12
oktyabr
2020
22:14
1208


Universal kart

AdRiver


Gəncə hadisələrinə niyə göz yumulur?

“Dünya nizamını müəyyənləşdirən güclər işğala göz yummaqla hələ də təcavüzkarı himayə edirlər”.
Bu barədə “Yeni Gündəm” -ə açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov bildirib. Onun sözlərinə görə, beynəlxalq təşkilatların hazırkı proseslərə, yaşayış məntəqələrimizin atəş altında saxlanmasına biganə yanaşması Ermənistanın əl qolunu daha da açır:
“Azərbaycanın son 30 ildə danışıqlar prosesində ədalətli, prinsipial və beynəlxalq hüquqa əsaslanan mövqe nümayiş etdirməsi həm təcavüzkara, həm də dolayısı ilə onu təcavüzkarlığa şirnikləndirən ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlərə yaxşı məlumdur. Lakin aşkar görünür ki, “demokratiya çətiri” altında özünün imperialist siyasətini yürüdən, geosiyasi və iqtisadi maraqları ətrafında reveranslar edən bəzi aparıcı dövlətlərin ikili oyunları beynəlxalq hüququ iflic duruma gətirib. Qarabağ münaqişəsinə ədalətsiz yanaşma da kifayət qədər üzdədir. Ermənistanın təcavüzkar dövlət olması, beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq işğalçılıq siyasəti yürütməsi təəssüf ki, etiraf olunmur. Halbuki BMT ilə yanaşı, ATƏT-in, AŞ PA-nın, İƏT-in sənədlərində də Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı birmənalı qeyd olunub. Bütün bunlar hüquqi və siyasi baxımdan xeyrimizə olsa da, reallıqda heç nə dəyişmir. Dünya nizamını müəyyənləşdirən güclər işğala göz yummaqla hələ də təcavüzkarı himayə edirlər”.
Deputat deyir ki, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi sentyabrın 27-dən başlayaraq təxribatçı əməllərini davam etdirərək Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozur, Azərbaycanın dinc əhalisinin sıx yaşadığı əraziləri ağır silahlardan atəşə tutaraq mülki əhaliyə qarşı müxtəlif cinayətlər törədir. Bununla da Ermənistan hökuməti tərəfindən terrorizmin dövlət səviyyəsinə qaldırılması inkarolunmaz bir fakta çevrilir:
“Ermənistanın dinc sakinləri – uşaqlar, qadınlar və ahılları qətlə yetirməsinin hərbi cinayət olduğu heç kimə sirr deyil. Ermənilər yenə də öz vəhşiliklərini təsdiqləyən qeyri-insani hərəkətlərini davam etdirir, azərbaycanlıların yaşamaq və digər hüquqlarını pozurlar. Humanitar atəşkəsin əldə olunmasından sonra işğalçı tərəfindən Gəncənin raket atəşinə tutulması, çoxmənzilli yaşayış binasına atəş açılması və mülki əhalinin hədəf alınması mənfur düşmənin təcavüzkar siyasətindən əl çəkmədiyinin bariz göstəricisidir. Erməni tərəfi bununla da öz vandalizmini davam etdirərək atəşkəsə əməl etmək və danışıqlar prosesində iştirak etmək iqtidarında olmadığını göstərmiş oldu.
Bu gün Ermənistanın təcavüzkar dövlət olmasına, işğalçılıq siyasəti yürütməsinə açıq-aşkar göz yumulur. Bu bir yana, “demokratiya carçıları” Azərbaycandakı müsbət meyillərə kölgə salmağa çalışdıqları halda, təcavüzkar dövlətin bu barbarlığına, vandalizminə, soyqırım aktına, insanlığa qarşı yönəlmiş zorakı addımlarına da göz yumurlar. Belə olan təqdirdə isə beynəlxalq hüququn, dünya ictimaiyyətinin susqunluğu fonunda Azərbaycan Ermənistanın cinayətkar əməllərinə qarşı cavab tədbirləri görməyə məcburdur. Azərbaycanın beynəlxalq hüquqa əməl edərək, öz vətəndaşlarının təhlükəsizliyini qorumağa haqqı və hüququ var. Təcavüzkar Ermənistanı susdurmağın başqa yolu yoxdur”.

Xəbəri paylaşın




Digər xəbərlər:
İlham Əliyev: “Hərbi itkilər barədə döyüş əməliyyatları başa çatandan sonra məlumat veriləcək”
İlham Əliyev: “Hərbi itkilər barədə döyüş əməliyyatları başa çatandan sonra məlumat veriləcək”
07.10.20, Siyasət
Lavrovdan Qarabağ açıqlaması: Mövqeyimiz budur!
Lavrovdan Qarabağ açıqlaması: Mövqeyimiz budur!
23.09.20, Siyasət
Zahid Orucdan sensasion yazı
Zahid Orucdan sensasion yazı
15.09.20, Gündəm
Eldar Həsənov ifadə verdi — "5-ci kolon"un üzvləri ifşa oldu — ŞOK TƏFƏRRÜAT
Eldar Həsənov ifadə verdi — "5-ci kolon"un üzvləri ifşa oldu — ŞOK TƏFƏRRÜAT
20.08.20, Gündəm
Siyavuş Novruzovdan SENSASİON AÇIQLAMA
Siyavuş Novruzovdan SENSASİON AÇIQLAMA
18.08.20, Cəmiyyət
Din xadimlərindən beynəlxalq təşkilatlara ÇAĞIRIŞ
Din xadimlərindən beynəlxalq təşkilatlara ÇAĞIRIŞ
24.07.20, Cəmiyyət
“ATƏT-in Minsk Qrupu tərəfindən münaqişənin nizamlanması üzrə əməli addımların atılmasının zamanıdır”
“ATƏT-in Minsk Qrupu tərəfindən münaqişənin nizamlanması üzrə əməli addımların atılmasının zamanıdır”
08.07.20, Siyasət
ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələ: Trampın məktubunun geosiyasi məqamları
ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələ: Trampın məktubunun geosiyasi məqamları
18.05.20, Siyasət
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
06.04.20, Gündəm
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
05.04.20, Cəmiyyət