05
yanvar
2021
16:40
1514


Universal kart

AdRiver


Xudavəng kilsəsi öz sahiblərinə qaytarıldı - Prezident

Artıq işğaldan azad olunmuş Xudavəng kilsəsi öz sahiblərinə, bizim udi qardaşlarımıza qaytarılıbdır. Baxmayaraq ki, ermənilər bunun həm adını dəyişdirdilər, həm də orada aparılan saxtakarlıq işləri nəticəsində onun görünüşünü dəyişdirdilər, onu erməniləşdirmək istədilər, amma buna nail ola bilmədilər. Bizim udi qardaşlarımız artıq Xudavəng kilsəsində öz ibadətlərini etmişlər. Qafqaz Albaniyasına aid olan bütün digər kilsələr, o cümlədən Nic qəsəbəsindəki kilsə.
Qanunla.Az xəbər verir ki, bu sözləri Prezdident İlham Əliyev yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edən zaman deyib.
"Heydər Əliyev Fondu tərəfindən təmir olunan bu kilsə müharibə zamanı açılıb və bizə qarşı əsassız ittihamlar irəli sürənlərə ən gözəl cavab məhz budur. Müharibə zamanı alban-xristian kilsəsinin təmirdən sonra açılışı olubdur. Rus-pravoslav kilsələri, sinaqoqlar, katolik kilsə, gürcü kilsələri, Bakıda yerləşən erməni kilsəsi – bütün bunlar dövlət tərəfindən qorunur. Amma görün, bizim məscidlərimizi mənfur düşmən nə günə salıb. Altmışdan çox məscid işğal edilmiş və azad edilmiş torpaqlarda dağılıb və buna heç kim reaksiya vermir. Heç bir beynəlxalq təşkilat Ermənistanı qınamır. Biz erməni kilsəsini qoruyuruq. Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur və Azərbaycanda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Bu gün Qarabağ bölgəsində yaşayan ermənilər də, əminəm, bunu artıq başa düşürlər ki, onlar ancaq Azərbaycan dövləti çərçivəsində normal yaşaya bilərlər", - dövlət başçısı bildirib.

Xəbəri paylaşın




Digər xəbərlər:
Fransa Prezidenti Makrona açıq məktub
Fransa Prezidenti Makrona açıq məktub
21.11.20, Gündəm
AZƏRBAYCANDA TOLERANTLIQ MƏDƏNİYYƏTİ
AZƏRBAYCANDA TOLERANTLIQ MƏDƏNİYYƏTİ
16.11.20, Siyasət
Prezident və xanımı yaralı hərbçilərlə görüşdü - Foto
Prezident və xanımı yaralı hərbçilərlə görüşdü - Foto
11.11.20, Siyasət
Telefonunuz vasitəsilə xəbəriniz olmadan necə izlənirsiniz? - ŞOKA DÜŞƏCƏYİNİZ FAKTLAR
Telefonunuz vasitəsilə xəbəriniz olmadan necə izlənirsiniz? - ŞOKA DÜŞƏCƏYİNİZ FAKTLAR
04.11.20, Cəmiyyət
Qədim gürcü (kartvel) Okriaşvli nəsli və Kaxa Okriaşvilinin etnik mənşəyi
Qədim gürcü (kartvel) Okriaşvli nəsli və Kaxa Okriaşvilinin etnik mənşəyi
28.10.20, Cəmiyyət
Zahid Orucdan sensasion yazı
Zahid Orucdan sensasion yazı
15.09.20, Gündəm
Əbülfəs Qarayevlə bağlı ŞOK FAKTLAR
Əbülfəs Qarayevlə bağlı ŞOK FAKTLAR
18.07.20, Sosial
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
Paşayeva bu nazirliyi darmadağın etdi – Sensasion müsahibə
22.05.20, Gündəm
Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı açıqlanıb
Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı açıqlanıb
13.01.20, Siyasət
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
25.12.19, Siyasət