30
iyul
2020
14:34
940


Universal kart

AdRiver


Sabah hava necə olacaq? — PROQNOZ

Bakıda və Abşeron yarımadasında 31 iyulda havanın yağmursuz keçəcəyi, mülayim şimal-qərb küləyinin əsəcəyi, gündüz cənub-şərq küləyi ilə əvəz olunacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Qanunla.Az-a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 21-23, gündüz 30-33, Bakıda gecə 21-23, gündüz 30-32 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.  

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə  şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz əksər rayonlarda havanın yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu  gecə 20-25, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz  20-25 dərəcə  isti olacaq.  

Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 31-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Xəbəri paylaşın




Digər xəbərlər:
Sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Sabaha gözlənilən hava şəraiti açıqlanıb.
29.07.20, Cəmiyyət
Sabah qərb küləyi əsəcək, leysan yağacaq
Sabah qərb küləyi əsəcək, leysan yağacaq
28.07.20, Cəmiyyət
Sabah 41 dərəcə isti olacaq
Sabah 41 dərəcə isti olacaq
27.07.20, Cəmiyyət
Sabah Azərbaycanda 41 dərəcə isti gözlənilir
Sabah Azərbaycanda 41 dərəcə isti gözlənilir
20.07.20, Cəmiyyət
Sabah 38 dərəcə isti olacaq
Sabah 38 dərəcə isti olacaq
16.07.20, Cəmiyyət
Sabah havanın hərarəti 36 dərəcəyə qədər yüksələcək
Sabah havanın hərarəti 36 dərəcəyə qədər yüksələcək
14.07.20, Cəmiyyət
Sabah hava necə olacaq? — PROQNOZ
Sabah hava necə olacaq? — PROQNOZ
27.06.20, Cəmiyyət
Sabahın havası: Güclü külək, leysan
Sabahın havası: Güclü külək, leysan
25.06.20, Cəmiyyət
Sabaha olan hava proqnozu açıqlandı
Sabaha olan hava proqnozu açıqlandı
23.06.20, Cəmiyyət
Sabah yağış yağacaq, şimşək çaxacaq — PROQNOZ
Sabah yağış yağacaq, şimşək çaxacaq — PROQNOZ
20.06.20, Cəmiyyət