image-qanunla-reklam
image-img-20211107-wa0018

Şanlı Zəfərimizin 1-ci ildönümünə həsr edilən “Zəfər” forumu keçirilib

image-lady-day-az

Şanlı Zəfərimizin 1-ci ildönümünə həsr edilən “Zəfər” forumu keçirilib.

“GUYS” Təşkilatı tərəfindən 6 noyabr 2021-ci il tarixində Şanlı Zəfərimizin 1-ci ildönümünə həsr edilən “Zəfər” forumu keçirilib.
Forumun moderatoru, eyni zamanda “GUYS” Media Mərkəzinin rəhbəri Mehin Vəliyeva Vətən Müharibəsi, Müzəffər Ali Baş Komandan və Azərbaycan ordusunun 44 günlük zəfər yolunda həm hərb, həm də informasiya müharibəsində düşmənə və onun müttəfiqlərinə qarşı necə iradə və güc sərgiləməsi barədə açılış nitqində məlumat verib.
Daha sonra spikerlər – Milli Məclisin deputatı Elşad MirBəşir oğlu, ictimai xadim, QHT sədri və sahibkar Emin Əliyev, Milli Məclisin deputatı Ceyhun Məmmədov, Vətən Müharibəsi iştirakçısı Şahmar Məmmədov şanlı tariximizə qızıl hərflərlə yazılan Qarabağ Müharibəsi barədə fikirlərini səsləndiriblər.
Forumda spikerlər sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi haqqında çıxış etdikdən sonra iştirakçılarla fikir mübadiləsi aparıblar. Azərbaycan xalqının müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsi, bütün dünyaya gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirməsi xüsusilə qeyd olundu. Bu real faktordur ki, bütün müharibələrdə əsas sözü xalq və onun ordusu dediyi kimi uğurlu zəfərlərdə sərkərdənin çox böyük rolu olur. Nəhayət, Azərbaycan illər sonra torpaq itirən ölkədən öz torpaqlarını geri qaytaran ölkəyə çevrildi.
Daha sonra 44 günlük zəfər yolunda gənclərin həm ön, həm də arxa cəbhədə mübarizəsi xüsusi vurğulandı. Ön cəbhədə qəhrəman oğullarımız canını müqəddəs Vətən uğrunda sipər edərkən, arxa cəbhədə gənclərimiz düşmənin müxtəlif təxribatlarına layiqinci cavab verə bildi.
Forumda tərəfdaş qismində çıxış edən “Azərbaycan Mədəniyyəti” sosial platformasının nümayəndəsi Elnurə Cəfərzadə Vətən müharibəsi haqqında öz təəssüratlarını bölüşdükdən sonra gənc xanəndələrin ifası ilə tədbirə yekun vuruldu.

image-img-20211107-wa0013 image-img-20211107-wa0015 image-img-20211107-wa0016 image-img-20211107-wa0017 image-img-20211107-wa0018 image-img-20211107-wa0019 image-img-20211107-wa0021 image-img-20211107-wa0020 image-img-20211107-wa0023 image-img-20211107-wa0022 image-img-20211107-wa0025 image-img-20211107-wa0024


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki