 4 sərəncam, 2 fərman
İlham Əliyevdən yeni təyinatlar – 4 sərəncam, 2 fərman
30.12.19, Siyasət