image-qanunla-reklam
image-save_20210328_180929

13-17 mart 1995-ci il Azərbaycanda dövlət çevrilişinə cəhdin tarixidir

image-lady-day-az

13-17 mart 1995-ci il Azərbaycanda dövlət çevrilişinə cəhdin tarixidir

1993-cü il tariximizə Azərbaycanın xilas günü kimi daxil olub. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi bütövlükdə Azərbaycan tarixində mühüm yer tutur. Həmin günlərdə ölkəni xaos və özbaşınalıq bürüyəndə xalqın tələbi ilə hakimiyyətə qayıtdı. Həmin hadisə Azərbaycanı bir dövlət olaraq parçalanmaqdan qorudu və bir dövlət olaraq xilas etdi. Bu qayıdış Mülli Müstəqilliyimizin təminatı demək idi. 1995-ci ilin martında Azərbaycanın başı üzərində yenə qara buludlar dolanırdı. Müstəqilliyimiz yenə təhlükə ilə üz-üzə qalmışdı. Ölkə yenidən fəlakətə sürüklənirdi. Bu xarici düşmənlərin havadarlığı ilə ölkədəki dönüklərin qəsd xülyası idi. Bu dəfə onlar planlarını omonçuların əli ilə həyata keçirmək istəyirdilər.
Qazaxda və Ağstafada başlanan dövlət çevrilişinə cəhd artıq paytaxta doğru istiqamətlənirdi. Bir tərəfdən erməni qəsbkarlarının törətdiyi vəhşiliklər digər tərəfdən içimizdəki naqislər ölkəmizi uçuruma yuvarlandırdı. Bu təhlükələrdən ən böyüyü xüsusi təyinatlı polu dəstəsi idi. Ona görə ki, yüksək dərəcədə silahlanmışdılar və dövlətin əsas güc sturukturlarından olan Daxili İşlər Nazirliyinə tabe edilən onun rəhbərləri Cavadov qardaşları isə yüksək mövqe tuturdular. O vaxt yalnız Ulu öndər Heydər Əliyevin müdrikliyi sayəsində qanlı alovlardan xilas olduq. Bir neçə aydan sonra xarici kəşfiyyat orqanlarında dəstək olan Cavadov qardaşları hakimiyyəti devirməsi bir çox ictimai siyasi xadimləri qətlə yetirməsi niyyətinə düşdülər. Onlar hakimiyyəti zor gücünə mənimsəmək istəyirdilər. Qazax hadisələri Bakıda başlamışdı. Onun müstəqilliyinə qarşı yönəlmiş bairbaşa qəsd idi. Hadisələr öz başlanğıcını Qazax və Ağstafa rayonlarından götürmüşdür. Qazax-Ağstafa rayonlarında bir sıra obyektləri ələ keçirməyə çalışdılar. Artıq bu gərginlik Bakıya çatmışdı. Qəsdin qarşısı vaxtında və qətiyyətlə alındı. Bu arzulanmaz olaylar vətənin bütövlüyünü onun müstəqilliyini arzulayıb bu müqəddəs amal uğrunda mübarizə aparanların ürəklərində bir yaddaş nümunəsi olaraq qaldı. Çünki bu dövlətçiliyimizə namərdcəsinə endirilən qəsd idi.

Ramella İsmayılova,
Saatlı şəhər Bülbül adına Uşaq Musiqi məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki