11
sentyabr
2020
11:59
1147


Universal kart

AdRiver


"Uşaqları vurusdan qorumaq olar..." - Pediatrdan vacib məsləhətlər

Azərbaycanda tədris ili sentyabrın 15-də başlayır. Epidemioloji vəziyyət nəzərə alınaraq uşaq bağçalarında, məktəbəqədər qruplarda, eləcə də ibtidai siniflərdə tədrisin mərhələli başlanması gözlənilir.
Valideynlər övladlarını təhsil müəssisələrinə göndərməkdə çox narahatdırlar. Xüsusən azyaşlıları məktəbdə və bağçalarda virusdan necə qorunmağın yolları barədə ziddiyyətli fikirlər var.
Pediatr-allerqoloq Xəyalə Quliyeva Qanunla.Az-a bildirib ki, pandemiya dövründə məktəblərin açılması azyaşlılar üçün bir qədər çətinlik yaradacaq:
“Məlumdur ki, bu il bağçadan məktəbə keçən uşaqlar pandemiya dövrünə düşdülər. Valideynlər istər kiçik, istərsə də böyük yaşlı uşaqları qorumaq üçün müəyyən tədbirlər görməlidirlər. Ümumiyyətlə, uşaqlar böyüklərlə müqayisədə koronavirusu daha yüngül və simptomsuz keçirirlər. Yəni uşaqların yüngül boğaz ağrısı, iybilmə və dadbilməni itirməsi, 38 dərəcəyə qədər temperatur, halsızlıq, yorğunluq kimi şikayətləri olur.
Bəzən valideynin özü belə, övladının virusa yoluxmasından xəbəri olmur. Təbii ki, əgər məktəblər açılırsa, uşaqlar dərsə getməlidir. Çünki onların təhsili də sağlamlıq qədər önəmlidir”.


Pediatr deyir ki, iki yaşa qədər uşaqlara maska taxmaq məsləhət görülmür:
“Amma iki yaşdan yuxarı uşaqlara qapalı məkanlarda maska taxmağı tövsiyə edirik. İstər bağça, istərsə də məktəb olsun uşaqlara mütləq sosial məsafə anlayışını aşılamalıyıq. Bu məsafə minimum 2 metr olmalıdır. Uşaqlara bu qaydalar başa salınmalıdır. Məktəbə və ya bağçaya gedərkən uşaqlar bir-biri ilə çox yaxın təmasda olmamağa diqqət etməlidirlər. Valideynlər uşaqlara gigiyenik qaydalara əməl etməyi də öyrətməlidir. Məktəbəqədər uşaqlara bunları tədricən başa salmaq lazımdır”.
Xəyalə Quliyeva hesab edir ki, profilaktik tədbirlər davam etdirilməlidir:
“Uşaqlar evdən çıxarkən hər gün 3-5 dəfədən az olmamaq şərti ilə burun damcılarından – natri xlor, dəniz suyu tərkibli damcı və ya spreylər, o cümlədən digər izotonik məhlullardan mütləq istifadə olunmalıdır. Çünki bu damcılar uşağın burun boşluğunu daim nəm saxlanmasını təmin edir ki, bu da qripdən və digər xəstəliklərdən qoruyur. Bunlar profilaktik təbirlərdir.
Burada heç bir kimyəvi tərkibli dərman və sperylər məsləhət görülmür. Kimyəvi tərkibli dərmanlar ancaq uşaqda rinit əlamətləri olarsa, həkim nəzarəti altında istifadə edilə bilər. Çünki müəyyən kimyəvi tərkibli dərmanlar var ki, onların 5-7 gündən artıq istifadəsi qadağandır. Bəzi kimyəvi tərkibli dərmanlar da var ki, allergik rinit xəstəliyi olan uşaqlarda 2-4 həftə ərzində təyin edilə bilər.
Tənəffüs yolu infeksiyalarının ilk yolu məhz burundan başlayır. Burun tükləri bu virusları və mikrobları saxlamaq üçün yaradılıb. Əgər uşağın burnunda tutulma olarsa, burun tükü öz funksiyasını yerinə yetirə bilməyəcək. Bu zaman uşaq ağızdan nəfəs alacaq ki, bu zaman bütün mikrob və viruslar aşağı yollara daxil olaraq uşaqlarda xəstəlik yaradacaq. Ona görə də valideynlər uşaqların burun boşluğunun açıq olmasına diqqət etməlidirlər”.
Pediatr xəstə uşaqların bağçaya və ya məktəbə buraxılmasının qadağan olunduğunu deyir:
“Uşaqda xəstəlik əlamətləri varsa, mütləq evdə izolyasiya olunmalıdır. Bir sözlə, temperaturu 37 dərəcəni keçən azyaşlılar nə məktəbə, nə də bağçaya buraxılmalıdır.
Yüngül simptomlar zamanı, yəni asqırma olanda əlini ağzına tutmamağı uşağa başa salmaq lazımdır. Belədə uşağın ağzını dirsək büküşləri ilə tutması məsləhət görülür. Əgər uşaq ağzını əli ilə örtərsə, bu halda bütün viruslar onun əlinə hopmuş olacaq. Nəticədə virus çox asanlıqla yayılacaq”.
Xəyalə Quliyeva uşaqlar üçün müəyyən dezinfeksiyaedici gel və spirtlərdən istifadəni də mümkün sayır:
“Bəzi valideynlər var ki, hər 5 dəqiqədən bir uşağı spirtləməklə məşğuldur. Amma bu, çox yanlış addımdır. Bu halda dəridə quruluq və müəyyən allergik reaksiyalar yarana bilər. Gün ərzində 3-4 dəfə olmaq şərti ilə uşaqlara spirtdən və dezinfeksiyaedici gellərdən istifadə etmək olar. Ən əsası, uşaqlara əl yuma texnikası başa salınmalıdır. Gün ərzində əllər sabunla tez-tez yuyulmalıdır. Bir qədər böyük uşaqların məktəbə gedib gələndən sonra bitki tərkibli vasitələrlə və yaxud duzlu su ilə qarqara etməsi məsləhətdir. Bu vasitələrdən istifadə etməklə uşaqları viruslardan müəyyən qədər qoruya bilərik”.

Xəbəri paylaşın




Digər xəbərlər:
Nazirlər Kabineti dərslərin başlaması barədə qərar verdi
Nazirlər Kabineti dərslərin başlaması barədə qərar verdi
29.08.20, Gündəm
Təhsil haqları haqqında ŞAD XƏBƏR
Təhsil haqları haqqında ŞAD XƏBƏR
07.08.20, Sosial
Bəzilərinin heç anasının kimliyi bilinmir - Artur Rasizadə
Bəzilərinin heç anasının kimliyi bilinmir - Artur Rasizadə
14.07.20, Siyasət
İlham Əliyevlə Pololikaşvili videokonfrans keçirdi
İlham Əliyevlə Pololikaşvili videokonfrans keçirdi
30.06.20, Siyasət
Dünya İВ, Azərbaycan və Rus bölməsi məktəblilərinin 250-dən artıq valideyinləri məktəbin rəhbərliyindən Mehriban Əliyevaya şikayət etdilər
Dünya İВ, Azərbaycan və Rus bölməsi məktəblilərinin 250-dən artıq valideyinləri məktəbin rəhbərliyindən Mehriban Əliyevaya şikayət etdilər
16.06.20, Cəmiyyət
Ombudsman uşaqlarla bağlı bəyanat yayıb
Ombudsman uşaqlarla bağlı bəyanat yayıb
01.06.20, Siyasət
Tələbələrə ŞAD XƏBƏR
Tələbələrə ŞAD XƏBƏR
27.05.20, Sosial
Baş Nazir yeni qərar imzaladı
Baş Nazir yeni qərar imzaladı
13.05.20, Cəmiyyət
Cənab Prezident, koronavirusa birlikdə qalib gələcəyik!
Cənab Prezident, koronavirusa birlikdə qalib gələcəyik!
16.04.20, Cəmiyyət
İlham Əliyev AzTV-yə müsahibə verdi-VİDEO
İlham Əliyev AzTV-yə müsahibə verdi-VİDEO
24.03.20, Siyasət