image-qanunla-reklam
image-91daa3ec-9914-343c-ad73-234cbcbd7f6d_850

Azərbaycanda sabiq vəzifəli şəxsə elektron qolbaq taxılıb

image-lady-day-az

Daşkəsən Rayon İcra Hakimiyyəti (RİH) başçısının Zağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmiş Hətəm Əzizovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Qanunla.Az-ın əldə etdiyi məlumata görə, Daşkəsən Rayon Məhkəməsində keçirilən sonuncu prosesdə hökm oxunub.

Hökmə əsasən, o, 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

İttihama görə, Daşkəsən RİH başçısının Zağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi işləmiş H.Əzizov 2020-ci ildə vəzifə saxtakarlığına yol verərək xüsusi karantin rejimi qaydalarını pozub sərbəst hərəkət etmək istəyən şəxslərə qanunsuz olaraq arayışlar verib.

Onun barəsində Cinayət Məcəlləsində 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki