13
yanvar
2021
12:26
1894


Universal kart

AdRiver


Moskva bəyanatından sonra yayılan xəritə - Foto

Ermənistan və Azərbaycan münasibətlərin sərhədlərini müəyyənləşdiriblər. Qarabağ münaqişəsi isə ölkə liderlərinin müzakirəsindən kənarda qalıb.
Qanunla.Az xəbər verir ki, bu barədə “Kommersant” qəzetinin məqaləsində qeyd edilib.
Qəzet yazır ki, 11 yanvarda Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Moskvada keçirilən görüşü Bakıda və İrəvanda tam fərqli qiymətləndirilib:
“Bakı danışıqları uğurlu sayır, İrəvan isə Paşinyanı günahlandırmaqdan əl çəkmir. Bəyanatda üç ölkənin baş nazir müavinlərinin başçılıq etdiyi işçi qrupunun yaradılması barədə razılıq əldə edilib və bu, regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması ilə məşğul olacaq.
Söhbət iki əsas istiqamətdən gedir. Birincisi, bu, Ermənistanın Sünik vilayətindən keçib Azərbaycanı Naxçıvanla birləşdirəcək dəhlizdir. İkincisi isə İrəvandan Sünik bölgəsinə çəkilən dəmiryoludur ki, bu da Naxçıvandan keçəcək. Hər iki marşrut sovet dövründə fəal istifadə olunsa da, Dağlıq Qarabağ münaqişəsinin başlanması ilə fəaliyyətini dayandırdı.
Həmin nəqliyyat yollarının bağlanmasına görə vaxtilə Rusiya da zərər çəkib. Gürcüstan-Abxaziya münaqişəsi nəticəsində Rusiya-Gürcüstan qatarlarının hərəkəti dayandırıldı və Ermənistan əsas müttəfiqinə gedən etibarlı yolu, Rusiya isə Türkiyənin dəmiryolları ilə əlaqəsini itirdi.
Yanvarın 11-də Moskvada imzalanmış sənəd nəzəri cəhətdən hər üç tərəfi qane etməlidir: Azərbaycana Naxçıvan və Türkiyə, Rusiyaya Türkiyə və Ermənistan, Ermənistana isə Rusiya və İranla yol lazımdır. Danışıqların yekununda İlham Əliyev özünü de-fakto qalib kimi hiss edirdi. Nikol Paşinyan isə çıxışında əldə olunan nailiyyətlərə deyil, həll olunmamış məsələlərə - ilk növbədə, Bakının Dağlıq Qarabağın statusunu müzakirə etmək istəməməsinə, həmçinin hərbi əsirlərin taleyinə diqqət çəkdi”.

Xəbəri paylaşın




Digər xəbərlər:
Moskva görüşü Azərbaycanla yanaşı region ölkələrinin də iqtisadi inkişafına təsir edəcək
Moskva görüşü Azərbaycanla yanaşı region ölkələrinin də iqtisadi inkişafına təsir edəcək
13.01.21, Siyasət
Naxçıvanla quru əlaqələrin təmini ölkə üçün hansı imkanları yaradacaq? - ŞƏRH
Naxçıvanla quru əlaqələrin təmini ölkə üçün hansı imkanları yaradacaq? - ŞƏRH
14.11.20, Cəmiyyət
İlham Əliyev: “Hərbi itkilər barədə döyüş əməliyyatları başa çatandan sonra məlumat veriləcək”
İlham Əliyev: “Hərbi itkilər barədə döyüş əməliyyatları başa çatandan sonra məlumat veriləcək”
07.10.20, Siyasət
Lavrovdan Qarabağ açıqlaması: Mövqeyimiz budur!
Lavrovdan Qarabağ açıqlaması: Mövqeyimiz budur!
23.09.20, Siyasət
Zahid Orucdan sensasion yazı
Zahid Orucdan sensasion yazı
15.09.20, Gündəm
Siyavuş Novruzovdan SENSASİON AÇIQLAMA
Siyavuş Novruzovdan SENSASİON AÇIQLAMA
18.08.20, Cəmiyyət
Xalqın Prezidentə etibarı sarsılmazdır — MƏKTUBLAR
Xalqın Prezidentə etibarı sarsılmazdır — MƏKTUBLAR
20.05.20, Cəmiyyət
Cənab Prezident, koronavirusa birlikdə qalib gələcəyik!
Cənab Prezident, koronavirusa birlikdə qalib gələcəyik!
16.04.20, Cəmiyyət
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
05.04.20, Cəmiyyət
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
“Vaxt tapıb idmanla müntəzəm məşğul oluram” - Prezident
25.12.19, Siyasət