08
yanvar
2021
15:00
1422


Universal kart

AdRiver


Sahil Babayev: “İşğaldan azad edilmiş ərazilərdə müasir sosial infrastruktur qurulacaq”

“2020-ci il Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfəri ilə tariximizə qızıl hərflərlə yazıldı. Artıq azadlığına qovuşmuş doğma yurd yerlərimizin bərpası və yenidən qurulması işləri çərçivəsində həmin bölgələrdə müasir sosial infrastruktur qurulacaq”.
Bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirlikdə keçirilən iclasda bildirib.
İclas Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunan müşavirədə dövlət başçısının sosial sahə ilə bağlı verdiyi tapşırıqların icrası üçün qarşıda duran vəzifələrə həsr olunub.
Nazir diqqətə çatdırıb ki, 2020-ci ildə sosial müdafiə və aktiv məşğulluq proqramları əhəmiyyətli dərəcədə genişlənib. 
S.Babayev bildirib ki, ötən il 1500 mənzil və fərdi evin şəhid ailələri və müharibə əlillərinə verilməsi nəzərdə tutulub, artıq yaxın günlərdə bu planın icrası tam başa çatacaq. Dövlət başçısı bu proqramın cari ildə də davam etdirilməli olduğunu, Vətən müharibəsində şəhid olmuş qəhrəman hərbçilərimizin doğmalarına, yaxınlarına evlər veriləcəyini bildirib. Bu tapşırığın icrası ilə bağlı işlər Nazirlik tərəfindən yüksək səviyyədə yerinə yetiriləcək.
Ötən il özünüməşğulluq proqramının daha da genişləndirilərək, 12 min şəxsi əhatə etdiyini deyən nazir 2021-ci il üçün proqrama bundan daha çox olmaqla 16 min şəxsin cəlb olunmasının planlaşdırıldığını bildirib. O, ötən il daha bir DOST mərkəzinin, müasir tələblərə uyğun qurulmuş altı reabilitasiya müəssisəsinin açıldığını deyib. Ərazilərimizin işğaldan azad edilməsi uğrunda döyüşlərdə yaralanmış qəhrəman insanlarımızın müalicə tədbirlərindən sonra kompleks tibbi-sosial reabilitasiya xidmətləri ilə əhatə olunmaları üçün müasir reabilitasiya sistemi yaradıldığını qeyd edib. 
S.Babayev Nazirliyin e-arayış xidmətlərinin sayının daha da artaraq 61-ə (o cümlədən proaktiv xidmətlərin sayının 34-ə) çatdığını deyib, son bir ildə 95 min pensiya, müavinət, təqaüd təyinatının elektron qaydada, proaktiv şəkildə aparıldığını, ünvanlı dövlət sosial yardımı proqramının genişləndirildiyini diqqətə çatdırıb. O, bu il də qeyd edilən istiqamətlərdə yeni mühüm işlərin aparılacağını vuğulayıb.
İclasda dövlət başçısının tapşırıqlarının icrası olaraq görüləcək işlər ətraflı müzakirə olunub. 

Xəbəri paylaşın




Digər xəbərlər:
İlham Əliyev fərman imzaladı
İlham Əliyev fərman imzaladı
07.01.21, Cəmiyyət
Daha 35 şəhid ailəsi və müharibə əlilinə ev verildi
Daha 35 şəhid ailəsi və müharibə əlilinə ev verildi
11.12.20, Sosial
Prezidentə yazırlar: Qızıldan büstünüzü görmək istəyirik
Prezidentə yazırlar: Qızıldan büstünüzü görmək istəyirik
09.12.20, Siyasət
Şəhid ailəsi və müharibə əlillərinə 25 mənzil verildi
Şəhid ailəsi və müharibə əlillərinə 25 mənzil verildi
23.11.20, Sosial
Prezident və xanımı yaralı hərbçilərlə görüşdü - Foto
Prezident və xanımı yaralı hərbçilərlə görüşdü - Foto
11.11.20, Siyasət
Zahid Orucdan sensasion yazı
Zahid Orucdan sensasion yazı
15.09.20, Gündəm
Prezidentdən köçkünlərə bayram hədiyyəsi: 100 mənzil...
Prezidentdən köçkünlərə bayram hədiyyəsi: 100 mənzil...
28.05.20, Cəmiyyət
Prezident tapşırığı: nazir iclas keçirdi - Əhaliyə müjdə
Prezident tapşırığı: nazir iclas keçirdi - Əhaliyə müjdə
22.04.20, Cəmiyyət
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
Son dəqiqə: İlham Əliyev əfv sərəncamı imzaladı
06.04.20, Gündəm
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
Abşeronun Tender Qalibləri, Alınan “Tərəqqi” Medalları Və Təmirsiz Yolları
05.04.20, Cəmiyyət