image-qanunla-reklam
image-1628662732-teen-vaccines

12 yaşdan yuxarı olan yeniyetmələr peyvənd olunacaq

image-lady-day-az

Portuqaliyanın Səhiyyə Nazirliyi, 12-15 yaş arası yeniyetmələrin COVID-19 peyvəndi vurdurmalarını tövsiyə edib.

Qanunla.Az  xəbər verir ki, bu addım virusun yayılmasının qarşısını almaq, eləcə də gənclərin sağlamlığını təmin etmək məqsədi daşıyır.

“ABŞ və Avropa Birliyində peyvənd olunmuş 15 milyondan çox yeniyetməni” nəzərə alaraq “son günlərdə əldə edilən yeni məlumatları” təhlil etdikdən sonra sözügedən qərarın verildiyi bildirilib.

“Dərs ilinin əvvəlinə qədər iki dozalı peyvəndin qəbul edilməsini təmin etmək üçün hər şey var. Peyvəndlər alınıb, logistika qurulub və iş qrafiki sistemləşdirilib…”, – deyə nazirlik “Twitter”də məlumat yayıb.

Qeyd edilib ki, hazırda ölkə əhalisinin 60,9 faizindən çoxu tam vaksin olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki