image-qanunla-reklam
image-modern-az-09-08-2021-1628514478

2 tona yaxın narkotik dövriyyədən çıxarılıb

image-lady-day-az

Bu ilin 6 ayı ərzində Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 759,984 hektar sahədən çəkisi 139 ton 586 kq 977 qr olan 344 059 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib.

 

Qanunla.Az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun bu ilin 6 ayına həsr olunan hesabatında qeyd olunub.

 

Bildirilib ki, bu ilin 6 ayı ərzində hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 107 fakt aşkar edilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 713 kq 289,914 qr müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr çıxarılıb.

 

Ümumilikdə, aşkar edilmiş cinayətlərin 181-i qrup halında törədilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 1 ton 167 kq 821,453 qr narkotik vasitələr müsadirə edilib. Hesabat dövründə 1242 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilib və onlardan 591 kq 559,069 qr müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr müsadirə edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki