“Xocalı soyqırımının tanıdılması ilə bağlı layihələr dövlətimizin siyasətinə dəstəkdir”

Ceyhun Məmmədov: “Erməni vəhşiliyinin ifşasında hər kəs ciddi fəallıq sərgiləməlidir”
Xəbər verdiyimiz kimi, “Xocalıya ədalət!” Beynəlxalq Maarifləndirmə Kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondu və “Regional İnkişaf” İctimai Birliyi Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması və təbliği məqsədilə gənclər üçün “Xocalı soyqırımını unutmayaq” adlı layihə müsabiqəsi elan edib.
Moderator.az-a açıqlamasında Azərbaycan Respublikasının Gənclər Fondu və “Regional İnkişaf” İctimai Birliyinin məlum layihəsinin önəminə diqqət çəkən millət vəkili Ceyhun Məmmədov, hər kəsin erməni vəhşiliyinin ifşasında ciddi fəallıq sərgiləməli olduğunu bildirib:
“Bu kimi layihələrin həyata keçirilməsi erməni vəhşiliyinin dünya ictiamiyyətinə çatdırılması, Azərbaycan həqiqətlərinin təbliği baxımından xüsusi önəm və əhəmiyyət daşıyır. Bu cür layihələr hər şeydən öncə dövlətimizin siyasətinə çox böyük töhfədir. Çünki Xocalı soyqırımnın bütün dünyada tanıdılması, erməni vəhşiliyinin beynəlxalq miqyasda ifşa edilməsi dövlətimizin xarici siyasətində yer tutan mühüm məqamlardan biridir.
Torpaqlarımız işğaldan azad olunandan sonra erməni vəhşiliyi ilə bağlı yeni-yeni faktlara şahid olduq. Məlum oldu ki, Ermənistan 30 ilə yaxın müddətdə işğalda saxladığı torpaqlarımızda hər şeyi dağıdıb, talan edib. Ermənilərin törətdiyi vəhşiliklərin ifşası baxımından belə layihələrin həyata keçirilməsi mühüm əhəmiyyətə malikdir. Dünya erməni toplumunun vəhşiliklərini görməli, onların əsl simasını tanımalıdır.
Erməni barbarlığının ifşası məsələsində dövlət qurumları ilə yanaşı, ictimai təşkilatların da üzərinə böyük missiya düşür. Hər birimiz bu prosesdə maksimum aktiv olmalıyıq. Hər birimiz bu həqiqətləri dünyaya tanıtmağa çalışmalıyıq.
Ermənilər yalnız şəhərləri dağıtmayıblar. Ermənilər bizim qəbiristanlıqları, ibadət yerlərimizi də dağıdılar. Onlar nəinki müsəlman abidələrini, həm də xristian abidələrini yerlə-yeksan ediblər. Onlar Azərbaycan xalqına qarşı böyük vəhşiliklər həyata keçiriblər. Buna görə də erməni vəhşiliklərinin ifşa edilməsinə böyük ehtiyac var və hər birimiz bu məsələdə fəallıq nümayiş etdirməliyik”.
Xəbəri paylaşın









