25
dekabr
2019
12:07
1806


Universal kart

AdRiver


MSK seçkilərin saxtalaşdırılması ilə bağlı müraciətlərə baxır

2019-cu il dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində seçki məntəqələrində qanunsuzluqla bağlı Mərkəzi Seçki Komissiyasına müraciət edilib.
Qanunla.az xəbər verir ki, MSK 6 müraciət üzrə araşdırmalara başlanıldığını açıqlayıb:
117 saylı Oğuz - Qəbələ seçki dairəsindən Böyük Söyüdlü bələdiyyəsi üzrə qeydə alınmış namizəd Kərimov Mürvət Mikayıl oğlu 2019-cu il dekabrın 24-də teleqramla MSK-ya müraciət edərək səsvermə günü Böyük Söyüdlü, Çaldaş və Qarabulaq kəndlərində seçkinin düzgün aparılmadığını, vətəndaşların hüquqlarının pozulduğunu və seçkilərin yenidən keçirilməsini xahiş edib.

Yardımlı rayonu Astanlı kənd sakini Tağıyev Rafiq İslam oğlu 2019-cu il dekabrın 24-də teleqramla MSK-ya müraciət edərək 72 saylı Yardımlı - Masallı seçki dairəsi üzrə Aşağı Astanlı bələdiyyəsinə keçirilən seçkilərdə həmin seçki dairəsinin 7, 8 və 9 saylı seçki məntəqələrində səsvermə günü qanun pozuntularının baş verməsini iddia edib, bu pozuntuların araşdırılmasını və müvafiq tədbirlərin görülməsini xahiş edib.

67 saylı Cəlilabad şəhər seçki dairəsindən seçici Tağıyev Oqtay Aslan oğlu 2019-cu il dekabrın 24-də teleqramla MSK-ya müraciət edərək Sərhədabad bələdiyyəsi üzrə seçkilərin saxtalaşdırıldığını və seçkilərin nəticələrinin ləğv edilməsini xahiş edib.

85 saylı Şamaxı seçki dairəsindən Şəhriyar bələdiyyəsi üzrə qeydə alınmış namizəd Hüseynov Natiq Məmməd oğlu 2019-cu il dekabrın 24-də teleqramla MSK-ya müraciət edərək 85 saylı Şamaxı seçki dairəsinin 12 saylı seçki məntəqəsində Şəhriyar bələdiyyəsinə keçirilən səsvermənin Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) tələblərinə zidd keçirildiyini, məntəqə seçki komissiyasının sədri tərəfindən səslər hesablanarkən qanunvericiliyin tələblərinin pozulmasını və müşahidəçilərin zaldan çıxarılmasını bildirib.

Seçici Abbasov Bayram Aman oğlu və müşahidəçi Həsənov Vladdin Mehrac oğlu 2019-cu il dekabrın 24-də teleqramla MSK-ya müraciət edərək 117 saylı Oğuz – Qəbələ seçki dairəsinin 33 saylı seçki məntəqəsində qanunsuzluqların baş verməsini iddia edərək, iddia olunan qanunsuz hərəkətlərin araşdırılmasını və qanuna uyğun tədbirlərin görülməsini xahiş ediblər.

Lənkəran rayonu Digah kənd sakini Qafarov Fədail Qafar oğlu 2019-cu il dekabrın 24-də teleqramla MSK-ya müraciət edərək 73 saylı Lənkəran şəhər seçki dairəsi üzrə Digah bələdiyyəsinə seçki günü çoxsaylı qanun pozuntularının baş verdiyini, səsvermənin Seçki Məcəlləsinin tələblərinə zidd keçirildiyini, səslərin hesablanmadığını bildirib.

Şixverdiyev İlahəddin Xaliddin oğlu 51 saylı Qusar seçki dairəsinin 54 saylı seçki məntəqəsində seçkilərin nəticələrinin saxtalaşdırılmasına dair 2019-cu il dekabrın 24-də teleqramla MSK-ya müraciət edərək həmin seçki dairəsinin mövcud seçki məntəqəsində səslərin yenidən hesablanmasını xahiş edib.

Müraciətlər araşdırılması üçün aidiyyəti üzrə seçki dairələrinin dairə seçki komissiyasına göndərilib.

Xəbəri paylaşın




Digər xəbərlər:
MSK-dan Mehman Hüseynovla bağlı - AÇIQLAMA
MSK-dan Mehman Hüseynovla bağlı - AÇIQLAMA
22.12.19, Cəmiyyət
“Daha bir neçə icra hakimiyyətində yoxlamalar davam edir” – Zahid Oruc
“Daha bir neçə icra hakimiyyətində yoxlamalar davam edir” – Zahid Oruc
21.12.19, Siyasət
Ağstafa rəhbərliyini həbsə aparan şok səbəblər - Prezident xəbərdarlıq etmişdi...
Ağstafa rəhbərliyini həbsə aparan şok səbəblər - Prezident xəbərdarlıq etmişdi...
20.12.19, Siyasət
Lerikində icra başçısı həbs oluna bilər- İddia
Lerikində icra başçısı həbs oluna bilər- İddia
19.12.19, Gündəm
“Çox istəyirəm ki, maaşlar və pensiyalar daha sürətlə artsın” - Prezident
“Çox istəyirəm ki, maaşlar və pensiyalar daha sürətlə artsın” - Prezident
19.12.19, Siyasət
Bələdiyyə seçkilərində iştirak edəcək seçicilərin sayı açıqlandı
Bələdiyyə seçkilərində iştirak edəcək seçicilərin sayı açıqlandı
16.12.19, Cəmiyyət
"Müsavat" seçkilərə qatılacaq namizədlərini açıqladı
"Müsavat" seçkilərə qatılacaq namizədlərini açıqladı
16.12.19, Siyasət
Başqasının yerinə imtahan vermək istəyənlər cəzalandırılacaq! - XƏBƏRDARLIQ
Başqasının yerinə imtahan vermək istəyənlər cəzalandırılacaq! - XƏBƏRDARLIQ
16.12.19, Cəmiyyət
"Qəbələ"dən böyükhesablı qələbə - Günün oyunları
"Qəbələ"dən böyükhesablı qələbə - Günün oyunları
15.12.19, İdman
YAP-dan Siyavuş Novruzov AÇIQLAMASI: “Seçkidə əsas namizədlərdən olacaq”
YAP-dan Siyavuş Novruzov AÇIQLAMASI: “Seçkidə əsas namizədlərdən olacaq”
12.12.19, Gündəm