image-qanunla-reklam
image-5b1fd42da3115_agstafada-evden-17-min-manata-yaxin-pul-ogurlandi

2022-ci ildə orta aylıq əməkhaqqının nə qədər olacağı AÇIQLANDI – FOTO

image-lady-day-az

 

2022-ci ildə həm büdcədən maliyyələşən təşkilatlar, həm də qeyri-büdcə sektoru üzrə məcburi dövlət sosial sığorta haqqının (MDSSH) toplanmasıdan gəlirlər artım tempinə malik olsa da, büdcə təşkilatlarının növbəti il üçün proqnozlaşdırılmış artım tempi qeyri-büdcə sektoru üzrə müvafiq göstəriciləri üstələyir.

Bu, Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi layihəsinə rəyində öz əksini tapıb.

Bildirilib ki, Fond tərəfindən təqdim edilmiş məlumatlara əsasən, 2022-ci ildə büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmaların artım səviyyəsi qeyri-büdcə sektoru üzrə nəzərdə tutulan artım səviyyəsindən 14 faiz bəndi yüksək olacağı proqnozlaşdırılır.

Ümumilikdə MDSSH üzrə proqnozlaşdırılmış artım məbləğinin 56,4 faizi məhz bu sektorun payına düşəcək.

Növbəti ilin büdcə xərclərində müvafiq istiqamət üzrə proqnozlaşdırılan vəsait 2021-ci ilin müvafiq göstəricisindən 286,1 milyon manat (25,3 faiz) çoxdur.

Qeyri-büdcə sektorunun tərkibində yer alan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər üzrə 2022-ci ildə proqnozlaşdırılan gəlirin cari ilin müvafiq göstəricisinə bərabər olması proqnozlaşdırılan artımın qeyri-büdcə sektorunda fəaliyyət göstərən hüquqi şəxslərdə muzdla işləyən sığortaolunanlar üzrə formalaşacağını deməyə əsas verir.

Belə ki, qeyri-büdcə sektoru üzrə MDSSH gəlirlərinin artımını təmin edən vasitələrdən biri orta aylıq əməkhaqqının artımıdır. 2018-ci illə müqayisədə 2020-ci ildə orta aylıq əməkhaqqı 179,2 manat və ya 32,9 faiz artıb.

Şəkil Fondun büdcəsi ilə bağlı təqdim edilmiş məlumatlar əsasında Hesablama Palatası tərəfindən tərtib edilib.

Cari ilin sonuna isə orta aylıq əməkhaqqının 742,8 manat, növbəti ildə isə 64,8 manat və ya 8,7 faiz arataraq 807,6 manat olacağı proqnozlaşdırılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki