İstanbulun Eyyubsultan rayonundakı evlərin birində eyni ailədən olan 4 nəfər güllələnib.
Qanunla.az xəbər verir ki, hadisə ilə bağlı aparılan genişmiqyaslı istintaq çərçivəsində ailənin 17 yaşlı oğlu Bursada saxlanılıb.
Şübhəli atasını, anasını, bacısını və nənəsini öldürdüyünü etiraf edib.
Aparılan yoxlamalar zamanı 71 yaşlı Fatma İncə, 43 yaşlı Mehmet Yenigün, 42 yaşlı Aysun Yenigün və 12 yaşlı Zilan Yenigünün güllələnərək öldürüldüyü müəyyən edilib.