image-qanunla-reklam
image-252433163_1212238019297930_4480033913774606983_n

Zərdabda şəhid baş leytenant Ağaqardaş Abbasovun anım günü qeyd olunub-FOTOLAR

image-lady-day-az

44 günlük Vətən müharibəsində şəhid olmuş Zərdab rayonunun Hüseynxanlı kənd sakini baş leytenant Ağaqardaş İlham oğlu Abbasovun  ildönümü qeyd olunub.

Bu münasibətlə şəhidin doğulub-böyüdüyü və ailəsinin yaşadığı Hüseynxanlı kəndində anım mərasimi keçirilmişdir.

Qanunla.Az xəbər verir ki,mərasimdə  Zərdab rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə,rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Gənclər və idman idarəsinin rəisi, Təhsil şöbəsinin müdiri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları iştirak etmişlər.

Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin məzarı ziyarət olunmuş, onun əziz xatirəsi ehtiramla anılmış,  ruhuna dualar oxunmuş, döyüş yolu barədə söhbət açılmış,atasına və qohumlarına başsağlığı verilmişdir.

Şəhidin ailə üzvləri və yaxınları şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək buna görə Möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız cənab İlham Əliyevə, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki,Baş leytenant Ağaqardaş Abbasov 28 sentyabr 2020-ci il tarixində Füzuli istiqamətində düşmənin snayper gülləsinə tuş gələrək qəhrəmancasına şəhid olub.O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “İgidliyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

Vətən sağ olsun!

image-yenigundem_88a0626b20b7c20e44828a7468df6525_m9n7v2epcxo1juit4rgq

image-252559121_371573064757459_3649542597994739934_n

image-252433163_1212238019297930_4480033913774606983_n

image-253555444_1073347956538882_8272991890101575728_n

image-253394952_382997126902550_7524420061979994997_n

image-253320268_2694943760808926_2376972681259383675_n

image-252882442_4780886071958017_210035222749821014_n

image-253280076_1265871707213349_4023010395232534155_n

image-252508985_1006268173284481_2194943796785553609_n

image-252671763_3105130636422300_3524576950097346574_n

image-252873444_2261832457322916_1122561284554565001_n

image-253555188_462891991835390_9111836735698979646_n

image-252873058_492365785127189_6228414875097551309_n-1

image-252741849_1227056297786549_6495371250988287119_n

image-252712755_885992708786050_1505497829370044784_n-1

image-252593272_277127457510591_2343584363656404700_n-1

image-252614084_371834197847252_5532463369533470462_n

image-252873273_285924240071743_5454731381233395274_n-1

image-252622871_392751322578577_1759287979752038016_n

Qanunla.Az 

Vüqar Rəhimov

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki