image-970_50
image-fb_img_1623347250918

15 İYUN MİLLİ  QURTULUŞ GÜNÜ “QURTULUŞ MÜBARİZƏSİNİN QALİBİ HEYDƏR ƏLİYEV: DAHİ SİYASƏTÇİ VƏ MÜASİR AZƏRBAYCANIN QURUCUSU” MÖVZUSUNDA VİDEOKONFRANS KEÇİRİLİB-FOTOLAR

image-728_90

9 iyun 2021-ci il tarixdə Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Heydər Əliyev Mərkəzinin və İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 15 iyun Milli Qurtuluş gününə həsr olunmuş “Qurtuluş mübarizəsinin qalibi Heydər Əliyev: dahi siyasətçi və müasir Azərbaycanın qurucusu” mövzusunda ZOOM proqramı vasitəsilə videokonfrans keçirildi.

Videokonfransda Milli Məclisin deputatları, Ailə, Qadın, Uşaq məsələləri komitəsinin sədr müavini, Əmək və Sosial Məsələlər komitəsinin üzvü, Azərbaycan Meksika Dostluq Qrupunun rəhbəri, Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Asambleyasının üzvü, Filalogiya Elmləri Doktoru, Professor Jalə Əliyeva, Ailə, qadın və uşaq məsələləri komitəsinin, Elm və təhsil komitəsinin üzvü, Azərbaycan-Lüksemburg parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının üzvü Tamam Cəfərova, İsmayıllı Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Rəhim Bağırlı, ADPU-nin Şamaxı filialının direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Şahsəddin Mikayılov, , ADPU-nin Şamaxı filialının direktor müavini Qahirə Şahbazova, YAP Zərdab rayon Təşkilatının aparat rəhbəri Səbuhi Kərimov, Zərdab rayon Həsən bəy Zərdabi Muzeyinin direktoru Vəfa Bayramova, Regionlarda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzlərinin (Zaqatala, Ağcabədi, Sabirabad, Lerik, Xaçmaz, Xızı, Şirvan, Ağstafa, Qəbələ, Neftçala, Ucar, Hacıqabul, Zərdab, Şamaxı ) direktor və əməkdaşları iştirak etdilər.
Videokonfransı giriş sözü ilə açan Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova bütün Azərbaycan xalqını bayram münasibəti ilə təbrik edib, bu günü xalqın tarixinə yazan ümummilli liderin dövlət müstəqilliyimizin qorunub saxlanmasında misilsiz xidmətlərindən danışıb. Könül xanım qeyd edib ki, 28 il bundan öncə xalqın tələbi ilə ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyini yox olmaq təhlükəsindən qurtarıb.

“Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və bu gün Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Həmin gün ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev Ali Sovetin sədri seçildi. O, Milli Azərbaycan dövlətçiliyi konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq, ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. Bununla da uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, ölkə vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas oldu. Ümummilli liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti və xarizması siyasi böhrana son qoydu və Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı. Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi”. Dahi lider Heydər Əliyevin əsasını qoyduğu müdrik və uzaqgörən siyasət nəticəsində bu gün Azərbaycanın regionda müstəqil, güclü dövlətə çevrildiyini söyləyən K.Rəhimova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ulu öndərin ideyalarının uğurlu davamçısı olduğunu bildirib.

Şamaxı rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova 15 iyun – Milli Qurtuluş Gününün müasir Azərbaycan tarixinin dönüş nöqtəsi olduğunu deyib. O bildirib ki, Azərbaycanın müasir tarixini Milli Qurtuluş Günündən və bu günə səbəb olan ümummilli liderimiz Heydər Əliyevin möhtəşəm qayıdışından ayrı təsəvvür etmək mümkün deyil. Şübhəsiz ki, ulu öndər Heydər Əliyevin möhtəşəm qayıdışı olmasaydı və milli qurtuluşumuz baş tutmasaydı, tamam fərqli bir Azərbaycanda yaşamağa məhkum olardıq. 1990-cı illərin əvvəlində Azərbaycan dərin siyasi, sosial-iqtisadi böhran keçirirdi, ölkədə xaos, anarxiya baş alıb gedirdi, Azərbaycan məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir şəraitdə xalqımız nicat yolunu Ulu Öndərin hakimiyyətə qayıtmasında görürdü. Milli Qurtuluş Günü xalqımız tərəfindən müasir tariximizin ən önəmli hadisəsi kimi qeyd edilir, dəyərləndirilir. Bu, onunla əlaqədardır ki, insanlar bugünkü həyatlarını, ölkəmizin bugünkü firavanlığını və gələcəklə bağlı aydın görünən perspektivlərini Milli Qurtuluş Günü ilə, Heydər Əliyevin tarixi qayıdışı ilə bilavasitə əlaqələndirirlər. Qurtuluş və Heydər Əliyevin möhtəşəm qayıdışı Azərbaycan xalqının istəyinin və iradəsinin ifadəsi kimi qəbul olunur.

Tədbirdə iştirak edən millət vəkili, Milli Məclisin Tamam xanım Cəfərova 90-cı illərin əvvəllərinə tarixi ekskursiya edərək Azərbaycanda ulu öndərin hakimiyyətə gətirilməsini zəruri edən hadisələrdən danışıb. O qeyd edib ki, müstəqilliyini yenicə elan edən Azərbaycanda vətəndaş müharibəsi, ağır sosial iqtisadi vəziyyət ölkədə gərgin durumun yaranmasına gətirib çıxarmışdı. “Belə bir vəziyyətdə xalq problemlərdən çıxış yolunu Heydər Əliyevdə gördu. Baxmayaraq ki, Azərbaycanda müəyyən qüvvələr Heydər Əliyevin hakimiyyətə gəlməsini istəmirdi, xalqın təkidli tələbi həmin qüvvələri bununla razılaşmağa vadar etdi. Azərbaycan xalqı dərin ictimai-siyasi və iqtisadi böhrandan zəngin idarəçilik təcrübəsinə malik, nüfuzlu dövlət xadimi Heydər Əliyevin yorulmaz fəaliyyəti, müdrik və uzaqgörən siyasəti nəticəsində xilas oldu. Tamam xanım həmçinin qeyd edib ki, ümummilli lider Heydər Əliyevin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi və ölkəni gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevirdi.
Daha sonra çıxış edən millət vəkili, Professor Jalə xanım Əliyeva 15 İyun – Milli Qurtuluş Gününün tarixi və bu günün Azərbaycan Respublikası üçün əhəmiyyətindən danışıb. J.Əliyeva çıxışında bildirib ki, Azərbaycan xalqının çağırışı ilə məhz ümummilli lider Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışı ölkəmizə sabitlik və təhlükəsizlik, eləcə də cəmiyyətimizə rifah gətirdi.
J.Əliyeva daha sonra Heydər Əliyevin xarici ölkələrə səfərləri zamanı onun örnək davranışlarından, vətənpərvərliyindən danışıb, həmçinin ulu öndərin təbliğ etdiyi Azərbaycançılıq ideologiyası, göstərdiyi Vətən sevgisi haqqında tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Natiq çıxışının sonunda 15 İyun – Milli Qurtuluş Günü münasibəti ilə təbriklərini çatdırıb və hər bir Azərbaycan vətəndaşını ölkəmizin gələcək inkişafı və uğurlu sabahları üçün daima əzmlə çalışmağa çağırıb.

Videokonfransda İsmayıllı Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Rəhim Bağırlı çıxış edərək müstəqil Azərbaycanın qurucusu olan ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən, ölkəmizdə elmin və mədəniyyətin inkişafına və mədəniyyət xadimlərinn sosial rifahına göstərdiyi diqqət və qayğıdan danışıdı. R.Bağırlı çıxışının sonunda bildirib ki, ulu öndərin ölkə həyatının bütün sahələrində icra olunan islahatları bu gün inkişaf edən bir Azərbaycan gerçəkliyidir. Onun istər əvəzolunmaz şəxsi keyfiyyətləri, istərsə də Azərbaycan naminə yorulmaz fəaliyyəti tariximizin ayrılmaz bir hissəsini təşkil edir.
ADPU-nin direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Şahsəddin Mikayılov bu ilki 15 iyun – Milli Qurtuluş Günü qalib ölkənin qalib vətəndaşları olaraq qeyd etdiyimizi söyləyərək, əminliklə bildirib ki, növbəti illərdə də bu bayram ölkəmizin daha böyük uğurları ilə qeyd olunacaq.
Videokonfransda, həmçinin Lerik rayon Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov, Zərdab rayon H.B.Zərdabi ev Nuzeyinin direktoru Vəfa Bayramova, Sabirabad Heydər Əliyev Mərkəzinin direktoru Rəna Hacızadə, çıxış edərək 15 iyun – Milli Qurtuluş Gününün əhəmiyyətindən, Azərbaycan dövlətinin gənclərə diqqət və qayğısından danışıblar.

image-fb_img_1623347250918image-fb_img_1623347254265image-fb_img_1623347257166image-fb_img_1623347262147image-fb_img_1623347264953image-fb_img_1623347268674image-fb_img_1623347272438image-fb_img_1623347275525image-fb_img_1623347285605image-fb_img_1623347297953image-fb_img_1623347302746image-fb_img_1623347305599image-fb_img_1623347310864image-fb_img_1623347320291image-fb_img_1623347328839image-fb_img_1623347342277image-fb_img_1623347348078image-fb_img_1623347354825

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki