image-qanunla-reklam
image-1678818453_362ffbc4-35b9-3473-809a-4fe296ec1671_850

10 ayda Hindistan Azərbaycandan 495 milyon dollardan çox neft alıb

image-lady-day-az

2022-ci ilin aprelindən 2023-cü ilin yanvarına qədər olan dövrdə (cari maliyyə ilinin 10 ayı) Hindistan Azərbaycandan ümumilikdə 495,78 milyon dollar dəyərində ən azı 553 milyon 180,05 min ton neft alıb.


“Qanunla.az”
 xəbər verir ki, bu barədə Hindistanın Ticarət və Sənaye Nazirliyi məlumat yayıb.

2023-cü ilin yanvarında Hindistan Azərbaycandan neft almayıb.

Bununla belə, 2022-ci ilin aprelindən 2023-cü ilin yanvarına qədər olan bütün dövr ərzində Hindistan Azərbaycandan aktiv şəkildə neft idxal edib.

Əhəmiyyətli miqdarda neft alınmasına baxmayaraq, Hindistanda yanacağa tələbat hələ də artır.

Hindistan Neft Nazirliyinin məlumatına görə, 2023-cü ilin fevral ayında benzin və dizel yanacağına tələbat son 24 ilin ən yüksək səviyyəsinə çatıb və gündəlik 4,82 milyon barel (18,5 milyon ton) təşkil edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki