image-970_50
image-1630655629_958551

Talıb Taleni təyyarəyə buraxmadılar

image-728_90

Müğənni Talıb Talehi Azərbaycana gələrkən təyyarəyə buraxılmayıb.

Qanunla.Az xəbər verir ki, Gürcüstanda olan sənətçi bunla bağlı açıqlama yayıb. O bildirib ki, biletlərini ləğv edib, başqasına satıblar:

“Tbilisidəyəm, doğru bildiyimiz yanlış ucbatından Bakıya gələ bilmədik. Bir neçə gün öncə Gürcüstan vasitəsiylə xaricə səfər etdik. Oradan  Covid-19 pasportu ilə başqa ölkəyə getdik. Həmin ölkədən də Covid pasportu ilə Gürcüstana geri döndük. Gürcüstandan Bakıya qayıdanda “Buta” şirkəti bizi təyyarəyə buraxmadı. Bildirdilər ki, vaxtında Covid-19 testi verməlisiniz. Digər ölkələrdə bizim Covid pasportumuz qəbul olunur, öz ölkəmizdə yox. Bizim biletlərimizi gözümüzün qabağında başqa vətəndaşlara satdılar. Onlar da bir gün əvvəl bizim problemi yaşayıblar. Covid pasportu ilə ancaq ölkəmizi tərk edə bilirik. Geri qayıdanda test verməliyik”.

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki